DataLife Engine / Cəmiyyətdə rolu gücləndirilən Azərbaycan qadını hər sahədə öz imzasını qoyub

Cəmiyyətdə rolu gücləndirilən Azərbaycan qadını hər sahədə öz imzasını qoyub

Cəmiyyətdə rolu gücləndirilən Azərbaycan qadını hər sahədə öz imzasını qoyub
Cəmiyyətdə rolu gücləndirilən Azərbaycan qadını hər sahədə öz imzasını qoyub


Martın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan qadınlarının gücü” mövzusunda tədbir keçirilib.

UĞURYOLU.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputat Nigar Məmmədova, UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi Lalə Hüseynova xalqımızın mənəvi dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadınının öz savadı, intellekti, qəhrəmanlığı, əzmkarlığı ilə fərqləndiyini qeyd ediblər. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Cəmiyyətdə rolu gücləndirilən Azərbaycan qadını hər sahədə öz imzasını qoyub.

Qeyd olunub ki, zərif cinsin nümayəndələri bu gün cəmiyyətin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatında, dövlət quruculuğunda fəal iştirak edir, qlobal miqyasda dialoqa töhfə verir. 44 günlük Vətən müharibəsində də məhz dəyanətli anaların dəyərlər ötürdüyü, torpaq, yurd sevgisi aşıladığı oğulların silaha sarılaraq cəbhəyə yollandığı və qələbə qazandığı diqqətə çatdırılıb.

Azərbaycanda qadın və qızlara qarşı məişət zorakılığı, onların hüquqlarının əlindən alınması ilə mübarizə sahəsində görülən tədbirlərdən də bəhs olunub, beynəlxalq arenalara çıxan xanımlarımızın uğurlarından söhbət açılıb.

Daha sonra “Azərbaycan qadınlarının gücü” müsabiqəsinin qalibləri təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib.

4-03-2025, 19:35
Вернуться назад