DataLife Engine / “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti görüş İmişli gəncləri ilə keçirilib

“Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti görüş İmişli gəncləri ilə keçirilib

“Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti görüş İmişli gəncləri ilə keçirilib
“Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti görüş İmişli gəncləri ilə keçirilib
Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsinin İmişli şəhərində növbəti məlumatlandırıcı sessiyası keçirilib.

UĞURYOLU.az xəbər verir ki, görüş İmişli şəhəri Heydər Əliyev Mərkəzində gerçəkləşib. Çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev regionlarda gənclərlə davamlı olaraq keçirilən bu cür tədbirlərin Qərbi Azərbaycan ilə bağlı faktların geniş ictimaiyyətə çatdırılmasında, xüsusilə gənclərin tarix və milli kimlik barədə məlumatlılığının artırılmasında əhəmiyyətini vurğulayıb.

“Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aqil İsmayılzadə layihə çərçivəsində bu günədək paytaxt və regionlarda ictimaiyyət nümayəndələrinin və gənclərin iştirakı ilə müxtəlif sessiyaların, bilik yarışlarının keçirildiyini, bugünkü görüşün Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri və tarixi şəxsiyyətləri, toponimləri, folkloru, eləcə də Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyi barədə İmişli gənclərinin maarifləndirilməsində rolunu diqqətə çatdırıb.

QAİ Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Naqif Həmzəyev, Qərbi Azərbaycan İcmasının üzvü, professor, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü Çingiz Abdullayev və digərləri çıxış edib. Çıxışlarda icmanın fəaliyyəti, azərbaycanlılara qarşı tarixi ədalətsizliklər və onların Ermənistan ərazisindən deportasiyasından danışılıb, soydaşlarımızın ata-baba yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə düzgün çatdırılması, tarixi həqiqətlərin yayılması və müdafiəsində gənclərin üzərinə düşən vəzifələrdən danışılıb.

Həmçinin Qayıdış konsepsiyası barədə məlumat verilib, beynəlxalq hüquq çərçivəsində bu məsələni daim gündəmdə saxlamaq və dünya ictimaiyyətinə çatdırmaq üçün sistemli fəaliyyət göstərilməsinin vacibliyi vurğulanıb.

Sual-cavab formatında işini davam etdirən görüşdə iştirakçılar Qərbi Azərbaycanla bağlı tarixi faktlar, hüquqi məsələlər, gələcək planlar barədə müzakirələr aparıb, gəncləri maraqlandıran sualları cavablandırıblar. Tədbirin ikinci hissəsində gənclər arasında sual-cavab oyunu keçirilmiş, qalib iştirakçılara hədiyyələr təqdim edilib.
7-03-2025, 18:48
Вернуться назад