Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home3/tamella22/public_html/engine/classes/templates.class.php on line 205  Səhiyyə - uguryolu.az http://uguryolu.az/ tr Səhiyyə - uguryolu.az DataLife Engine Rəşad Mahmudov: “Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır" http://uguryolu.az/6259-rad-mahmudov-azrbaycanda-drmanlarn-qiymti-3-4-df-bahadr.html http://uguryolu.az/6259-rad-mahmudov-azrbaycanda-drmanlarn-qiymti-3-4-df-bahadr.html Rəşad Mahmudov: “Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır"
“Azərbaycanda dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə 3-4 dəfə bahadır".

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Rəşad Mahmudov bildirib.]]>
xeber Wed, 29 Mar 2023 12:53:09 +0400
Xərçəngi, xoranı sağaldan dərman - Məşhur cərrah Adil Qeybulla deyir ki... http://uguryolu.az/5913-xrngi-xoran-saaldan-drman-mhur-crrah-adil-qeybulla-deyir-ki.html http://uguryolu.az/5913-xrngi-xoran-saaldan-drman-mhur-crrah-adil-qeybulla-deyir-ki.html Xərçəngi, xoranı sağaldan dərman - Məşhur cərrah Adil Qeybulla deyir ki...

Hər gün telekanallarda və radiolarda müəyyən dərmanların və bioloji aktiv qida əlavələrinin reklamı ilə qarşılaşırıq.

Həmçinin sosial şəbəkələrdə son zamanlar bir neçə məşhur tərəfindən müəyyən gəlir qarşılığında dərman vasitələrinin reklam olunduğunu da görürük. Ümumiyyətlə bu sahənin mütəxəssisi olmadan dərman vasitələri və bioloji aktiv qida əlavələri haqqında məsləhət vermək nə dərəcədə doğrudur? Axı dərman müalicə vasitəsidir. Həkim məsləhəti olmadan həmin dərmanın xəstəyə kömək olub-olmayacağını necə bilmək olar?! Müəyyən dərmanlar olar ki, əks təsir göstərə, yaxud da istifadə zamanı allergiya törədə bilər. Kiməsə inanıb sağlamlığımızı təhlükəyə atsaq, sonra istəmədən də olsa "qaş düzəltdiyimiz yerdə vurub göz çıxardacağıq”. Artur Şopenhauerin belə bir ifadəsi var: "Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heçdir”.

Hələ bəzi dərman vasitələrinin reklamı var ki, onlar spirtli içki və siqaret reklamlarından daha təhlükəlidir. İnsanda həmin dərmana qarşı istifadə istəyi və hətta məcburiyyət yaradır. Təsəvvür edin ki, adını çəkmək istəmədiyimiz bir dərmanın telekanllarımızda reklamı bu yöndə gedir: "Xərçəng hüceyrələrini, xoranı sağaldır, mədə-bağırsaqda olan problemləri aradan qaldırır”.

Hazırda dünyanın bir çox ölkələrində bu tip reklamlar qadağan olunub. Məsələ ilə bağlı tanınmış cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla "Publika.az”-a açıqlamasında bildirib ki, bu, çox ciddi bir problemdir:
rtıq nəzərə almaq lazımdır ki, dərman vasitələri reklam oluna bilməz! Bir çox dərman preparatları çoxşaxəli təsirə malikdir və bir-birinə assosiativ təsir göstərir.



Dünyanın hər yerində farmakoloji informaterlər var. Onlar ayrı-ayrı firmalarda çalışırlar və yeni dərman növləri haqqında həkimlərə, tibb işçilərinə məlumat verirlər. Dərmanları klinik istifadəyə buraxmazdan öncə onları bir neçə mərhələdən keçirirlər. Belə ki, preparatların orqanizmə və sağlamlığa təsiri detallı tərzdə öyrənilir, daha sonra klinik istifadəyə buraxılır.

İstifadəyə buraxılmış dərman vasitələri həkimlərə təqdim olunmalıdır və xəstəyə dərmanı yalnız həkim təyin etməlidir. Ona görə də, reklamı olunan dərman artıq şübhə yaradır. İnsanlar internet üzərində və televiziya kanallarında reklam olunan dərmanları almamaqla, onları iqnor etmiş olarlar. Hesab edirəm ki, bu, çox düzgün üsul olardı”]]>
xeber Wed, 16 Nov 2022 10:18:41 +0400
Azərbaycanda son sutkada beş nəfər COVID-19-a yoluxub, bir nəfər ölüb – FOTO http://uguryolu.az/5603-azrbaycanda-son-sutkada-be-nfr-covid-19-a-yoluxub-bir-nfr-lb-foto.html http://uguryolu.az/5603-azrbaycanda-son-sutkada-be-nfr-covid-19-a-yoluxub-bir-nfr-lb-foto.html Azərbaycanda son sutkada beş nəfər COVID-19-a yoluxub, bir nəfər ölüb – FOTO



Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 685 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 933 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 42 nəfərdir.

Ölkədə son sutka ərzində 3 919, hazırkı dövrədək isə 6 862 217 test aparılıb.]]>
xeber Wed, 18 May 2022 21:05:08 +0400
Oqtay Şirəliyevə koronavirusa qarşı peyvənd vurulub - VİDEO http://uguryolu.az/4916-oqtay-irliyev-koronavirusa-qar-peyvnd-vurulub-vdeo.html http://uguryolu.az/4916-oqtay-irliyev-koronavirusa-qar-peyvnd-vurulub-vdeo.html Oqtay Şirəliyevə koronavirusa qarşı peyvənd vurulub - VİDEO]]> xeber Mon, 18 Jan 2021 12:28:39 +0400 Ginekoloq koronavirusdan vəfat etdi http://uguryolu.az/4841-ginekoloq-koronavirusdan-vfat-etdi.html http://uguryolu.az/4841-ginekoloq-koronavirusdan-vfat-etdi.html Ginekoloq koronavirusdan vəfat etdi]]> xeber Mon, 04 Jan 2021 11:38:24 +0400 Karantin rejimi uzadıldı http://uguryolu.az/4764-karantin-rejimi-uzadld.html http://uguryolu.az/4764-karantin-rejimi-uzadld.html
Karantin rejimi uzadıldı

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb.

TV 713 xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bu Qərar 2020-ci il 2 noyabr saat 06:00-dan qüvvəyə minir.]]>
tv713 Wed, 28 Oct 2020 19:12:39 +0400
Koronavirusla bağlı SON STATİSTİKA http://uguryolu.az/4690-koronavirusla-bal-son-statstka.html http://uguryolu.az/4690-koronavirusla-bal-son-statstka.html Koronavirusla bağlı SON STATİSTİKA


Dünyada 39 587 475 nəfərdə koronavirus aşkarlanıb.

Tv 713. az bununla bağlı son statistikanı təqdim edir.

Virusdan 1 109 135 xəstə ölüb, 29 658 928 nəfər sağalıb.

Asiyada 12 330 439, Şimali Amerikada 9 940 346, Cənubi Amerikada isə 8 915 088 nəfərdə virus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (8 288 278 nəfər), Hindistan (7 432 680 nəfər), Braziliya (5 201 570 nəfər), Rusiya (1 369 313 nəfər) və İspaniyadır (982 723 nəfər).

İranda 522 387, Türkiyədə 343 955, Ermənistanda 61 460, Gürcüstanda isə 15 327 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 43 789 nəfərin 621-i ölüb, 39 800-ü sağalıb]]>
tv713 Sat, 17 Oct 2020 14:52:55 +0400
Dünyada hər 16 saniyədə bir uşaq ölü doğulur - STATİSTİKA http://uguryolu.az/4599-dnyada-hr-16-saniyd-bir-uaq-l-doulur-statstka.html http://uguryolu.az/4599-dnyada-hr-16-saniyd-bir-uaq-l-doulur-statstka.html Dünyada hər 16 saniyədə bir uşaq ölü doğulur - STATİSTİKA



Dünyada hər il təxminən 2 milyon uşaq ölü doğulur. 

Bununla bağlı UNİCEF, Ümümdünya Səhiyyə Təşkilatı və Dünya Bankı birgə hesabat hazırlayıb. 

Hesabatda bildirilir ki, dünyada hər 16 saniyədə bir uşaq ölü doğulur. Ölüm hallarının 84 faizi aşağı gəlirli ölkələrdə qeydə alınır. 

Uşaqların ölü doğulmasına səbəb hamiləliyin izlənilməməsi, peşəkar həkimlər və s. səbəblər göstərilib. 

Hesabatda qeyd edilib ki, COVID-19 səbəbindən dünyada ölü doğulan uşaqların sayı arta bilər. 

Həmçinin bildirilib ki, az inkişaf etmiş 20 ölkədə ölü doğulan uşaqların sayında 20 dəfə artım müşahidə edilib.]]>
tv713 Fri, 09 Oct 2020 06:35:10 +0400
Qandakı yüksək xolesterin və şəkəri mərci sürətlə azaldır http://uguryolu.az/4493-ykksk-xolesterin-v-kri-mrci-srtl-azaldr.html http://uguryolu.az/4493-ykksk-xolesterin-v-kri-mrci-srtl-azaldr.html Qandakı yüksək xolesterin və şəkəri mərci sürətlə azaldır


Mərci qanda yüksək xolesterin və şəkər səviyyəsini sürətlə azaldan ən yaxşı qarnirlərdən biridir. Mütəxəssislər, kartof püresi və ya bişmiş ağ düyü kimi məşhur qarnirlərin mərci ilə əvəz edilməsini məsləhət görürlər.

TV 713 xəbər verir ki, bu növ paxlalılar ürək-damar sisteminin vəziyyəti üçün daha faydalıdır – belə qarnirin sayəsində o xolesterinin və şəkərin artıqlarından daha səmərəli azad edilir.

Mərcinin tərkibinə çox miqdarda fol turşusu, bitki zülalı, sellüloz daxildir - bu kompleks xolesterinin səviyyəsinin azalması proseslərini aktivləşdirir.

Bundan əlavə, mərcinin tərkibində zülal və lif çoxdur - bu, həzmi ləngidir və bununla birlikdə şəkərin sərbəst buraxılmasına mane olur. Bu qarnirin qəbul edilməsi qanda qlükozanı yüzdə 35-ə qədər endirə bilər.

Qanda çox yüksək miqdarda şəkər və xolesterinin olması, 2-ci tip diabet, ateroskleroz, infarkt, insult inkişafı da daxil olmaqla təhlükəli nəticələrə gətirib çıxara bilər. Bununla belə, göstəricilər kritik dəyərlərə çatmayana qədər pozuntular heç bir şəkildə özünü göstərməyə bilər.]]>
tv713 Thu, 01 Oct 2020 07:33:26 +0400
Əlilliyin təyinat meyarları açıqlandı http://uguryolu.az/4387-lilliyin-tyinat-meyarlar-aqland.html http://uguryolu.az/4387-lilliyin-tyinat-meyarlar-aqland.html Əlilliyin təyinat meyarları açıqlandı

“Əlilliyin müəyyən olunması meyarları” layihəsi sayəsində mövcud olan üç dərəcə ilə sağlamlıq imkanlarının məhdudluğu aradan qaldırılır və vətəndaşın orqanizminin itirilmə faizi əsas götürülür”.

TV 713 xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişi zamanı Nazirliyin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib.

Onun sözlərinə görə, köhnə qaydada orqanizmin funksiyasının itirilməsi 0-30 arasında olanda əlillik təyin olunmur:

“31-60 faiz dərəcəsində olanda III dərəcə, 61-80 faiz olanda II dərəcə, 81-100 faiz olanda  I dərəcə əlillik təyin olunur”.  

O qeyd edib ki, yeni layihədə I dərəcədə orqanizmin sosial bacarıqlarının hansı dərəcədə məhdudlaşması əsas götürülür:

“II dərəcədə əlil şəxs kənar şəxsin köməyinə ehtiyac duyur, III dərəcə daimi olaraq kənar şəxsin köməyinə ehtiyac duyur və köməkçi texniki vasitələrdən istifadə edir”.]]>
tv713 Fri, 25 Sep 2020 03:49:02 +0400