DataLife Engine / Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb
Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 18-də keçiriləcək Cəbəllütariq (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.

UĞURYOLU.az xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

18 noyabr

Baş hakim: Andrei Çivulete

Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mixayta Nekula

Dördüncü hakim: George Katalin Roman

Görüş Bakı vaxtı ilə saat 22:00-da “Europa Point” stadionunda təşkil olunacaq.
16-11-2025, 16:01
Вернуться назад