
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi Asəf Hacıyevlə görüşüb.
Uğuryolu.az xəbər verir ki, Asəf Hacıyev Azərbaycan, Gürcüstan və Türkiyənin QDİƏT-də xüsusi rolunu qeyd edib və üç ölkə arasında gələcək səmərəli əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüşdə QDİƏT-in Baş Assambleyasının bu ilin noyabrında Bolqarıstanda keçiriləcək sessiyasına hazırlıq məsələsi də müzakirə olunub.
Bildirilib ki, sessiyada quruma sədrlik Bolqarıstandan Gürcüstana keçəcək. Gürcüstan parlamentinin sədri isə QDİƏT-in sədri olacaq.
Şalva Papuaşvili bildirib ki, Gürcüstan QDİƏT-də sədrliyi böyük məsuliyyətlə üzərinə götürəcək və Parlament Assambleyasının fəaliyyətinə aktiv şəkildə rəhbərlik edəcək.
Görüşdə, həmçinin Qara dəniz regionunda Orta Dəhlizin potensialının reallaşmasına töhfə verəcək sülh və sabitliyin vacibliyi qeyd olunub.