DataLife Engine / General-mayor Məhəmməd Abbasquliyevin məzarı ziyarət edilib

General-mayor Məhəmməd Abbasquliyevin məzarı ziyarət edilib

General-mayor Məhəmməd Abbasquliyevin məzarı ziyarət edilib
General-mayor Məhəmməd Abbasquliyevin məzarı ziyarət edilib
Bakı, 14 fevral, Uğuryolu.az

Fevralın 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti tərəfindən II Fəxri xiyabanda DSX rəisinin sabiq müavini, mərhum general-mayor Məhəmməd Abbasquliyevin 60 illik yubileyi münasibətilə əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, mərhumun məzarını ziyarət edənlər həyatının çox hissəsini vətənimizin təhlükəsizliyinin təmin olunmasına, sərhədlərimizin etibarlı mühafizəsinə həsr etmiş general-mayor Məhəmməd Abbasquliyevin həm də peşəkar sərhədçi kadrların formalaşmasında göstərdiyi xidmətlərini yüksək qiymətləndirib və xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən general-mayor M.Abbasquliyevin ailə üzvlərinə başsağlığı verilib.
14-02-2025, 14:19
Вернуться назад