DataLife Engine / Metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verən yanğın söndürülüb

Metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verən yanğın söndürülüb

Metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verən yanğın söndürülüb
Metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verən yanğın söndürülüb

Xəbər verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

18:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
7-07-2025, 19:49
Вернуться назад