
Bakı, 21 aprel, UĞURYOLU.az
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “PowerChina Group” şirkətinin prezidenti Vanq Bin ilə görüşüb.
UĞURYOLU.az İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpaolunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən olduğu bildirilib.
Tərəflər “PowerChina Group” şirkəti ilə əməkdaşlıq, enerji sektoruna sərmayələrin cəlb olunması və bərpaolunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.