
Rusiya Daxili İşlər Nazirliyi milyon izləyicisi olan məşhur bloger Hüseyn Həsənovu axtarışa verib.
UĞURYOLU.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin axtarışda olan şəxslərin məlumat bazasında müvafiq məlumatlar yerləşdirilib. Rusiya vətəndaşı, milliyyətcə azərbaycanlı olan blogerə qarşı cinayət işi açılıb. Rusiya mətbuatının məlumatına görə, H.Həsənova qarşı iddialar vergi pozuntuları ilə bağlı ola bilər.