
Şri-Lankanın Şimal-Qərb əyalətində qanunsuz distillə edilmiş spirtli içki qəbul etdikdən sonra beş nəfər ölüb.
Uğuryolu.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bədbəxt hadisə ilə bağlı araşdırmalar aparılır. Bildirilib ki, Şri-Lanka sakinləri tərəfindən istehlak edilən bütün spirtli içkilərin təxminən 40 faizi qanunsuzdur və toksikliyinə görə ciddi sağlamlıq riskləri yaradır.
Qeyd edək ki, Şri-Lankada qanunsuz spirtli içkilərlə əlaqəli çoxsaylı kütləvi zəhərlənmə və ölüm hadisələri qeydə alınıb.