DataLife Engine / Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığının artırılması üçün katibliyin yaradılması təklif edilir

Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığının artırılması üçün katibliyin yaradılması təklif edilir

Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığının artırılması üçün katibliyin yaradılması təklif edilir
Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığının artırılması üçün katibliyin yaradılması təklif edilir
Bakı, 18 fevral,Uğuryolu.az

Xəzəryanı dövlətlər böyük karbohidrogen ehtiyatlarına və neft qaz sahəsində böyük təcrübəyə malikdirlər. Neft və qaz yataqlarının aşkar edilməsində, hasil olunmasında, istehsalında, tədarükündə və ixracında geniş təcrübə qazanmış bu dövlətlərin əməkdaşlığı zəruridir.

Uğuryolu.az AZƏRTACa istinadən xəbər verir ki, bu sözləri İranın neft nazirinin beynəlxalq əməkdaşlıq üzrə müavini Seyid Əli Məhəmməd Müsəvi Tehranda keçirilən 3-cü Xəzər İqtisadi Forumunda çıxışında deyib.

O bildirib ki, təcrübə mübadiləsi tərəflər üçün faydalıdır.

“Misal üçün, Azərbaycanın yataqdan neft və qazı eyni vaxtda çıxarması, borularla dünya bazarına ixrac etməsi sahəsində böyük təcrübəsi var. Qazaxıstan neft hasilatında, Rusiya isə neft və qazın istehsalında texnoloji təcrübəyə malikdir. Təcrübə mübadiləsi tərəflər üçün faydalı olar. Hər bir Xəzəryanı dövlətin neft və qaz sahəsində texniki və ixtisaslaşmış imkanı var. Bunları bölüşərək regional inkişafa töhfə verməklə yanaşı, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında səmərəli rol oynaya bilərlər”, - deyən nazir müavini enerji sahəsində əməkdaşlıq əlaqələrinin artırılması üçün katibliyin yaradılmasını təklif edib.
18-02-2025, 20:43
Вернуться назад