DataLife Engine / Ceyhun Bayramov Pakistanın xarici işlər naziri ilə regional məsələləri müzakirə edib

Ceyhun Bayramov Pakistanın xarici işlər naziri ilə regional məsələləri müzakirə edib

Ceyhun Bayramov Pakistanın xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
Ceyhun Bayramov Pakistanın xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
Bakı, 28 fevral, Uğuryolu.az

Fevralın 28-də nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən AZƏRTAC-a verilən məlumata görə, nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətdə əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini vurğulayıblar.

Bununla yanaşı, iki ölkə liderləri arasında yüksəksəviyyəli təmaslar, habelə Pakistan Baş nazirinin ölkəmizə sonuncu səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
28-02-2025, 21:26
Вернуться назад