DataLife Engine / Rusiya və ABŞ nümayəndələri əməkdaşlıq, Ukraynada vəziyyət və prezidentlərin görüşü məsələlərini müzakirə edəcəklər

Rusiya və ABŞ nümayəndələri əməkdaşlıq, Ukraynada vəziyyət və prezidentlərin görüşü məsələlərini müzakirə edəcəklər

Moskva, 17 fevral, Uğuryolu.az

Rusiya və ABŞ nümayəndələri arasında fevralın 18-də Ər-Riyad şəhərində keçirilməsi planlaşdırılan danışıqlar ikitərəfli xarakter daşıyır.

Uğuryolu.az AZƏRTAC a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov söyləyib. Görüşdə əsas diqqət Rusiya-ABŞ münasibətlərinin bərpasına, Ukraynada vəziyyətin sabitləşməsi (nizamlanması) üzrə mümkün danışıqların müzakirəsinə, həmçinin Vladimir Putinlə Donald Tramp arasında görüşün təşkil edilməsinə ayrılacaq.

Danışıqların keçiriləcəyi ölkə olaraq Səudiyyə Ərəbistanının seçilməsi tərəflərin bu ölkədən qane olduğuna görədir.

Rusiya tərəfindən Yuri Uşakovdan başqa xarici işlər naziri Sergey Lavrov və Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev, ABŞ tərəfindən isə Dövlət katibi Marko Rubio, Prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkof iştirak edəcək.
17-02-2025, 22:40
Вернуться назад