DataLife Engine / Xəbərdarlıq: Azərbaycanın bəzi dağlıq ərazilərində sel və daşqın təhlükəsi var

Xəbərdarlıq: Azərbaycanın bəzi dağlıq ərazilərində sel və daşqın təhlükəsi var

Xəbərdarlıq: Azərbaycanın bəzi dağlıq ərazilərində sel və daşqın təhlükəsi var
Xəbərdarlıq: Azərbaycanın bəzi dağlıq ərazilərində sel və daşqın təhlükəsi var

İyunun 9-11-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
8-06-2025, 22:38
Вернуться назад