Şahidlər və Şəhidlər - uguryolu.az http://uguryolu.az/ tr Şahidlər və Şəhidlər - uguryolu.az DataLife Engine Ermənilərin azərbaycanlı əsirlərə qarşı dəhşətləri – 19 üsul http://uguryolu.az/4749-ermnilrin-azrbaycanl-sirlr-qar-dhtlri-19-sul.html http://uguryolu.az/4749-ermnilrin-azrbaycanl-sirlr-qar-dhtlri-19-sul.html Ermənilərin azərbaycanlı əsirlərə qarşı dəhşətləri – 19 üsul

Erməni terrorçularının 1992-93-cü illərdə Qarabağda azərbaycanlı əsirlərə qarşı dəhşətli işgəncələrini əks etdirən məlumat yayılıb.

TV 713. az kult.az-a istinadla sosial şəbəkə istifadəçisi Şahin Hüseynin (11 yaşından əsir düşdüyü bildirilir – red.) “Erməni işgəncə növləri” adı ilə sistemləşdirdiyi sözügedən işgəncələri təqdim edir:

1. Dəyənək, armatur və digər dəmir alətlərin əsirlərin anus dəliyinə yeridilməsi

Bu vəhşilik əsasən Şuşa türməsində saxlanılan əsgərlərin başlarına gətirilirdi. Misal üçün bu, Ermənistanda mühüm dövlət postları tutmuş Samvel Babayanın “sevimli” işgəncə növü olub. Bakı şəhərindən olan Rauf adlı şəxsə qarşı edilən bu vəhşilik əsrilikdən azad edildikdən sonra onun bağırsaqlarından on santimetr kəsilərək götürülməsinə səbəb olmuşdur.

2. Hamilə qadınların qarınlarının cırılaraq uşaqların ordan çıxarılması

Ermənilər əsasən Xocalı şəhərindən əsir düşən hamilə qadınların qarınlarını əsgər bıçağı ilə cıraraq, onun bətnindəki uşağı itlərə yem edir, qadının daxilinə giliz, diri pişik, ilan, qurbağa, siçan və sairə doldurur, yaranı tikir və qadının əzablar içərisində ölməsinə baxırdılar.

3. Zorlama

Ermənilər 4 yaşından 60 yaşına qədər bütün qız və qadınları növbə ilə zorlayır, sonra onları lüt halda rəqs etməyə məcbur edirdilər. Xocalıdan əsir düşən 6 yaşlı bir qızın zorlanmasına dözə bilməyən anası özünü kəndirlə boğaraq, digəri isə işləməyə aparılanda yaba ilə özünü öldürmüşdür. Əsir azərbaycanlı qızların içərisində bakirə olaraq saxlanan qızlar Qarabağa qonaq gələn xaricdəki ermənilərə və bəzi xarici ölkələrin yüksək titullu məmurlarına hədiyyə edilirdi.

4. Bir-birləri ilə cinsi əlaqəyə məcbur edilmə

Azərbaycanın əsgər və əsir düşmüş mülkü vətəndaşlarını bir-birləri ilə cinsi əlaqəyə məcbur edən ermənilər onları kamera ilə çəkirdilər.

5. Siçovul yuvası

Əsirin əl-ayağını bağlayıb, dəmir vedrəyə oturdub, bağlayır və içərisinə diri siçovul qoyurlar. Vedrənin arxasını deşib siçovlun keçə biləcəyi dəlik saxlayır və əsiri həmin dəliyin üstündə saxlayırlar. Sonra vedrəni qızdırırlar və içəridə istidən əriyən siçovul əsirin qaçnama yer axtarırkən, anus dəliyinə girərək onun daxili orqanlarını yeyir və çölə çıxır. Bu cəza növünü əsasən Suriya və Livan erməniləri edirlər.

6. Qulağa güllə

Əsirin əllərin qolların ağaca bağlayır və qulağını iplə dartırlar. Bir güllə ilə qulağı dağıdan erməniyə pul mükafatı verirlər.

7. Odda yandırmaq

Bir neçə əsiri, qollarından hündürdən asaraq, ayaqları altında tonqal qalamaq, isti suda diri-diri yandırmaq, quyuya ataraq üstünə dizel, yaxud benzin tökərək yandırmaq, dəmir boruya salıb oda atmaq, taxtaya bağlayıb od vurmaq və sairə formada yandırmaq.

8. Qurban kəsmək

Ermənilər əsir düşən azərbaycanlıları bayramlarında, ölən əsgərlərinin və yaxınlarının məzarlarının üstündə qurban kəsirdilər. İlk olaraq dəyənək və zopa ilə döyüb, sonra qollarını yana açaraq əvvəl birini, sonra da o birini balta ilə kəsib, sinəsini yararaq ürəyini çıxardırdılar. Xəncər və balta ilə birdəfəyə əsirin boynun vurmaqdan mərcə girənlər, tam boynu kəsilməyən əsirlərin xırıltı ilə ölümünə baxırdılar.

9. Mismarlamaq

Əsirlərin əllərini və ayaqlarını taxta parçasına mismarlayır, başlarına mıx vururlar. Ən “sevimli” oyunları - əsirin əllərini ağaca bağlayır və pnevmotik mismar vuran aparatla onun beynini, gözünü, ürəyini nişan alırdılar.

10. Sidik və nəcis yedirtmək

Ermənilər əsirləri ac və susuz saxlayır və onları sidiklərindən içməyə məcbur edirdilər. Ac qalanların qarşısında nəcislərin ifraz edib əsirlərə yedirdirdilər.

11. Bayraq öpmə

Erməni və Azərbaycan bayrağını asır, günlərlə ac qalan əsirləri öz bayraqlarını öpməyə və Azərbaycan bayrağına tüpürməyə məcbur edirdilər. Əməl etməyini döyür, qolunu-qıçını sındırırdılar.

12. Şüşə və mıx yemə

Əsirləri ac saxlayır və onlara şüşə, mıx, digər dəmir parçaları yeməyə məcbur edirdilər. Sağ qalana yemək verir, öləni isə ayaqyoluna atırdılar.

13. İt əvəzinə saxlamaq

Əsirləri imkanlı ermənilər alıb öz bağlarında, evlərində it damında saxlayır, boğazlarına zəncir taxır və it kimi durmağa və hürməyə məcbur edirdilər. Bəzən “it döyüşü” keçirir və mərcə girirdilər. Etiraz edəni döyüb, oda atırdılar.

14. İtlərə yem etmək

Əsirləri sıraya düzür, hasara çəkilən əraziyə salır və təlim keçmiş itləri onların üstünə buraxırdılar. İtlər əsirləri parça-parça edirdi.

15. Qulaqdan qumar

Əsir düşənləri sıraya düzür və onların qulaqlarını kəsərək qumar oynayırdlar. Daha çox qulaq “qazanan” istədiyi məbləği almaq hüququ əldə edirdi.

16. Diş çıxarma

Əsirlərin qızıl dişini kəlbətinlə dartıb çıxardır,yaxud da avtomatın qundağı ilə döyərək sındırırdılar. Əsirləri Azərbaycan meyitlərinin ağzından qızıl dişlərini çıxartmağa və qəbirləri açdıraraq ölmüş insanların ağızlarındakı qızıl dişləri onlara gətirməyə məcbur edirdilər.

17. İynə

Əsir düşənlərin bədənlərinə şpritslə ilə benzin, dizel, spirt və digər naməlum tərkibli məhlular vuraraq onları şikəst edirdilər.

18. Orqan satışı

Əsir düşənlərin daxili orqanlarını əməliyyat edir və xarici ölkələrə satışını həyata keçirirdilər.

19. Ölülərə həqarət

Ermənilər ölən əsirlərin meyitlərini ayaqyoluna atır, donuzlara yem edir və hətta onların ətin bişirdib əsirlərə yedizdirirdilər!

Qeyd edək ki, bu, ermənilərin dəhşətli işgəncələrinin hamısı deyil. Əsir qadın-qızların döşlərinin kəsilməsi, kürəklərinə qaynar samovar bağlanaraq, samovarın qaynadılması, üz-gözlərində yanan siqaretin söndürülməsi, sinələrinə xaçla dağ basılması və sairlə bağlı da əsirlikdən azad olunanların söylədiyi faktlar var.

]]>
tv713 Sun, 25 Oct 2020 06:56:05 +0400
DƏRD AĞACIndan asılı qalan Şəhid Arzuları http://uguryolu.az/4376-drd-aacindan-asl-qalan-qbirlrimiz.html http://uguryolu.az/4376-drd-aacindan-asl-qalan-qbirlrimiz.html Ölkəmizin qədim tarixə malik olan kəndlərindən biri Laçın rayonunda yerləşən Vağazində dörd bir yanını düşmən qüvvələri sarmış Şəhid məzarlarımız 27 ildir ki, bizim nankorluğumuza baxaraq ermənilərə qarşı döyüşürlər.

 DƏRD AĞACIndan asılı qalan Şəhid Arzuları

 MUSAYEV RAMİZ RƏHİM OĞLU da o döyüşçülər cərgəsindədir...

 Şəhid qardaşımızın qısa tərcümeyi-halında qeyd olunduğu kimi Musayev Ramiz 22 sentyabr 1962-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub. 1971-ci ildə Laçın rayon Vağazin kəndində orta məktəbin birinci sinfinə daxil olan Ramiz 1980-cı ildə həmin məktəbin onuncu sinfini bitirib. 

Ramiz orta məktəbi başa vurduqdan sonra Rusiya vilayətinin Rostov şəhərinə gedib. Orada işləyə-işləyə həm də sürücülük məktəbinə daxil olub. 

1982-1984-cü illərdə sovet ordusu sıralarında xidməti başa vurduqdan sonra Ramiz Azərbaycana qayıdır. Bakı Qafqaz Enerjiquraşdırma Trestində sürücü düzəlib və həmin qarajda sürücülük fəaliyyətilə məşqul olub... 
1992-ci ildə Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etmək üçün Füzuli rayonu ərazisindəki cəbhə xəttinə yollanıb... 

 Döyüşcü yoldaşları şəhid olduqdan sonra Ramiz iş yoldaşları, əslən Biləsuvardan olan İmanov Elşad və əslən Tovuzdan olan Yunanov Şahlarla birgə Laçın rayonunnda yerləşən 713-saylı hərbi hissənin tərkibinə daxil olurlar.

 22.09.1992- ildə Hocaz dağı yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.

Musayev Ramizin ölümündən sonra bir qızı və bir oğlu Vətənə əmanət qalır. Çox keçmir ki, Ramizin həyat yoldaşı da bu həyatla vidalaşır və beləcə Vətən öz Şəhid övladının, Şəhid övladları öz vətənlərinin timsalında güvənc yeri tapırlar...

BAKI QAFQAZ  ENERJİQURAŞDIRMA TRESTİ  VƏ “QULAQ ARDINA VURULAN DÖVLƏT SİYASƏTİ”

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəşt haqqında" mərhum prezident Heydər Əliyev tərəfindən 3 sentyabr 1993-cü il tarixdə imzalanan 697 nömrəli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, "Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericilikdə müəyyənləşdirimiş qaydada ölmüş hesab edilən şəxslər Şəhid sayılırlar"..

Bu qanunun tətbiqiylə bağlı müəyyən məsələlərin həlli üçün lazımi aktlarsa birbaşa Nazirlər Kabineti tərəfindən həll edilir. 

 DƏRD AĞACIndan asılı qalan Şəhid Arzuları
 
AZƏR PAŞAYEV: “ÇOXLARI HƏLƏ DƏ VƏTƏN VƏ VƏTƏNDAŞ QARŞISINDA MƏSULİYYƏT HİSSİNİ ANLAMIR”

Məsələyə münasibətini bildirən 713 nömrəli hərbi hissənin köhnə döyüşçüsü AZƏR PAŞAYEV bizimlə söhbətində vurğuladı ki, “"Güzəştlərin tətbiq qaydaları" Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarlyla təsdiq edilib. Amma bir çox hallarda görünən budur ki, üstündən illər ötsə də bununla bağlı aidiyyatı instansiyalar, eləcə də yerli müəssisə və təşkilatlar, eləcə də vətəndaşlarımızın bir çoxu hələ də Vətən və vətəndaş qarşısında öz məsuliyyət hissini anlamayıblar. Şəhid adının əziz tutulmasını hələ də qulaq ardına vuranlar var. Babək prospektində maşın bazarının yaxınlığında yerləşən Bakı Qafqaz Enerjiquraşdırma Trest sanki dövlətin qanunlarından xəbərsizdir və sanki dövlət siyasətini də qulaq ardına vurur. Əldə etdiyimiz məlumatlara görə bu gün adı çəkilən müəssisə daha çox qaraj kimi tanınıb. Vaxtilə bu müəssisədə sonradan torpaqlarımızın azadlığı uğrunda canın fəda etmiş Musayev Ramiz Rəhim oğlu da çalışıb. Bildiyimiz qədərində Ramiz Şəhidliyin zirvəsində qərar tutandan sonra adı çəkilən müəssisə rəhbərliyilə şəhidimizin doğmalarının birgə səyi nəticəsində həmin təşkilatın həyətində onun xatirə lövhəsi vurulur. Bu müəssisənin bir qisim ərazisi  başqa məqsədlər naminə icarəyə veriləndən sonra Şəhidimizin xatirə lövhəsi yoxa çıxır. Şəhidimizin doğmaları və onunla birgə 713 nömrəli hərbi hissədə döyüşmüş Məmməd İsayevin birgə səyi nəticəsində məlum oldu ki, hansısa səbəblər ucbatından ikiyə bölünmüş xatirə lövhəsi qaranlıq bir hücrədə baxımsız bir durumdadır. Məsələ ilə bağlı biz Şəhid qardaşımızın xatirə lövhəsinə sahib çıxmaq və onu bərpa etmək məqsədilə hadisə yerinə getdik və Şəhid Ruhuna olan sayğısızlığın bir daha şahidi olduq. Müəssisə rəhbərliyini arasaq da, tapa bilmədik. Bununla bağlı işçilərdən soruşduqda doğru-dürüst məlumat da verə bilmədilər”...

MƏMMƏD İSAYEV: “RAMİZ ÖZÜ VƏSİYYƏT ETMİŞDİ Kİ....”

Ramizlə bir kənddə, bir məhlədə böyüdüyünü deyən 713 nömrəli hərbi hissənin döyüşçüsü İSAYEV MƏMMƏD bizimlə söhbətində onu da vurğuladı ki, şəhidimiz ondan səkkiz yaş böyük olub: "Yaşca bizdən böyük olmasına baxmayaraq mən onun uşaqlıq illərini də çox yaxşı xatırlayıram. Çünki Ramiz hər kəslə öz yaşına uyğun davranmağı bacaran adam idi. Xasiyyətcə çox həlim, gülərüz, mülayim təbiətli idi. Elə bununla da hamı arasında hörməti var idi, dostluq etməyi bacarırdı. Böyüklərlə böyük, balacalarla da balaca kimi davranırdı. Torpağa bağlı adam idi. Məlum hadisələr başlayan zaman hamı kimi Ramiz də könüllü olaraq Laçının müdafiəsinə qalxdı. Ramiz Musayev çox vətənpərvər oğlan idi. onun ürəyi daim vətənlə döyünürdü. Tale elə gətirdi ki, biz Ramizlə birlikdə Vağazin, Bozgüney, Haxnəzər,Təzəkənd, Alxaslı,Sonasər, Mişni və Pircahan, Hoçaz kəndlərində gedən döyüşlərdə, bütövlükdə Laçın və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda birgə iştirak etdik. 1992 ci ilin sentyabr ayının 18-dən sonra ikinci dəfə Hoçaz yüksəkliyi uğurunda gedən döyüşlərdə 22 sentyabrda Ramiz şəhid oldu. Şəhidimiz Musayev Ramiz Rəhim oğlu özü vəsiyyət etmişdi ki, əgər mən Şəhid olaramsa, onda məni doğma kəndimizin qəbiristanlığında dəfin edərsiniz. Və biz də o cür etdik, şəhidimizi doğma kəndində - Vağazin kənd qəbiristanlığında dəfn etdik"...

BAKİR MÜRSƏLOV: “...ERMƏNİ VANDALİZMİ GÖZÜMÜN ÖNÜNƏ GƏLDİ”

Ramizin döyüş yoldaşı BAKİR MÜRSƏLOV gördüklərindən çox sarsıldığını bildirir:

“O xatirə lövhəsini həmin şəkildə görəndə erməni vandalizmi gözümün önündə canlandı. Ermənilər də bax beləcə bizim qəbir daşlarımızı darmadağın etmişdilər. O xatirə lövhəsini görəndə ikiyə bölünmüş Azərbaycanımızın taleyindən qəhər boğdu məni. O xatirə lövhəsini görəndə param-parça edilmiş Azərbaycanın taleyini düşündüm, ürəyim sızladı. Içim göynədi”.  yaşayan bir şəhidimizin xatirə lövhəsini görəndə bizi dəhşət bürüdü”...

Məlumat üçün bildirək ki, şəhidimiz MUSAYEV RAMİZ RƏHİM OĞLU torpaqlarımızın azadlığı uğrunda döyüşə atılmazdan öncə bax elə bu müəssisədə sürücü işləyib. Bir neçə uğurlu hərbi əməliyyatda iştirak edən, qəhrəmanlıqlar göstərən Musayev Ramiz 1992-ci ildə Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlir. O zaman Şəhidimizin xatirəsinə hörmət əlaməti olaraq keçmiş iş yoldaşlarıyla onun yaxınlarının şəxsi təşəbbüsləri sayəsində bu müəssisənin həyətində Ramizin xatirə lövhəsi asılır. Ramiz özüsə vəsiyyətinə uyğun olaraq doğma kəndində - VAĞAZİNdə dəfn edilir. O gündən ta bir neçə ay bundan əvvələdək Ramizin xatirə lövhəsi asılan məkan onun ata və ana həsrətlə qıvrılan bir oğlu və bir qızı üçün doğma yerə çevrilir. Doğma balaları o xatirə lövhəsindən ataları Ramizin sanki iyini alırmışlar.... 
Amma günün birində Ramizin oğlu Ramin həmişəki kimi "atasıyla görüş"ə gedəndə o xatirə lövhəsini yerində görmür, əvəzindəsə ikiyə bölünmüş xatirə lövhəsinin bir qaranlıq hücrəyə atılmasının şahidi olur...

MUSAZADƏ RAMİN: "ATAMIZIN YOXLUĞU HƏYATIMIZDA BİR BOŞLUQ YARADIB"

Hazırda Nizami rayonunda yaşayan MUSAZADƏ RAMİN 23 avqust 1991-ci ildə Bakı şəhərində anadan olub. Şəhid qardaşımız Ramizin övladıdır. Atasız böyümənin ağrı-acılarını, içində olan ata və yurd həsrətini Ramin bizimlə bölüşüb "ən ağır kədərin ortağı varsa; o kədər özü də bir sevinc olar" deyir: "Ailədə 4 nəfər olmuşuq - atam Musayev Ramiz Rəhim oğlu, anam Səfərova Sevil İmran qızı, bacım Musazadə Turanə Ramiz qızı və mən. Atam 1992-ci il 22 sentyabrda Laçın rayonu, Hoçaz kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Bacımla məni anam Sevil xanım böyüdüb.1997-ci ildə Nizami rayonunda da yerləşən 251 saylı orta məktəbə daxil olmuşam. 2006-ci ilə qədər təhsilimi bu məktəbdə davam etdirmişəm. 2006-2008-ci illər arasında isə təhsilimi Ağcəbədi rayonunda Şəhid atamın adını daşıyan orta məktəbdə davam etdirmişəm. 2008-ci ildə həmin məktəbdən məzun olmuşam. Elə həmin ili Ali Neft məktəbinə qəbul olmuşam". 

2012-ci ildə Ali Neft məktəbinin məzunu olan Raminin dediyinə görə elə həmin il 2012-ci ilin 23 mayında anası Səfərova Sevil xərçəng xəstəliyindən vəfat edir. Həyatın bütün ağrı-acılarına baxmayaraq Ramin ayaq üstə durmağı bacarır. Genində daşıdığı Şəhid atası Ramizin arzuları, istəkləri onu həyatın özüylə mübarizədə daha da mətinləşdirir. 2013-cü ilin aprel ayından Azərbaycan Neft şirkətinə qəbul olan Ramin indiyə qədər də öz iş fəaliyyətini orada davam etdirir. 2013-cü ilin oktyabr ayında ailə həyatı quran Raminin artıq 2 övladı var.

“Atam şəhid olarkən bacımın 2, mənim isə cəmi 1 yaşım var idi. Ailəmizin çətin günləri atamın ölümündən sonra başladı. Belə ki, atamın itkisi, maddi sıxıntı, iki övladına korluq çəkdirmədən baxıb böyütmək və sair kimi bütün çətinliklər, problemlər anam-Səfərova Sevil İmran qızının çiyinlərinə yükləndi. Anamın həmin vaxtı cəmi 28 yaşı var idi. O yaşda tək 2 uşaq böyütmək,o qayğılarla başa çıxmaq, övladlarına həm ata,həm də ana olmaq hər qadının işi deyil. Anam bütün həyatı boyu bizə yoxluq çəkdirməmək üçün çalışıb. Az maaşla təkbaşına 2 uşaq böyüdüb.Yeməyib bizə yedirib, geyməyib biz geyindirib ki, biz atalı uşaqlara baxıb həsəd aparmayaq. Amma atasız olmaq, atasız böyümək çox çətindir. Atamızı xatırlayanda
onun yoxluğu həyatımızda həmişə dərin bir boşluq yaradıb. Bütün uşaqlığımız atam Ramizin şəklinə baxmaq və anamdan onun haqqında danışdıqlarını dinləməklə keçib.

Bacım Turanəylə 1997-ci ildə Nizami rayonunda yerləşən 251 saylı orta məktəbə oxumağa başlamışıq. Mən 2006-cı ilə, bacım isə 2008-ci ilə məzun olana qədər həmin məktəbdə təhsilini davam etdirib. Mən 2006-2008-ci illər arasındakı təhsilimi Ağcəbədi rayonunda yerləşən atam-şəhid Musayev Ramiz Rəhim oğlunun adını daşıyan orta məktəbdə davam etdirmiş və elə həmin məktəbdən məzun olmuşam. Özümü xatırlayandan anamın sağlamlığı ilə bağlı problemləri olduğu yadıma gəlir. Atamın yoxluğu, çətin həyat şəraiti anam Sevil xanımın gənc yaşda şəkərli diabet xəstəliyinə tutulmasına səbəb oldu. Başqa problemləri də var idi. Ona görə də biz övladları əlimizdən gələni edirdik ki, anamızı sevindirək, onun əziyyətinin bəhrəsini verək. 2008-ci ildə azda olsa bunu bacardıq. Bacım Turanə İqtisad universitetinə, mən isə Ali neft məktəbinə daxil qəbul oldum. Bu illər ərzində anamızın səhhəti daha da pisləşmişdi. Ağır diabet xəstəsi idi, günü- gündən daha da arıqlayırdı. Buna baxmayaraq ehtiyaclara, dolanşığımıza görə bir gün belə işdən qalmırdı. 2012-ci ildə hər ikimiz oxuduğumuz Ali təhsil müəssisəsindən məzun olduq. Lakin anamızın xəstəliyinə görə məzun olduğumuza sevinə bilmədik. Diabet xəstəsi olduğuna görə anamın mədəaltı vəzi sıradan çıxmışdı artıq,mədəaltı vəzin xərçənginə çevrilmişdi. Diaqnozu eşidəndə dünya başımıza uçdu.Sanki dünyada tək dayağımız olan anamızı itirdik, günü- gündən gözümüzün qabağında əriyirdi anmız. O, uca boylu, gözəl qadından əsər əlamət qalmamışdı.Tamam rəngi saralmış və bir dəri,bir sümük qalmışdı.Bir neçə bankdan kredit götürüb anamızı İran İslam Respublikasına əməliyyata apardıq. Anam Sevil xanım 2012-cu ilin 29 aprelində İranda əməliyyatlar oldu. Lakin artıq gec idi, xəstəlik bütün bədəninə metastaz vermişdi, əməliyyatdan bir neçə gün sonra 23 may 2012-ci ildə tək dayağımız olan anamızı da itirdik.Həyatımızın ən çətin günləri idi, çəkdiklərimiz sözlə ifadə etmək belə mümkün deyil. Amma necə deyərlər həyat davam edirdi və biz də yenidən ayağa qalxmalı idik. Məzun olduqdan sonra bacımla iş axtarmağa başladıq. İmtahanla 2013-cü ildə Dövlət Neft Şirkətinə işə qəbul oldum. Hal-hazırda da orada iş fəaliyyətimi davam etdirirəm. 2013-cü ilin oktyabr ayında ailə həyatı qurdum. Evliyəm,Sevil və Raul adında 2 övlad atasıyam.Bu az yaşımda çox çətin və keşməkeşli həyat yaşamışam. Amma buna baxmayaraq həmişə valideynlərimlə fəxr etmişəm. Fəxr etmişəm ki,şəhid övladıyam. O yüksək zirvəyə qalxaraq şəhid olmaq hər kəsə qismət olmur.Fəxr etmişəm ki,övladlarına görə öz həyatını qurban verən ananın övladıyam. Ümid edirəm ki, mən atasız böyüsəm də, övladlarıma yaxşı ata ola bilərəm. Bunun üçün əlimdən gələn hər şeyi edirəm və son nəfəsimə qədər edəcəm də”.

ABDULƏZİMOV ABBAS: "O QƏBİR DAŞLARI TEZ-TEZ YUXULARIMA ƏSGƏR OBRAZINDA GƏLİR, BİZİ QINAYIRLAR"

Ramizin başqa bir döyüşçü yoldaşı Əbdüləzimov Abbas da öz həmkəndlisi, öz məktəb yoldaşı, öz səngər yoldaşıyla bağlı xatirələrini bizimlə bölüşdü: " Biz Vağazin kəndində bir orta məktəbdə oxumuşuq. Rəhmətlik Ramiz məndən iki sinif yuxarl idi. Buna baxmayaraq sözün həqiqi mənasında çox mehriban və səmimi bir qardaş idi. İllər keçdi, biz böyüdük və hərəmiz bir tərəfə getdik. Ramiz də Bakıya gəldi. Biz onunla bir də qacqın həyatında goruşdük. Bir-birimizlə hal- əhvallaşandan sonra Ramiz məndən soruşdu ki, nə işlə məşğul olursan? Mən də ona hələ ki, bekar olduğumu və geri qayıtmaq istədiyimi bildirdim. O mənə "gedək Babək prospektində olan qarajda mənimlə sürücü işlə" dedi. Cavab verdim ki, sonra gələrəm. Sonra elə oldu ki, mən torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan 713 nömrəli hərbi hissəyə qoşuldum. Və Ramizlə yenidən bu hərbi hissədə qarşılaşdıq. Ramiz çox səmimi bir insan idi. Qorxmaz döyüşçü idi. O zaman Ramizin iki, mənim işə bir övladım var idi. Ramiz deyirdi ki, bu erməni dlgalarının kökünü kəsməliyik ki, balalarımız rahat yaşasınlar. Biz birlikdə bir neçə döyüşdə iştirak etdik. Cox təəssuf olsun ki, Ramiz Hocaz yuksəkliyi uğrunda gedən döyüşlərin birində düşmən gülləsinə tuş gəldi və Şəhidlik Zirvəsinə yüksəldi. Ramiz hətta ölümüylə belə doğma torpağımıza sahib çıxdı, o yurd yerlərimizi hər şeydən və hər yerdən uca tutdu. Şəhid olarsa doğulub boya- başa catdığı Vaqazin kəndində dəfn olunmağı bizlərə vəsiyyət etmişdi. Biz də qardaşımızı öz vəsiyyətinə uyğun olaraq doğma Vağazin kənd qəbiristanlığında dəfn elədik. O şəhid qardaşlarımızın qəbir daşları bu gün yurd yerlərimizdə keşik çəkir, gözləri yollarda qalıb ki, hanı bizim yurddaşlarımız!? Hər gün o qəbir daşları ƏSGƏR obrazında yuxularıma gəlir. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin, Tanrı bizlərə şəhid qardaşlarımızın və yurd həsrətimizin qisasını almağı nəsib etsin".
713 nömrəli hərbi hissənin köhnə döyüşçüləri öz şəhid qardaşları Ramiz Musayev və onun xatirə lövhəsi haqqında danışdıqca adama elə gəlir ki, içimizdə bir dərd ağacı böyüməkdədir. Nə qədər ki, torpaqlarımız erməni işğalından azad edilməyib bütün arzularımız da da o dərd ağacından asılı qalacaq...

 İGİD TEYMURLU
TV 713

]]>
tv713 Tue, 22 Sep 2020 20:08:25 +0400
VAĞAZİNDƏ Vətən Əmanətini qoruyan ŞƏHİD QƏBİRLƏRİ http://uguryolu.az/4375-vaazn-hdir.html http://uguryolu.az/4375-vaazn-hdir.html Əmirov Səmədlə Qiyasov Müzəffərin əsgər andı

 VAĞAZİNDƏ Vətən Əmanətini qoruyan ŞƏHİD QƏBİRLƏRİ

Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması erməni daşnaklarının uzun illərdən bəri apardıqları məkrli siyasətin tərkib hissəsi olub. Ermənilər bu çirkin niyyətlərini gerçəkləşdirmək üçün bütün mümkün vasitələrdən istifadə edib, rusun, farsın, ingilisin, fransızın bu və ya digər şəkildə etdikləri köməkdən maksimum şəkildə bundan yararlanıblar.

 Çox təəssüflər olsun ki, baş verən proseslərə daha çox ikili standartla yanaşılan bu dünyada həm də xristian faktoru əsas götürülərək maraqlı qüvvələrin ermənilərə dayaq durmasıyla Azərbaycanın tarixi torpaqları işğal faktıyla üz-üzə qalıb. “Sivil dünya”nın görüntü xatirinə atdığı addımlar kağız üzərindən o yana keçməyib...

 Amma bütün bunlara baxmayaraq Azərbaycanın mərd oğul və qızları hər zaman dədə-baba yurdlarımızın azadlığı uğrunda bir an belə geri çəkilməyiblər. Bu mənada hansısa döyüşü uduzsaq da, ancaq müharibə bu gün də davam etmədədir.

Torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə 713 saylı hərbi hissənin keçdiyi yol bütövlükdə müharibə tariximizin şanlı səhifələrindəndir. Baxmayaraq ki, ayrı-ayrı zamanlarda bu hərbi hissənin özünə qarşı o dövrün həm siyasi, həm də hərbi rəhbərliyi tərəfindən laqeydlik ortaya qoyulub, amma bütün bunların qarşılığında adı çəkilən bu hərbi birləşmə heç zaman Vətən əmanətini, əsgər andını  unutmayıb. Laçın və Ağdər uğrunda gedən qanlı döyüşlərdə 36 Şəhid verən 713 saylı hərbi hissənin qəhrəmanları arasında ƏMİROV SƏMƏD AYDIN OĞLU və QİYASOV MÜZƏFFƏR ƏFQAN OĞLU da var.

Öncə Şəhidlərimizin qısa həyat yoluna nəzər salaq.

ƏMİROV SƏMƏD AYDIN OĞLU:

 VAĞAZİNDƏ Vətən Əmanətini qoruyan ŞƏHİD QƏBİRLƏRİ

1972-ci ildə Laçın rayonunun Bozgüney kəndində anadan olub.

1979-1991-ci illəırdə Laçın rayon Vağazin kənd orta məktəbində oxuyub. Orta təhsillidir.

12.07.1992-ci il tarixdə müstəqil Azərbaycanın ordu sıralarına çağırılıb. 713 saylı hərbi hissənin ikinci potasında xidmətə başlayıb. 30.07.1992-ci ildə Laçın rayonu, Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə Şəhid olub. 

Şəhidimizin qəbri Laçın rayonu Vağazin kənd qəbiristanlığındadır.

Şəhidimizin üç qardaşı, iki bacısı var.

QİYASOV  MÜZƏFFƏR  ƏFQAN OĞLU:

3 mart 1970-ci ildə Laçın rayonu, Bozgüney kəndində anadan olub.

1978-1988-ci illərdə Laçın rayonu, Vağazin kənd orta məktəbində oxuyub.

1988-1990-cı illərdə sovet ordusu sıralarında xidmət edib.

13.07.1992-ci ildə 713 saylı hərbi hissəyə daxil olur. 30.08.1992-ci ildə Laçın rayonu, Hocaz yüksəkliyi uğrunda gedən döyüşdə Şəhid olub.

Şəhidimiz Laçın rayonu Vağazin kənd qəbiristanlığında dəfn edilib.

Atası Qiyasov Əfqan Müzəffər oğlu

Anası Qiyasova Qönçə Növbəti qızı

Bir qardaş və bir bacısı var...

Doğmaları Şəhid qardaşlarımızla bağlı keçmişin diliylə danışa bilmirlər. Onlar üçün Səməd də, Müzəffər də hər zaman diridirlər. Amma nə qədər ağrılı olsa belə bu gün Səməd də, Müzəffər də cismən bizim aramızda yoxdular. onlar da başqa Şəhidlərimiz kimi daha yüksək zirvələrdə qərar tutub, Şəhidlik Zirvəsinin əbədiyaşar qəhrəmanlarına çevriliblər...

Əmirov Mürvət Aydın oğlunun qardaşı Səməd haqqında söylədiklərindən:

 VAĞAZİNDƏ Vətən Əmanətini qoruyan ŞƏHİD QƏBİRLƏRİ

“Səməd yurdsevərliyi, gülərüzlüyü, mehribanlığıyla el arasında yaxşı tanınırdı. Şux zarafatları var idi Səmədin. Dörd qardaş, iki bacı arasında da elə ən sevimlimiz Səməd idi”.

Laçın rayonu Kalafalıq kəndindən olan Qasımov Mirələm Əhliman oğlu Əmirov Səmədin sinif yoldaşı olub:

 VAĞAZİNDƏ Vətən Əmanətini qoruyan ŞƏHİD QƏBİRLƏRİ

“Məktəb illərinin müəyyən mərhələsində mən Səmədlə bir yerdə oxumuşam. Sinifdə uşaqlar arasında çox hörməti var idi Səmədin. Bu da ilk növbədə onun vətənpərvər olmasından irəli gəlirdi. Bu xüsusiyyətinə görə Səmədin müəllimlərin yanında böyük hörməti var idi. Biz bu gün də onu hörmətlə yad edirik, Səməd hər zaman bizim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin”.

Elə doğmaları kimi Şəhidlərimizin döyüş yoldaşlarından olan MÜRSƏLOV BAKİR və İSAYEV MƏMMƏD də Səməd və Müzəffərlə bağlı danışmağın onlar üçün də çətin olduğunu bildirdilər.
Amma Şəhidlərimizdən danışmağın özünün bir şərəf olduğunu bidirən döyüşçü yoldaşlarından olan Mürsəlov Bakir Səməd və Müzəffərlə bağlı xoş xatirələrini bizimlə bölüşdü:

 VAĞAZİNDƏ Vətən Əmanətini qoruyan ŞƏHİD QƏBİRLƏRİ

“Şəhid Əmirov Səməd Aydın oğlu haqqında danışmaq mənim üçün çox ağır və kədərləndiricidir. Ona görə ki, mən Səmədi uşaqlıqdan tanımışam. Onun xasiyyətinə, mərdliyinə, şücaətinə bələd olmuşam. Səməd belə insan idi ki, həyatda heç kimin xətrinə dəyməzdi. Öz səmimiliyi, mülayim və zarafatcıllığı ilə hamının hörmətini qazanmışdı. Bütün bu xasiyyətləri ilə keçdiyi qısa və şərəfli döyüş yolunda da bir sıra fədakarlığı və vətənpərvərliyi ilə bir döyüş yoldaşı kimi mənim də qəlbimdə əbədi olaraq qaldı. Səməd Laçın rayonu ərazisində şəhid olduğu günə qədər bütün döyüşlərdə şücaətlə iştirak etdi. Vağazin, Ərdəşəvir, Bozgüney və bir sıra kəndlərin azad edilməsi ilə bərabər Kalafalıq, Fərraş-Meşəli avtomobil yolunun düşmən tərəfdə partladılmasında şəxsən iştirak etdi. Bir sıra döyüşlərdən sonra 30.07.1992-ci ildə Hoçaz dağı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid oldu. Allah rəhmət eləsin. Səməd bir döyüş yoldaşı kimi həmişə qəlbimizdə yaşayacaq”.

Qiyasov Aqil qardaşı Müzəffərin torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına Şəhid olmasından qürur duyduğunu bildirir:

 VAĞAZİNDƏ Vətən Əmanətini qoruyan ŞƏHİD QƏBİRLƏRİ

“Müzəffər təkcə bizim xatirimizdə deyil, bütöv Azərbaycanın yaddaşında bir qəhrəman olaraq daim xatırlanacaq. Ümumiyyətlə təkcə Müzəffər deyil, bu yurdun azadlığı uğrunda canını fəda etmiş hər kəs millətimizin qan yaddaşına çevrilib. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin”.

Qiyasov Müzəffər haqqında bir həmkəndli kimi deyil,  sıradan bir yoldaş kimi danışan Bakirin bizə vurğuladığına görə “Müzəffər uşaqlıq illərindən yoldaşları, tay-tuşları arasında qürurlu, etibarlı və səmimi bir oğlan kimi sayılıb seçilmişdir. Qismət elə gətirdi ki, biz döyüş yolunu da bir yerdə keçirtdik. O, döyüş vaxtında mərdliyi,igidliyi ilə də döyüş yoldaşları arasında seçilirdi. Müzəffər şəhid olduğu günə qədər Laçın rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə iştirak etmiş bilavasitə Laçın ərazisinə girəndən Şamkənd, Çöyürman, Vağazin, Bozgüney və bir sıra kəndlərin azad olunmasında iştirak etmişdir. 30.07.1992-ci ildə birinci Hoçaz döyüşündə birinci şəhid məhz Müzəffər olmuşdur. Biz onunla bərabər Səməd  Əmirovun meyidini də öz doğma kəndi Vağazin kənd qəbristanlığında dəfn etdik. Müzəffər həmişə qəlbimizdə yaşayacaq. İnşallah canını fəda etdiyi torpaq erməni quldurlarından təmizlənər  və  Müzəffər kimi bütün şəhidlərimizin də ruhu şad olar. Allah rəhmət eləsin”.

Səməd və Müzəffərin timsalında bu iki  Şəhidimiz haqqında döyüş yoldaşlarından olan İSAYEV MƏMMƏD də fəxrlə danışır:

 VAĞAZİNDƏ Vətən Əmanətini qoruyan ŞƏHİD QƏBİRLƏRİ

“Bu gün hər iki qardaşımızın hətta qəbirləri belə yurdun keşiyində dayanıb. Səmədin çox gözəl yoldaşlığı var idi.  Uşaqlıq illərindən yaddaşlarımızda acılı şirinli xatirələr qalsa da, ancaq sonrakı dövrlərdəki yaşantılarımız Səməd haqqında mənə çox şeyləri xatırladır. Mən onu yuxarı siniflərdən daha çox yaxşı tanımışam.  Çoxundan fərqli olaraq Səməd yoldaşlarıyla tez bir zamanda ünsiyyət qurur  və insanlarla münasibət quranda da içindən gələn səmimilik nümayiş etdirirdi.
Xarakterinə görə Səməd həm də bir az çılğın idi. Çılğınlığıyla bərabər atdığı addımlarda hər zaman bir mərdlik duyulurdu. Hər zaman həqiqətin tərəfində olardı. İstər fikirlərini olsun, istərsə də bir loxma çörəyi olsun hər zaman bütün bunları yoldaşla bölüşməyi bacarırıdı. Tale elə gətirdi ki, torpaqlarımızın ermənilərdən azad edilməsi uğrunda gedən döyüşlərdə də mən Səmədlə bir səngərdə çiyin-çiyinə oldum. Hər ikimiz 713 saylı hərbi hissənin ikinci rotasının tərkibində torpaqlarımızın erməni işğalçılarından təmizlənməsilə məqsədilə keçirilən hərbi əməliyyatlarda birgə iştirak etdik. Səməd döyüş zamanı da hər zaman fərqlənirdi. Saçını hər zaman qırxardı, uzun saqqal saxlamışdı, özünü Kərbəlayıya oxşatmışdı. Elə biz də hər zaman Səmədi “Kərbəlayi”  deyə çağırırdıq. Əslində o, özünü Kərbəlayıya oxşatmaqla, nəyin uğrunda döyüşdüyünü çox gözəl bilirdi.
Biz Səmədlə bir çox istiqamətlərdə gedən döyüşlərdə iştirak etmişik. Vağazin, Bozgüney, Təzəkənd, Haxnəzər, Pircahan, Alxaslı, Mişni, Sonasar və Hoçaz istiqamətlərində erməni işğalçılarına qarşı birgə mübarizə aparmışıq. Bu kəndlər azad ediləndə itkilərimiz də oldu. 7 nəfər şəhid verdik, bax həmin şəhid qardaşlarımızdan biri də Səməd oldu. Səməd 30.07.1992 ci ildə şəhid oldu. Həmin döyüş bizim üçün çox ağır və kədərli oldu. Biz yeddi qardaşımızı, yeddi igidimizi itirmişdik. Amma neyləmək olar. Bu da bir tale, bu da bir qismətdir. O igidlər yurdumuzun azadlığı uğrunda canlarını fəda etdilər. İnşəAllah tezliklə o yurd yerlərimizi işğaldan azad edib Şəhid qardaşlarımızın uğrunda can qoyduqları Vətən torpağına öz qələbə bayrağımızı sancarıq”.

 VAĞAZİNDƏ Vətən Əmanətini qoruyan ŞƏHİD QƏBİRLƏRİ

Onu da xatırladaq ki, Şəhidimiz Əmirov Səmədin xatirəsi əbədiləşdirilib. Laçın rayonu, 2 nömrəli məktəb bu gün Şəhidimizin adını daşıyır.

 VAĞAZİNDƏ Vətən Əmanətini qoruyan ŞƏHİD QƏBİRLƏRİ

Məmməd deyir ki, Müzəffər onunla qonşu kənddən olub:

“O dağlar bizi hələ uşaq yaşından bir-birimizə isinişdirmişdi. Bizim kəndlərimiz ayrı olsa da amma heyvan otardığımız yerlər eyni idi. Müzəffər yoldaşlıqda çox dürüst və mehriban , səmimi, mülayim, sakit bir oğlan idi.  Çox vətənpərvər və qayğıkeş idi . Ermənilər bizə qarşı torpaq iddiası qaldıranda  biz birgə vətənin müdafiəsinə qalxıb, hərbi birləşməyə qoşulmuşuq. Qismət elə gətirdi ki, dünən bir yerdə qoyun quzu otardığım  Müzəffərlə bu gün həmin yamacları, həmin dağları ermənilərdən təmizləmək missiyasını birgə daşımalı olduq. Biz 713 nömrəli hərbi hissədə artıq səngər yoldaşı, qan qardaşı olaraq bir yerdə idik.  Müzəffərlə mən 713 nömrəli həbi hissənin ikinci rotasında birgə döyüşlərə qatıldıq. Kəlbəcər istiqamətindən  Laçın rayonunun kəndlərini erməni işğalçılarından azad etməyə başladıq . Vağazin, Bozgüney, Təzəkənd, Haqnəzər, Pircahan, Alxaslı istiqamətində hərəkətə başladıq, oradan Mişni,Sonasar və Hoçaz istiqamətində döyüşlər keçirdik. Bu döyüşlərdə itkilərimiz oldu. 7 şəhid verdik. Onlardan biri də Müzəffər oldu 30.07.1992 ci ildə Müzəffər ana yurdumuzun torpağını öz qanıyla suvardı, ŞƏHİD oldu. Həmin döyüş bizim üçün ağır və kədərli oldu”.
VAĞAZİNDƏ Vətən Əmanətini qoruyan ŞƏHİD QƏBİRLƏRİVAĞAZİNDƏ Vətən Əmanətini qoruyan ŞƏHİD QƏBİRLƏRİ
 
Onu da vurğulayaq ki, bu gün Ağcabədi regional mədəniyyət idarəsi Laçın MKS Bozgüney kənd kitabxanası Şəhidimiz Qiyasov Müzəffəri adını daşımaqdadır.

Bu gün də Şəhidlərimizin qəbri Vətən əmanətinin
keşiyindədirr. Allah rəhmət eləsin!...

İGİD TEYMURLU
TV713
]]>
tv713 Tue, 22 Sep 2020 05:08:24 +0400
Bəhmən Səfərəliyevin Hoçaz yüksəkliyində qıy vuran Ruhu http://uguryolu.az/4374-bhmn-sfrliyevin-hoaz-ykskliyind-qy-vuran-ruhu.html http://uguryolu.az/4374-bhmn-sfrliyevin-hoaz-ykskliyind-qy-vuran-ruhu.html Bəhmən Səfərəliyevin Hoçaz yüksəkliyində qıy vuran Ruhu08.12.2014-CÜ

 AVMVİB rəhbərliyi və 713 saylı hərbi hissənin döyüşçülərinin iştirakıyla Şəhid BƏHMƏN ÇƏRKƏZ OĞLU SƏFƏRƏLİYEVin ailəsi ilə görüş keçirilib. Bu, həmin Bəhmən Səfərəliyevdir ki, ucaldığı Şəhidlik Zirvəsinə də taleyin bir ironiyası hakim kəsildi. Onun  ölümündə də bölünmüş Azərbaycanın taleyi yaşandı.

Rusların və farsların işğalçı siyasəti nəticəsində Güney və Quzey Azərbaycana parçalanan Vətənimizin Şəhid Övladlarının talelərinə də belə parçalanmalar düşdü. Özləri bu gün Şəhidlər Xiyabanında uyusalar da, Şəhid qardaşlarımızın Kəsik Qolları, Kəsik Qıçları bu gün Qarabağ səması üstündə qıy vurur, para hesabına mənəviyyatı zorlanan millətin biganəliyinə, nankorluğuna, unutqanlığına baxıb “hanı yuvam, yurdum, hanı: qəmə boyun burdum, hanı: gəldi yazın kor dumanı: yəqin yalquzaq doğulur” deyə haray çəkib bizi səsləyirlər. Şəhid qardaşımız Bəhmən Səfərəliyevin də cisminin bir parçası bu gün Laçında düşmənlə hələ də mübarizə aparmaqda və bizləri səsləməkdədir...

CİSMİNİN YARISI ŞƏHİDLƏR XİYABANINDA, YARISI PİRCAHANDA...

HAŞİYƏ:

Bəhmən Səfərəliyev 10.01.1961-ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub. Orta məktəbi öz kəndlərində bitirdikdən sonra Şuşa texniki peşə məktəbində oxuyub. 1979-1981-ci illərdə sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra Bakıya gələn Bəhmən Qançöçürmə İnstitutunda və digər yerlərdə sürücü kimi işləyib.

1988-ci ildə erməni separatizmi baş qaldıranda Bəhmən öz doğma kəndinə qayıdıb ümumi səfərbərlikdə aktiv iştirakçılardan birinə çevrilib.

1992-ci il 18 mayda Laçın işğal olunandan sonra könüllü olaraq yeni formalaşan 713 saylı hərbi hissəyə daxil olur. Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

19.09.1992-ci ildə Laçın rayonu, Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə hərbi hissənin əsgərlərini ərzaq və silah sursatla təmin etmə işində misilsiz xidmət göstərmişdir. Döyüş zamanı yaralı silahdaşlarını idarə etdiyi maşınla aktiv döyüş zonasından çıxararkən minaya düşüb. Döyüş yoldaşları tərəfindən xəstəxanaya çatdırılsa da, bir gün sonra Bəhmən Səfərəliyev Şəhid olub. Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır.

Bu gün Pircahan kənd orta məktəbi ilk Şəhidi olan Bəhmən Səfərəliyevin adını daşıyır...

713 saylı hərbi hissənin döyüşçüləri də öz can qardaşlarının xatirəsini yad etmək üçün  dünən Xırdalanda toplanmışdılar – öz Anaları sandıqları Bəhmən Səfərliyevin Anasının hüzurunda...

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yolunda canını fəda etmiş Şəhidlərimizin Ruhuna dualar oxunduqdan sonra keçmiş döyüşçülər Şəhid qardaşları haqqında öz xatirələrini dilə gətirdilər.

  Azər Paşayev: “Bəhmən düşmən minasına yeddinci reysdə düşmüşdü”

 Bəhmən Səfərəliyevin Hoçaz yüksəkliyində qıy vuran RuhuMəni
Bəhmən Səfərəliyevlə bağlı xoş xatirələrini görüş iştirakçılarıyla bölüşən 713 saylı hərbi hissədə komendant rotasında xidmət etmiş AZƏR PAŞAYEV belə ziyarətlərin məqsədini həm Şəhidin anasına, həm də digər iştirakçılara açıqladı:

“Bəhmənin Ruhu hər zaman bizim üçün əzizdir. Anacan, sən biləsən ki, biz də hər birimiz sizin dərdinizə şərikik və hər zaman yanınızdayıq. O zaman bizə verilən iki maşına mən cavabdeh idim. Dedilər ki, masının birini  göndərin getsin. Mən o maşını kimə verə bilərdim. O zaman hərbi təyinatlı maşın yox idi. Sonra məni çağırdılar Müdafiə Nazirliyinə və dedilər ki, həmin maşınlar elə bir şəxsə verilməlidir ki, o adam cəsur olmağıyla yanşı həm də bu maşınlarla çox yüksək xidmət göstərməyi bacarsın, dağlıq relyefdə gözəl idarəetmənin bacarsın. Ümumi söhbətlər aparılandan sonra bəlli oldu ki, belə bir adam var və bu da bizim Bəhmən qardaşımız idi. Və beləcə mən maşını Bəhmənə verib dedim qardaşım, sağ-salamat gələsən. Sonra eşitdim ki, harada bir od yağırsa, Bəhmən o odun içindən yaralılarımızı çıxarır. Bəhmən düşmən minasına yeddinci reysdə düşmüşdü”.

  Kamil Şirinov: “Şəhidlər mükafatlarını Allah dərgahında alıblar”

 Bəhmən Səfərəliyevin Hoçaz yüksəkliyində qıy vuran Ruhu

Tədbirdə çıxış edən AVMVİB sədrinin birinci müavini, həm də 713 saylı hərbi hissədə həkim kimi döyüş yolu keçən Habil Şirinovun qardaşı KAMİL ŞİRİNOV təşkilatın sədri FÜZULİ RZAQULİYEVin salamlarını və bu tədbirdə üzürlü səbəblərə görə iştirak edə bilmədiyinə görə üzrxahlığını Şəhid Bəhmən Səfərəliyevin anası MƏHBUBƏ SƏFƏRƏLİYEVAya çatdırdı. Şəhid ailələrinə münasibətdə keçmiş döyüşçülərin belə sayğıyla yanaşmalarının bütövlükdə cəmiyyətə bir örnək olduğunu bildirdi:
"Bizim Şəhidlərimizin həyatı hərəsi bir əsərdir. Mənim Habil qardaşım da 713 saylı hərbi hissədə həkim kimi döyüşüb. Şəhidlər öz mükafatlarını Allah dərgahında alıblar. Onlar ölü deyillər, onlar diridilər. Allah bizləri onların yanında xəcalətli etməsin ki, onların yanında gedəndə alnıaçıq olaq. Biz AVMVİB olaraq bütün şəhid ailələrini, əlilərimizi hər zaman yad etmişik və bundan sonra da edəcəyik. Sevindirici haldır ki, belə qruplar da formalaşmaqdadır və bu qrupların öz döyüş yoldaşlarını arayıb axtarmaları gözəl bir haldır, alqışlanasıdır. Biz də Şəhid ailələrini hərt zaman yad etməyi öz boyun yükünmüz sanır və az da olsa onlara təsəlli timsalında öz daxili imkanlarımız hesabına təsis etdiyimiz “Müharibə veteranı”  xatirə medalını təqdim edib hörmətlə yad edirik”.

Kamil Şirinov ona təşkilat tərəfindən təsis edilən müharibə veteranları üçün xatirə medalını təqdim etdi.

  Rafiq Şükürov: “Tapşırıqları anındaca həll edirdi”

Görüşdə çıxış edən RAFİQ ŞÜKÜROV Bəhmənin həm uşaqlıq, həm də məktəb illərinin dostu olub. Şəhidimizlə bağlı duyğularını dilə gətirən Rafiq Şükürov Bəhmənlə çiyin-çiyinə erməni vandallarına qarşı birgə döyüşdüyündən qürur hissi keçirdiyin vurğuladı:

“Bəhmən haqqında danışmaq mənim üçün həm asan, həm də çətindir. Mən Bəhmənlə qonşu olmuşam. Uşaqlıq illərimiz bir yerdə keçib. Orta məktəbi bir yerdə oxumuşuq. Bəhmən çox gözəl xarakterə malik bir adam idi. Bəhmən nəyə söz verirdisə tam zamanında və qədərindən də artıq bir şəkildə yerinə yetirirdi. Müharibədə də belə idi. Bütün tapşırıqları anındaca həll edirdi”.

  Daşqın Paşayev: “Bəhmənin timsalında qəhrəmanlıq salnaməsinin şahidi olmuşuq

 Bəhmən Səfərəliyevin Hoçaz yüksəkliyində qıy vuran Ruhu

“Sovet dönəmində düşmən tərəfindən 21 əsgəri məhv edən döyüşçüyə “Sövet İttifaqı Qəhrəmanı” adı verilirdi” deyən 713 saylı hərbi hissənin keçmiş döyüşçülərindən olan DAŞQIN PAŞAYEVin bildirdiyinə görə “torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin Ruhu qarşısında bu gün biz hamımız günahkarıq. Çünki bizlər hələ də qan qardaşlarımızın, can qardaşlarımızın arzu və istəklərini gerçəkləşdirə bilməmişik. Biz Bəhmənin timsalında əsil qəhrəmanlıq salnaməsinin şahidi olmuşuq. Döyüş zamanı güllə yağış kimi yağdığı bir vaxtda hər oğulun işi deyildi ki, düşmənlə qarşı-qarşıya olsa da, maşınla yaralıları o zonadan çıxarsın. Maşın böyük hədəfdir. Bəhmən minaya düşdüyü yeri artıq yeddinci dəfə idi ki, keçirdi. Bəhmən sözün əsil mənasında qəhrəmandır. Belə Oğulların qəhrəmanlıqları cəmiyyətə daha geniş spektrdə təqdim olunmalıdır. Qardaşımızın anası bizim anamızdır. Bəhmənin oğlu İkram bu gün bizimlə bir yerdə Şəhid qardaşımızın amalları uğrunda çaslışmaqdadır. Allah Bəhmən qardaşımıza rəhmət eləsin”.

  Müşfiq Rəhimov: “Bəhmən dedi ki, ölməyə yox, öldürməyə gəlmişik”

Bəhmən haqqında xoş xatirələrini danışan Şəhidimizin silahdaşlarından olan MÜŞFİQ RƏHİMOV üç övladını Vətən torpaqlarının müdafiəsinə yola salan Məhbubə Ananın qarşısında baş əyib, “yurdumuz belə uca varlıqların sayəsində var olacaq” söylədi:
“Anacan, sən özün bizim millət üçün bir qəhrəmanlıq simvolusan. Bu, hər kəsin bacaracağı iş deyil ki, Vətənin dar günündə üç övladına əsgər andı içdirib döyüşə göndərə. Bizim kənddə 5 nəfər fəxr ediləsi oğul varsa, onun biri də Bəhməndi. O vaxtı biz Kamran müəllimin evində qalırdıq. Gecə gördük ki, erməninin texnikası gəlir. O zaman orada başqa batalyondan olan uşaqlar da var idi, nə qədər ağrılı olsa da, demək zorundayam ki, səhərə yaxın onlar qaçdılar. Bizim kənddən orada 35-36 uşaq var idi. Onda Bəhmən bizə yaxınlaşıb dedi ki, birdən siz də qorxub qaçarsınız haaa. Mən də öz aləmimdə yekə-yekə dedim ki, biz hara qaçasıyıq, biz burada ölmək lazım olsa belə öləsiyik. Bəhmən mənə dedi ki, biz bura ölməyə yox, öldürməyə gəlmişik. Hamımıza ürək-dirək verirdi”.

  Mehrab Bağırov: “Şəhid olmaq uca yaradanın bəndəsinə lütfüdür”

“Bəhmən ölməyib, bu gün də yaşayır” deyən 713 saylı hərbi hissədə əvvəlcə qranatamyotçu, sonradansa bu hərbi hissənin maliyyə işləri üzrə pəisi olan MEHRAB BAĞIROVun fikrincə, şəhid olmaq Uca Yaradanın öz bəndəsinə böyük bir lütfüdür:

“Bəhmən çox az danışan adam olsa da, ancaq söhbətlərində bir təmizlik, bir dürüstlük var idi. Həmişə öz böyüklüyünü göstərirdi. Səxavətli idi, axırıncı tikəsini belə yoldaşla bölməyi bacaran kişi idi Bəhmən. Mən elə bilirdim ki, onun övladı yoxdu, ancaq biləndə ki, bu, heç də belə deyil, onda çox sevindim. Bəhmən və Bəhmənin timsalında bütün Şəhidlərimiz bircə gün belə bizim yadımızdan çıxmayıb. Tez-tez Xiyabana baş çəkir, öz övladlarımıza Şəhid qardaşlarımız, onların döyüş yoluyla bağlı bütün informasiyaları veririk. Bəhmən Şəhidlik Zirvəsinə ucalmaqla anacan, sizə həm də bizlərin timsalında çoxlu övlad qazandırdı”.    

  Qəşəm Rzayev: “Özü Şəhid oldu, ancaq neçə yaralıya həyat bəxş etdi”

713 saylı hərbi hissədə həkim və həm də kəşfiyyatçı kimi döyüş yolu keçən QƏŞƏM RZAYEV “öz ölümüylə başqalarına həyat bəxş edən Bəhmən Səfərəliyev” haqqında danışmağa çətinlik çəkdiyini bildirsə də, ancaq müharibə dövrünün özəlliklərini nəzərə alaraq bu çətinliklərin özlüyündə bütövlükdə toplum üçün bir örnək olduğunu vurğuladı:
“Müharibənin özünəməxsus qanunları Bəhmənlə mənim aramda uzun-uzadı söhbətlərin baş tutmasına da təsirini göstərmişdi. Orada bizim bir-birimizdən daha çox, silahlarımız danışırdı – düşmənə tuşlanan silahlarımız. Bəhmənin minaya düşdüyü anda biz necə igid bir qardaşımızı itirdiyimizi anladıq. Hoçaz yüksəkliyi kimi strateji  mövqeyi ələ keçirmək uğrunda gedən döyüşdə çoxli itki və yaralılar oldu. Həmin ərazi düşmən tərəfindən müdafiə olunduğuna görə döyüş çox ağır keçirdi. Yüksəklikdə mövqe tutan düşmən hər tərəfə atəş açırdı. Döyüş xəttini keçib yaralıları bu mövqedən uzaqlaşdırmaq çox böyük risq tələb edirdi. Yəni, əgər sürücü ora girirdisə, demək ki, bu adam öz həyatına risq edirdi. Çünki həmin ərazi minalanmış bir sahə idi. Bəhmən qardaşımız buna baxmayaraq həmin əraziyə girib yaralıları çıxarırdı. Üstəlik o ərazidən çıxandan sonra gəlib Mişni çayından keçilməli idi ki, burada da körpü yox idi. Çaydakı axın sürətinə müqabil belə kiçik maşınla oradan keçmək də mümkün deyildi. Relyefin çətinliyinə baxmayaraq Bəhmən bunun öhdəsindən çox qəhrəmanlıqla gəlsə də, çox təəssüf ki, özü də bu yolda Şəhid oldu. Bəhmən qardaşımız özü Şəhid olsa da, neçə yaralıya həyat bəxş etdi”.

 ŞƏHİD QARDAŞININ ARZUSU

Görüşün sonunda Şəhid qardaşının Ruhuna sayğı göstərdiklərinə görə bütün ziyarətçilərə öz təşəkkürünü bildirən RƏHİM SƏFƏRƏLİYEV vətən torpaqlarının işğaldan azad edilməsinin ən müqəddəs vəzifə olduğunu bildirdi.
“Bu gün Şəhid Ruhlarının harayı bunu bizdən tələb edir. Biz o haraya səs verməliyik. Uca Yaradan Şəhid qardaşlarımızın uğrunda can qoyduqları yurd yerlərimizi tezliklə işğaldan azad etməyi bizlərə nəsib etsin”...

Allah rəhmət eləsin!

İGİD TEYMURLU
Tv 713

 ]]>
tv713 Tue, 22 Sep 2020 01:55:23 +0400
PLANA GÖRƏ biz erməniləri mühasirəyə salmalı ıdik http://uguryolu.az/4367-plana-gr-biz-ermnilri-mhasiry-salmal-dik.html http://uguryolu.az/4367-plana-gr-biz-ermnilri-mhasiry-salmal-dik.html PLANA GÖRƏ biz erməniləri mühasirəyə salmalı ıdik

QƏŞƏM RZAYEVİN HOÇAZ XATİRƏLƏRİNDƏN

...Həmin vaxtı ön hissədən, yəni Soyuqbulaq tərəfdən hücum edən 701-in batalyonları və Laçın polisi, o cümlədən bizim hərbi hissənin qalan qüvvələri həmlə ilə dağı götürməli idilər. Ümumi plana əsasən bir sutka ərzində o dağ götürülməli idi. Biz də əlavə gələn erməni qüvvələrin qarşısını almaqla düşməni mühasirəyə salmalı idik.

Biz 1666-cı koordinata çatanda artıq şəhər açılırdı. Şəhər saat 5-6 radələri olardı. Bura elə bir yer idi ki, həm Susdan, həm Mollalardan, həm də Hoçazdan gələn yollar burada kəsişirdi. Bütün günü orada olduq. Həmin yerdə torpaq çox möhkəm idi. Qazıcı alətimiz olmadığına görə avtomatın süngüsüylə səngər qazmaq istəsək də, buna nail ola bilmədik.

Az hərəkət edirdik ki, düşmən bizi görə bilməsin. Saat 10-11 arası Hoçazdağdan gələn UAZ markalı maşın bizim yanımızdan keçib Laçın istiqamətinə getmək istəyəndə komandirimiz Rəhman İsgəndərov 2 nəfəri götürüb maşının qabağına keçdi. Maşının içində 2 nəfər erməni var idi, çox güman ki, biri zabit idi. Komandirimiz İsgəndərov Rəhman 2 sərrast atəş ilə onları öldürdü. Döyüş yoldaşlarımız meyidləri kənara atandan sonra maşını da kənara itələyib “maskirovka” etdilər ki, düşmən növbəti dəfə buradan keçəndə onları görməsin. Həmin günün qalan saatları sakitlik oldu…

Gecəni orada qaldıq. Şəhəri gün tezdən Rəhman 710-un rota komandiri Nərimanla məşvərət etdi. Və orada qalan qüvvələri Nərimana tapşıraraq 5 nəfərdən ibarət qrupla kəşfiyyata yollandı.

Üst-üstə qalanan erməni meyidi və üçtərəfli mühasirə

Mən də o kəşfiyyat qrupunun tərkibində idim. Saat 9-10 radələri olardı. Biz “karyer” deyilən yerə çatdıq. Qarşı tərəfə baxanda gördük ki, düşmən tərəfdə 1 BMP və bir neçə erməni əsgəri görünürdü. Elə ətrafa baxırdıq ki, arxada atəş səsləri eşitdik. Dərhal geri qayıtdıq. Geri qayıdanda bizə radiostansiya ilə dedilər ki, uşaqlar dünəndən susuz qalıblar. Üstümüzdəki flyaqaları və kaskaları aşağıdakı bulağın suyu ilə doldurub uşaqların yanına qayıtdıq. Biz ora gəlib çatanda gördük ki, ermənilər Zil-131-lə oradan keçəndə bizimkilər onların hamısını qırıblar, təxminən 30-40 nəfər olardılar. Orada 1 nəfər erməni Mollalar istiqamətinə qaçaraq canını qurtarmışdı. Eyni zamanda ermənilərə məxsus bir BMP-1 də vurulmuşdu. Ermənilər artıq bizim bütün koordinatlarımızı müəyyənləşdirmişdilər. Təqribən 2 saat keçmişdi ki, Mollalar istiqamətindən ermənilərə məxsuus 2 BMP-2 və xeyli canlı qüvvə bizim istiqamətə hücuma keçərək hər tərəfdən bizi atəşə tutmağa başladılar. Vəziyyət getdikcə gərginləşirdi. Biz 3 tərəfdən mühasirədə idik. Yeganə çıxış yolumuz HOÇAZ kəndi istiqamətindən 100-150 metrlik boş məsafə qalmışdı…

Öyrəndik ki, Hoçazdağ hələ də götürülməyib”

Biz ikinci gün idi ki, döyüş mövqeyində qalmışdıq. Halbuki bizə deyilmişdi ki, siz bir gün orada dayanmalısınız ki, ermənilərə arxadan gələn qüvvənin qarşısı alınsın. Digər qüvvələr də bu arada Hoçazdağı götürməli idilər. Biz ratsiya ilə əlaqə saxladıq. Öyrəndik ki, Hoçazdağ götürülməyib.
]]>
tv713 Sat, 19 Sep 2020 10:37:06 +0400
713-Ə VERİLƏN ƏMR: " HƏDƏF HOÇAZ DAĞIDIR!" http://uguryolu.az/4366-713-verln-mr-hdf-hoaz-daidir.html http://uguryolu.az/4366-713-verln-mr-hdf-hoaz-daidir.html FÜZULİ ALMƏMMƏDOVUN DÖYÜŞ XATİRƏLƏRİNDƏN

713-Ə VERİLƏN ƏMR: " HƏDƏF HOÇAZ DAĞIDIR!"

....Pircahanda HOÇAZ əməliyyatı üçün əmr almış 713-cü hərbi hissə sıra düzülüşündən sonra hər bir əsgər üçün nəzərdə tutulmuş hərbi ehtiyatını götürərək 1992-ci il 17 sentyabrda Hoçaz dağına doğru hərəkətə başladı..
Gecənin qaranlığı, yolların çətin cığırlardan keçməsi hərəkəti olduqca çətinləşdirmişdi. Birinci rota başqa istiqamətlə getdiyi uçun bizdən aralanmısdılar. İkinci və üçüncü rota hərbi hissəmizin komandiri mayor SÜLEYMAN ƏHMƏDOV və hərbi hissəmizin qərargah rəisinin müavini MEHDİ RÜSTƏMOVUN komandanlığı ilə Misni kəndi istiqamətində hərəkət edirdi. Sərt enişi düşəndən sonra Mişni cayına çatmalıydıq. Götürdüyümüz azuqə və silah-sursatın ağırlığl bizi taqətdən salmışdı. Sakitliyi nə qədər qorusaq da mümkün olmurdu. Musanın tabeliyində olan rusdillilərin səs-küyü dayanmırdı.
Birdən mərmi səsi gecənin sükutunu pozdu. Mərmi səsindən sonra "vaay, öldüm!" qışqırtısı hamıda "yəqin pusquya düşdük" təsəvvürü yaratdı.
Bələdçimiz rəhmətlik Bəhlul kişi idi. Artıq cayın qırağında idik. Qərargah rəisinin müavini Mehdi Rüstəmov hamını sakitliyə səslədi.
Sən demə atəş ehtiyatsızlıqdan qumbaraatan döyüşçünün yıxılmasından baş verib. Atəş açılanda qumbaraatanın arxasında dayanmış əsgərin gözlərini tamam toz- torpaqla doldurmuşdu.
İki nəfər əsgəri arxaya göndərib yenidən Mişniyə tərəf hərəkət etdk...
]]>
tv713 Sat, 19 Sep 2020 01:44:06 +0400
713-ün 1660-cı koordinatda erməniyə yaşatdığı zülmət http://uguryolu.az/4365-713-n-1660-c-koordinatda-ermniy-yaatd-zlmt.html http://uguryolu.az/4365-713-n-1660-c-koordinatda-ermniy-yaatd-zlmt.html Gecənin zülməti və....
QƏŞƏM RZAYEVİN XATİRƏLƏRİNDƏN
713-ün 1660-cı koordinatda erməniyə yaşatdığı zülmət

Sentyabrın 17-si idi, bizi Ağdərədə çıxarıb Laçına Pircahanda gətirdilər. Onun şəhəri günü 701-in komandiri Zadir Rzayev gəlib bizim qabağımızda çıxış etdi. Göstəriş verdi ki, HOÇAZ istiqamətindən hücum edib Laçın koridorunu bağlamalıyıq. Onun dalınca bizim hərbi hissənin komandiri Süleyman Əhmədov da çıxış edib Hoçaz dağını alaraq Laçın koridorunu bağlamağın zərurətindən danışaraq hücum əmri verdi. Bu əmrdən sonra bizim birinci rotanın komandiri İSGƏNDƏROV RƏHMAN Hoçaz istiqamətində hücumla bağlı bizə məlumat verərək bildirdi ki, hazırlaşın, gecə çıxırıq. Biz də hər cür hazırlığımızı gördük. Axşam saat 9-10 arası HOÇAZ kəndindən olan UMUD MÜƏLLİMin bələdçiliyilə Pircahandan Seyidlər istiqamətinə 60-70 nəfər döyüşçü ilə hərəkət etdik.

Burada birinci rota ilə birlikdə adı Nəriman olan bir komandirin 30-35 nəfər döyüşçüsü də bizimlə həmin əməliyyatda iştirak edəcəkdi. Biz gecənin zülmətində HOÇAZ kəndinin aşağısında olan Pircahan çayına doğru hərəkət etdik. Gecə saat 3 radələri olardı. Həmin vaxtı Hoçaz da ermənilərdə idi. Kəndin içində və ətrafında ermənilərin bir neçə postları var idi.
Biz kəndin Laçın tərəfindən dərəiçi qalxıb Hoçazla Mollalar kəndinin yollarının kəsişdiyi nöqtədə 1666 deyilən koordinata çatdıq…

Rəhman İsgəndərovun iki sərrast atəşi və 1666-ci koordinatda sükut

Bizim qrupun məqsədi 1666 KOORDİNATında yerləşərək ermənilərin Hoçaz dağına arxadan gələn qüvvələrinin qarşısını alıb oradakı düşmənin mövqeyini zəiflətməklə hücum edən qüvvələrimizə kömək etmək idi.

Həmin vaxtı ön hissədən, yəni Soyuqbulaq tərəfdən hücum edən 701-in batalyonları və Laçın polisi, o cümlədən bizim batalyonun qalan hissəsi həmlə ilə dağı götürməli idilər. Ümumi plana əsasən bir sutka ərzində o dağ götürülməli idi. Biz də əlavə gələn qüvvələrin qarşısını almaqla düşməni mühasirəyə salmalı idik.
]]>
tv713 Sat, 19 Sep 2020 01:25:23 +0400
VƏNG ƏMƏLİYYATInın Şəhid Şahidləri: 713 http://uguryolu.az/4359-vng-mliyyatinin-shid-sahidlri-713.html http://uguryolu.az/4359-vng-mliyyatinin-shid-sahidlri-713.html VƏNG ƏMƏLİYYATInın Şəhid Şahidləri: 713
]]>
tv713 Fri, 11 Sep 2020 12:07:02 +0400
Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası http://uguryolu.az/4357-shidlik-zirvsin-hakim-ksiln-taleyin-ironiyasi.html http://uguryolu.az/4357-shidlik-zirvsin-hakim-ksiln-taleyin-ironiyasi.html Bəhmən Səfərəliyevin Hoçaz yüksəkliyində qıy vuran ruhu

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyasıAVMVİB rəhbərliyi və 713 saylı hərbi hissənin döyüşçülərinin iştirakıyla Şəhid BƏHMƏN ÇƏRKƏZ OĞLU SƏFƏRƏLİYEVin ailəsi ilə görüş keçirilib. Bu, həmin Bəhmən Səfərəliyevdir ki, ucaldığı Şəhidlik Zirvəsinə də taleyin bir ironiyası hakim kəsildi. Onun ölümündə də bölünmüş Azərbaycanın taleyi yaşandı.

Rusların və farsların işğalçı siyasəti nəticəsində Güney və Quzey Azərbaycana parçalanan Vətənimizin Şəhid Övladlarının talelərinə də belə parçalanmalar düşdü. Özləri bu gün Şəhidlər Xiyabanında uyusalar da, Şəhid qardaşlarımızın Kəsik Qolları, Kəsik Qıçları bu gün Qarabağ səması üstündə qıy vurur, para hesabına mənəviyyatı zorlanan millətin biganəliyinə, nankorluğuna, unutqanlığına baxıb “hanı yuvam, yurdum, hanı: qəmə boyun burdum, hanı: gəldi yazın kor dumanı: yəqin yalquzaq doğulur” deyə haray çəkib bizi səsləyirlər. Şəhid qardaşımız Bəhmən Səfərəliyevin də cisminin bir parçası bu gün Laçında düşmənlə hələ də mübarizə aparmaqda və bizləri səsləməkdədir...

CİSMİNİN YARISI ŞƏHİDLƏR XİYABANINDA, YARISI PİRCAHANDA...

HAŞİYƏ:

Bəhmən Səfərəliyev
10.01.1961-ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub. Orta məktəbi öz kəndlərində bitirdikdən sonra Şuşa texniki peşə məktəbində oxuyub. 1979-1981-ci illərdə sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra Bakıya gələn Bəhmən Qançöçürmə İnstitutunda və digər yerlərdə sürücü kimi işləyib.

1988-ci ildə erməni separatizmi baş qaldıranda Bəhmən öz doğma kəndinə qayıdıb ümumi səfərbərlikdə aktiv iştirakçılardan birinə çevrilib.

1992-ci il 18 mayda Laçın işğal olunandan sonra könüllü olaraq yeni formalaşan 713 saylı hərbi hissəyə daxil olur. Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

19.09.1992-ci ildə Laçın rayonu, Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə hərbi hissənin əsgərlərini ərzaq və silah sursatla təmin etmə işində misilsiz xidmət göstərmişdir. Döyüş zamanı yaralı silahdaşlarını idarə etdiyi maşınla aktiv döyüş zonasından çıxararkən minaya düşüb. Döyüş yoldaşları tərəfindən xəstəxanaya çatdırılsa da, bir gün sonra Bəhmən Səfərəliyev Şəhid olub. Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır.

Bu gün Pircahan kənd orta məktəbi ilk Şəhidi olan Bəhmən Səfərəliyevin adını daşıyır...

713 saylı hərbi hissənin döyüşçüləri də öz can qardaşlarının xatirəsini yad etmək üçün dünən Xırdalanda toplanmışdılar – öz Anaları sandıqları Bəhmən Səfərliyevin Anasının hüzurunda...

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yolunda canını fəda etmiş Şəhidlərimizin Ruhuna dualar oxunduqdan sonra keçmiş döyüşçülər Şəhid qardaşları haqqında öz xatirələrini dilə gətirdilər.

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası
Azər Paşayev: “Bəhmən düşmən minasına yeddinci reysdə düşmüşdü”

Bəhmən Səfərəliyevlə bağlı xoş xatirələrini görüş iştirakçılarıyla bölüşən 713 saylı hərbi hissədə komendant rotasında xidmət etmiş AZƏR PAŞAYEV belə ziyarətlərin məqsədini həm Şəhidin anasına, həm də digər iştirakçılara açıqladı:

“Bəhmənin Ruhu hər zaman bizim üçün əzizdir. Anacan, sən biləsən ki, biz də hər birimiz sizin dərdinizə şərikik və hər zaman yanınızdayıq. O zaman bizə verilən iki maşına mən cavabdeh idim. Dedilər ki, masının birini göndərin getsin. Mən o maşını kimə verə bilərdim. O zaman hərbi təyinatlı maşın yox idi. Sonra məni çağırdılar Müdafiə Nazirliyinə və dedilər ki, həmin maşınlar elə bir şəxsə verilməlidir ki, o adam cəsur olmağıyla yanşı həm də bu maşınlarla çox yüksək xidmət göstərməyi bacarsın, dağlıq relyefdə gözəl idarəetmənin bacarsın. Ümumi söhbətlər aparılandan sonra bəlli oldu ki, belə bir adam var və bu da bizim Bəhmən qardaşımız idi. Və beləcə mən maşını Bəhmənə verib dedim qardaşım, sağ-salamat gələsən. Sonra eşitdim ki, harada bir od yağırsa, Bəhmən o odun içindən yaralılarımızı çıxarır. Bəhmən düşmən minasına yeddinci reysdə düşmüşdü”.

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası

Kamil Şirinov: “Şəhidlər mükafatlarını Allah dərgahında alıblar”

Tədbirdə çıxış edən AVMVİB sədrinin birinci müavini, həm də 713 saylı hərbi hissədə həkim kimi döyüş yolu keçən Habil Şirinovun qardaşı KAMİL ŞİRİNOV təşkilatın sədri FÜZULİ RZAQULİYEVin salamlarını və bu tədbirdə üzürlü səbəblərə görə iştirak edə bilmədiyinə görə üzrxahlığını Şəhid Bəhmən Səfərəliyevin anası MƏHBUBƏ SƏFƏRƏLİYEVAya çatdırdı. Şəhid ailələrinə münasibətdə keçmiş döyüşçülərin belə sayğıyla yanaşmalarının bütövlükdə cəmiyyətə bir örnək olduğunu bildirdi:

"Bizim Şəhidlərimizin həyatı hərəsi bir əsərdir. Mənim Habil qardaşım da 713 saylı hərbi hissədə həkim kimi döyüşüb. Şəhidlər öz mükafatlarını Allah dərgahında alıblar. Onlar ölü deyillər, onlar diridilər. Allah bizləri onların yanında xəcalətli etməsin ki, onların yanında gedəndə alnıaçıq olaq. Biz AVMVİB olaraq bütün şəhid ailələrini, əlilərimizi hər zaman yad etmişik və bundan sonra da edəcəyik. Sevindirici haldır ki, belə qruplar da formalaşmaqdadır və bu qrupların öz döyüş yoldaşlarını arayıb axtarmaları gözəl bir haldır, alqışlanasıdır. Biz də Şəhid ailələrini hərt zaman yad etməyi öz boyun yükünmüz sanır və az da olsa onlara təsəlli timsalında öz daxili imkanlarımız hesabına təsis etdiyimiz “Müharibə veteranı” xatirə medalını təqdim edib hörmətlə yad edirik”.

Kamil Şirinov ona təşkilat tərəfindən təsis edilən müharibə veteranları üçün xatirə medalını təqdim etdi.

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası
Rafiq Şükürov: “Tapşırıqları anındaca həll edirdi”

Görüşdə çıxış edən RAFİQ ŞÜKÜROV Bəhmənin həm uşaqlıq, həm də məktəb illərinin dostu olub. Şəhidimizlə bağlı duyğularını dilə gətirən Rafiq Şükürov Bəhmənlə çiyin-çiyinə erməni vandallarına qarşı birgə döyüşdüyündən qürur hissi keçirdiyin vurğuladı:

“Bəhmən haqqında danışmaq mənim üçün həm asan, həm də çətindir. Mən Bəhmənlə qonşu olmuşam. Uşaqlıq illərimiz bir yerdə keçib. Orta məktəbi bir yerdə oxumuşuq. Bəhmən çox gözəl xarakterə malik bir adam idi. Bəhmən nəyə söz verirdisə tam zamanında və qədərindən də artıq bir şəkildə yerinə yetirirdi. Müharibədə də belə idi. Bütün tapşırıqları anındaca həll edirdi”.

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası
Daşqın Paşayev: “Bəhmənin timsalında qəhrəmanlıq salnaməsinin şahidi olmuşuq”

“Sovet dönəmində düşmən tərəfindən 21 əsgəri məhv edən döyüşçüyə “Sövet İttifaqı Qəhrəmanı” adı verilirdi” deyən 713 saylı hərbi hissənin keçmiş döyüşçülərindən olan DAŞQIN PAŞAYEVin bildirdiyinə görə “torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin Ruhu qarşısında bu gün biz hamımız günahkarıq. Çünki bizlər hələ də qan qardaşlarımızın, can qardaşlarımızın arzu və istəklərini gerçəkləşdirə bilməmişik. Biz Bəhmənin timsalında əsil qəhrəmanlıq salnaməsinin şahidi olmuşuq. Döyüş zamanı güllə yağış kimi yağdığı bir vaxtda hər oğulun işi deyildi ki, düşmənlə qarşı-qarşıya olsa da, maşınla yaralıları o zonadan çıxarsın. Maşın böyük hədəfdir. Bəhmən minaya düşdüyü yeri artıq yeddinci dəfə idi ki, keçirdi. Bəhmən sözün əsil mənasında qəhrəmandır. Belə Oğulların qəhrəmanlıqları cəmiyyətə daha geniş spektrdə təqdim olunmalıdır. Qardaşımızın anası bizim anamızdır. Bəhmənin oğlu İkram bu gün bizimlə bir yerdə Şəhid qardaşımızın amalları uğrunda çaslışmaqdadır. Allah Bəhmən qardaşımıza rəhmət eləsin”.

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası
Müşfiq Rəhimov: “Bəhmən dedi ki, ölməyə yox, öldürməyə gəlmişik”

Bəhmən haqqında xoş xatirələrini danışan Şəhidimizin silahdaşlarından olan MÜŞFİQ RƏHİMOV üç övladını Vətən torpaqlarının müdafiəsinə yola salan Məhbubə Ananın qarşısında baş əyib, “yurdumuz belə uca varlıqların sayəsində var olacaq” söylədi:

“Anacan, sən özün bizim millət üçün bir qəhrəmanlıq simvolusan. Bu, hər kəsin bacaracağı iş deyil ki, Vətənin dar günündə üç övladına əsgər andı içdirib döyüşə göndərə. Bizim kənddə 5 nəfər fəxr ediləsi oğul varsa, onun biri də Bəhməndi. O vaxtı biz Kamran müəllimin evində qalırdıq. Gecə gördük ki, erməninin texnikası gəlir. O zaman orada başqa batalyondan olan uşaqlar da var idi, nə qədər ağrılı olsa da, demək zorundayam ki, səhərə yaxın onlar qaçdılar. Bizim kənddən orada 35-36 uşaq var idi. Onda Bəhmən bizə yaxınlaşıb dedi ki, birdən siz də qorxub qaçarsınız haaa. Mən də öz aləmimdə yekə-yekə dedim ki, biz hara qaçasıyıq, biz burada ölmək lazım olsa belə öləsiyik. Bəhmən mənə dedi ki, biz bura ölməyə yox, öldürməyə gəlmişik. Hamımıza ürək-dirək verirdi”.

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası
Mehrab Bağırov: “Şəhid olmaq uca yaradanın bəndəsinə lütfüdür”

“Bəhmən ölməyib, bu gün də yaşayır” deyən 713 saylı hərbi hissədə əvvəlcə qranatamyotçu, sonradansa bu hərbi hissənin maliyyə işləri üzrə pəisi olan MEHRAB BAĞIROVun fikrincə, şəhid olmaq Uca Yaradanın öz bəndəsinə böyük bir lütfüdür:

“Bəhmən çox az danışan adam olsa da, ancaq söhbətlərində bir təmizlik, bir dürüstlük var idi. Həmişə öz böyüklüyünü göstərirdi. Səxavətli idi, axırıncı tikəsini belə yoldaşla bölməyi bacaran kişi idi Bəhmən. Mən elə bilirdim ki, onun övladı yoxdu, ancaq biləndə ki, bu, heç də belə deyil, onda çox sevindim. Bəhmən və Bəhmənin timsalında bütün Şəhidlərimiz bircə gün belə bizim yadımızdan çıxmayıb. Tez-tez Xiyabana baş çəkir, öz övladlarımıza Şəhid qardaşlarımız, onların döyüş yoluyla bağlı bütün informasiyaları veririk. Bəhmən Şəhidlik Zirvəsinə ucalmaqla anacan, sizə həm də bizlərin timsalında çoxlu övlad qazandırdı”.

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası
Qəşəm Rzayev: “Özü Şəhid oldu, ancaq neçə yaralıya həyat bəxş etdi”

713 saylı hərbi hissədə həkim və həm də kəşfiyyatçı kimi döyüş yolu keçən QƏŞƏM RZAYEV “öz ölümüylə başqalarına həyat bəxş edən Bəhmən Səfərəliyev” haqqında danışmağa çətinlik çəkdiyini bildirsə də, ancaq müharibə dövrünün özəlliklərini nəzərə alaraq bu çətinliklərin özlüyündə bütövlükdə toplum üçün bir örnək olduğunu vurğuladı:

“Müharibənin özünəməxsus qanunları Bəhmənlə mənim aramda uzun-uzadı söhbətlərin baş tutmasına da təsirini göstərmişdi. Orada bizim bir-birimizdən daha çox, silahlarımız danışırdı – düşmənə tuşlanan silahlarımız. Bəhmənin minaya düşdüyü anda biz necə igid bir qardaşımızı itirdiyimizi anladıq. Hoçaz yüksəkliyi kimi strateji mövqeyi ələ keçirmək uğrunda gedən döyüşdə çoxli itki və yaralılar oldu. Həmin ərazi düşmən tərəfindən müdafiə olunduğuna görə döyüş çox ağır keçirdi. Yüksəklikdə mövqe tutan düşmən hər tərəfə atəş açırdı. Döyüş xəttini keçib yaralıları bu mövqedən uzaqlaşdırmaq çox böyük risq tələb edirdi. Yəni, əgər sürücü ora girirdisə, demək ki, bu adam öz həyatına risq edirdi. Çünki həmin ərazi minalanmış bir sahə idi. Bəhmən qardaşımız buna baxmayaraq həmin əraziyə girib yaralıları çıxarırdı. Üstəlik o ərazidən çıxandan sonra gəlib Mişni çayından keçilməli idi ki, burada da körpü yox idi. Çaydakı axın sürətinə müqabil belə kiçik maşınla oradan keçmək də mümkün deyildi. Relyefin çətinliyinə baxmayaraq Bəhmən bunun öhdəsindən çox qəhrəmanlıqla gəlsə də, çox təəssüf ki, özü də bu yolda Şəhid oldu. Bəhmən qardaşımız özü Şəhid olsa da, neçə yaralıya həyat bəxş etdi”.

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası
ŞƏHİD QARDAŞININ ARZUSU

Görüşün sonunda Şəhid qardaşının Ruhuna sayğı göstərdiklərinə bütün ziyarətçilərə öz təşəkkürünü bildirən RƏHİM SƏFƏRƏLİYEV vətən torpaqlarının işğaldan azad edilməsinin ən müqəddəs vəzifə olduğunu vurğuladı:

“Bu gün Şəhid Ruhlarının harayı bunu bizdən tələb edir. Biz o haraya səs verməliyik. Uca Yaradan Şəhid qardaşlarımızın uğrunda can qoyduqları yurd yerlərimizi tezliklə işğaldan azad etməyi bizlərə nəsib etsin”...

Allah rəhmət eləsin!

BEYRƏK KAZIMLI
tv 713]]>
tv713 Thu, 10 Sep 2020 08:17:27 +0400
DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI http://uguryolu.az/4355-drd-agacindan-asili-qalan-shid-arzulari.html http://uguryolu.az/4355-drd-agacindan-asili-qalan-shid-arzulari.html DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI Ölkəmizin qədim tarixə malik olan kəndlərindən biri Laçın rayonunda yerləşən Vağazində dörd bir yanını düşmən qüvvələri sarmış Şəhid məzarlarımız 27 ildir ki, bizim nankorluğumuza baxaraq ermənilərə qarşı döyüşürlər.

MUSAYEV RAMİZ RƏHİM OĞLU da ö döyüşçülər cərgəsindədir...

Şəhid qardaşımızın qısa tərcümeyi-halında qeyd olunduğu kimi Musayev Ramiz 22 sentyabr 1962-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub. 1971-ci ildə Laçın rayon Vağazin kəndində orta məktəbin birinci sinfinə daxil olan Ramiz 1980-cı ildə həmin məktəbin onuncu sinfini bitirib.

Ramiz orta məktəbi başa vurduqdan sonra Rusiya vilayətinin Rostov şəhərinə gedib. Orada işləyə-işləyə həm də sürücülük məktəbinə daxil olub.

1982-1984-cü illərdə sovet ordusu sıralarında xidməti başa vurduqdan sonra Ramiz Azərbaycana qayıdır. Bakı Qafqaz Enerjiquraşdırma Trestində sürücü düzəlib və həmin qarajda sürücülük fəaliyyətilə məşqul olub...
1992-ci ildə Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etmək üçün Füzuli rayonu ərazisindəki cəbhə xəttinə yollanıb...

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

Döyüşcü yoldaşları şəhid olduqdan sonra Ramiz iş yoldaşları, əslən Biləsuvardan olan İmanov Elşad və əslən Tovuzdan olan Yunanov Şahlarla birgə Laçın rayonunnda yerləşən 713-saylı hərbi hissənin tərkibinə daxil olurlar.

22.09.1992- ildə Hocaz dağı yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.

Musayev Ramizin ölümündən sonra bir qızı və bir oğlu Vətənə əmanət qalır. Çox keçmir ki, Ramizin həyat yoldaşı da bu həyatla vidalaşır və beləcə Vətən öz Şəhid övladının, Şəhid övladları öz vətənlərinin timsalında güvənc yeri tapırlar...

BAKI QAFQAZ ENERJİQURAŞDIRMA TRESTİ VƏ “QULAQ ARDINA VURULAN DÖVLƏT SİYASƏTİ”

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəşt haqqında" mərhum prezident Heydər Əliyev tərəfindən 3 sentyabr 1993-cü il tarixdə imzalanan 697 nömrəli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, "Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericilikdə müəyyənləşdirimiş qaydada ölmüş hesab edilən şəxslər Şəhid sayılırlar"..

Bu qanunun tətbiqiylə bağlı müəyyən məsələlərin həlli üçün lazımi aktlarsa birbaşa Nazirlər Kabineti tərəfindən həll edilir.

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI
AZƏR PAŞAYEV: “ÇOXLARI HƏLƏ DƏ VƏTƏN VƏ VƏTƏNDAŞ QARŞISINDA MƏSULİYYƏT HİSSİNİ ANLAMIR”

Məsələyə münasibətini bildirən 713 nömrəli hərbi hissənin köhnə döyüşçüsü AZƏR PAŞAYEV bizimlə söhbətində vurğuladı ki, “"Güzəştlərin tətbiq qaydaları" Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarlyla təsdiq edilib. Amma bir çox hallarda görünən budur ki, üstündən illər ötsə də bununla bağlı aidiyyatı instansiyalar, eləcə də yerli müəssisə və təşkilatlar, eləcə də vətəndaşlarımızın bir çoxu hələ də Vətən və vətəndaş qarşısında öz məsuliyyət hissini anlamayıblar. Şəhid adının əziz tutulmasını hələ də qulaq ardına vuranlar var. Babək prospektində maşın bazarının yaxınlığında yerləşən Bakı Qafqaz Enerjiquraşdırma Trest sanki dövlətin qanunlarından xəbərsizdir və sanki dövlət siyasətini də qulaq ardına vurur. Əldə etdiyimiz məlumatlara görə bu gün adı çəkilən müəssisə daha çox qaraj kimi tanınıb. Vaxtilə bu müəssisədə sonradan torpaqlarımızın azadlığı uğrunda canın fəda etmiş Musayev Ramiz Rəhim oğlu da çalışıb. Bildiyimiz qədərində Ramiz Şəhidliyin zirvəsində qərar tutandan sonra adı çəkilən müəssisə rəhbərliyilə şəhidimizin doğmalarının birgə səyi nəticəsində həmin təşkilatın həyətində onun xatirə lövhəsi vurulur. Bu müəssisənin bir qisim ərazisi başqa məqsədlər naminə icarəyə veriləndən sonra Şəhidimizin xatirə lövhəsi yoxa çıxır. Şəhidimizin doğmaları və onunla birgə 713 nömrəli hərbi hissədə döyüşmüş Məmməd İsayevin birgə səyi nəticəsində məlum oldu ki, hansısa səbəblər ucbatından ikiyə bölünmüş xatirə lövhəsi qaranlıq bir hücrədə baxımsız bir durumdadır. Məsələ ilə bağlı biz Şəhid qardaşımızın xatirə lövhəsinə sahib çıxmaq və onu bərpa etmək məqsədilə hadisə yerinə getdik və Şəhid Ruhuna olan sayğısızlığın bir daha şahidi olduq. Müəssisə rəhbərliyini arasaq da, tapa bilmədik. Bununla bağlı işçilərdən soruşduqda doğru-dürüst məlumat da verə bilmədilər”...

[right][/right]DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

MƏMMƏD İSAYEV: “RAMİZ ÖZÜ VƏSİYYƏT ETMİŞDİ Kİ....”

Ramizlə bir kənddə, bir məhlədə böyüdüyünü deyən 713 nömrəli hərbi hissənin döyüşçüsü İSAYEV MƏMMƏD bizimlə söhbətində onu da vurğuladı ki, şəhidimiz ondan səkkiz yaş böyük olub: "Yaşca bizdən böyük olmasına baxmayaraq mən onun uşaqlıq illərini də çox yaxşı xatırlayıram. Çünki Ramiz hər kəslə öz yaşına uyğun davranmağı bacaran adam idi. Xasiyyətcə çox həlim, gülərüz, mülayim təbiətli idi. Elə bununla da hamı arasında hörməti var idi, dostluq etməyi bacarırdı. Böyüklərlə böyük, balacalarla da balaca kimi davranırdı. Torpağa bağlı adam idi. Məlum hadisələr başlayan zaman hamı kimi Ramiz də könüllü olaraq Laçının müdafiəsinə qalxdı. Ramiz Musayev çox vətənpərvər oğlan idi. onun ürəyi daim vətənlə döyünürdü. Tale elə gətirdi ki, biz Ramizlə birlikdə Vağazin, Bozgüney, Haxnəzər,Təzəkənd, Alxaslı,Sonasər, Mişni və Pircahan, Hoçaz kəndlərində gedən döyüşlərdə, bütövlükdə Laçın və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda birgə iştirak etdik. 1992 ci ilin sentyabr ayının 18-dən sonra ikinci dəfə Hoçaz yüksəkliyi uğurunda gedən döyüşlərdə 22 sentyabrda Ramiz şəhid oldu. Şəhidimiz Musayev Ramiz Rəhim oğlu özü vəsiyyət etmişdi ki, əgər mən Şəhid olaramsa, onda məni doğma kəndimizin qəbiristanlığında dəfin edərsiniz. Və biz də o cür etdik, şəhidimizi doğma kəndində - Vağazin kənd qəbiristanlığında dəfn etdik"...

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

BAKİR MÜRSƏLOV: “...ERMƏNİ VANDALİZMİ GÖZÜMÜN ÖNÜNƏ GƏLDİ”

Ramizin döyüş yoldaşı BAKİR MÜRSƏLOV gördüklərindən çox sarsıldığını bildirir:
“O xatirə lövhəsini həmin şəkildə görəndə erməni vandalizmi gözümün önündə canlandı. Ermənilər də bax beləcə bizim qəbir daşlarımızı darmadağın etmişdilər. O xatirə lövhəsini görəndə ikiyə bölünmüş Azərbaycanımızın taleyindən qəhər boğdu məni. O xatirə lövhəsini görəndə param-parça edilmiş Azərbaycanın taleyini düşündüm, ürəyim sızladı. Içim göynədi”. yaşayan bir şəhidimizin xatirə lövhəsini görəndə bizi dəhşət bürüdü”...

Məlumat üçün bildirək ki, şəhidimiz MUSAYEV RAMİZ RƏHİM OĞLU torpaqlarımızın azadlığı uğrunda döyüşə atılmazdan öncə bax elə bu müəssisədə sürücü işləyib. Bir neçə uğurlu hərbi əməliyyatda iştirak edən, qəhrəmanlıqlar göstərən Musayev Ramiz 1992-ci ildə Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlir. O zaman Şəhidimizin xatirəsinə hörmət əlaməti olaraq keçmiş iş yoldaşlarıyla onun yaxınlarının şəxsi təşəbbüsləri sayəsində bu müəssisənin həyətində Ramizin xatirə lövhəsi asılır. Ramiz özüsə vəsiyyətinə uyğun olaraq doğma kəndində - VAĞAZİNdə dəfn edilir. O gündən ta bir neçə ay bundan əvvələdək Ramizin xatirə lövhəsi asılan məkan onun ata və ana həsrətlə qıvrılan bir oğlu və bir qızı üçün doğma yerə çevrilir. Doğma balaları o xatirə lövhəsindən ataları Ramizin sanki iyini alırmışlar....
Amma günün birində Ramizin oğlu Ramin həmişəki kimi "atasıyla görüş"ə gedəndə o xatirə lövhəsini yerində görmür, əvəzindəsə ikiyə bölünmüş xatirə lövhəsinin bir qaranlıq hücrəyə atılmasının şahidi olur...

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

MUSAZADƏ RAMİN: "ATAMIZIN YOXLUĞU HƏYATIMIZDA BİR BOŞLUQ YARADIB"

Hazırda Nizami rayonunda yaşayan MUSAZADƏ RAMİN 23 avqust 1991-ci ildə Bakı şəhərində anadan olub. Şəhid qardaşımız Ramizin övladıdır. Atasız böyümənin ağrı-acılarını, içində olan ata və yurd həsrətini Ramin bizimlə bölüşüb "ən ağır kədərin ortağı varsa; o kədər özü də bir sevinc olar" deyir: "Ailədə 4 nəfər olmuşuq - atam Musayev Ramiz Rəhim oğlu, anam Səfərova Sevil İmran qızı, bacım Musazadə Turanə Ramiz qızı və mən. Atam 1992-ci il 22 sentyabrda Laçın rayonu, Hoçaz kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Bacımla məni anam Sevil xanım böyüdüb.1997-ci ildə Nizami rayonunda da yerləşən 251 saylı orta məktəbə daxil olmuşam. 2006-ci ilə qədər təhsilimi bu məktəbdə davam etdirmişəm. 2006-2008-ci illər arasında isə təhsilimi Ağcəbədi rayonunda Şəhid atamın adını daşıyan orta məktəbdə davam etdirmişəm. 2008-ci ildə həmin məktəbdən məzun olmuşam. Elə həmin ili Ali Neft məktəbinə qəbul olmuşam".

2012-ci ildə Ali Neft məktəbinin məzunu olan Raminin dediyinə görə elə həmin il 2012-ci ilin 23 mayında anası Səfərova Sevil xərçəng xəstəliyindən vəfat edir. Həyatın bütün ağrı-acılarına baxmayaraq Ramin ayaq üstə durmağı bacarır. Genində daşıdığı Şəhid atası Ramizin arzuları, istəkləri onu həyatın özüylə mübarizədə daha da mətinləşdirir. 2013-cü ilin aprel ayından Azərbaycan Neft şirkətinə qəbul olan Ramin indiyə qədər də öz iş fəaliyyətini orada davam etdirir. 2013-cü ilin oktyabr ayında ailə həyatı quran Raminin artıq 2 övladı var.

“Atam şəhid olarkən bacımın 2, mənim isə cəmi 1 yaşım var idi. Ailəmizin çətin günləri atamın ölümündən sonra başladı. Belə ki, atamın itkisi, maddi sıxıntı, iki övladına korluq çəkdirmədən baxıb böyütmək və sair kimi bütün çətinliklər, problemlər anam-Səfərova Sevil İmran qızının çiyinlərinə yükləndi. Anamın həmin vaxtı cəmi 28 yaşı var idi. O yaşda tək 2 uşaq böyütmək,o qayğılarla başa çıxmaq, övladlarına həm ata,həm də ana olmaq hər qadının işi deyil. Anam bütün həyatı boyu bizə yoxluq çəkdirməmək üçün çalışıb. Az maaşla təkbaşına 2 uşaq böyüdüb.Yeməyib bizə yedirib, geyməyib biz geyindirib ki, biz atalı uşaqlara baxıb həsəd aparmayaq. Amma atasız olmaq, atasız böyümək çox çətindir. Atamızı xatırlayanda
onun yoxluğu həyatımızda həmişə dərin bir boşluq yaradıb. Bütün uşaqlığımız atam Ramizin şəklinə baxmaq və anamdan onun haqqında danışdıqlarını dinləməklə keçib.

Bacım Turanəylə 1997-ci ildə Nizami rayonunda yerləşən 251 saylı orta məktəbə oxumağa başlamışıq. Mən 2006-cı ilə, bacım isə 2008-ci ilə məzun olana qədər həmin məktəbdə təhsilini davam etdirib. Mən 2006-2008-ci illər arasındakı təhsilimi Ağcəbədi rayonunda yerləşən atam-şəhid Musayev Ramiz Rəhim oğlunun adını daşıyan orta məktəbdə davam etdirmiş və elə həmin məktəbdən məzun olmuşam. Özümü xatırlayandan anamın sağlamlığı ilə bağlı problemləri olduğu yadıma gəlir. Atamın yoxluğu, çətin həyat şəraiti anam Sevil xanımın gənc yaşda şəkərli diabet xəstəliyinə tutulmasına səbəb oldu. Başqa problemləri də var idi. Ona görə də biz övladları əlimizdən gələni edirdik ki, anamızı sevindirək, onun əziyyətinin bəhrəsini verək. 2008-ci ildə azda olsa bunu bacardıq. Bacım Turanə İqtisad universitetinə, mən isə Ali neft məktəbinə daxil qəbul oldum. Bu illər ərzində anamızın səhhəti daha da pisləşmişdi. Ağır diabet xəstəsi idi, günü- gündən daha da arıqlayırdı. Buna baxmayaraq ehtiyaclara, dolanşığımıza görə bir gün belə işdən qalmırdı. 2012-ci ildə hər ikimiz oxuduğumuz Ali təhsil müəssisəsindən məzun olduq. Lakin anamızın xəstəliyinə görə məzun olduğumuza sevinə bilmədik. Diabet xəstəsi olduğuna görə anamın mədəaltı vəzi sıradan çıxmışdı artıq,mədəaltı vəzin xərçənginə çevrilmişdi. Diaqnozu eşidəndə dünya başımıza uçdu.Sanki dünyada tək dayağımız olan anamızı itirdik, günü- gündən gözümüzün qabağında əriyirdi anmız. O, uca boylu, gözəl qadından əsər əlamət qalmamışdı.Tamam rəngi saralmış və bir dəri,bir sümük qalmışdı.Bir neçə bankdan kredit götürüb anamızı İran İslam Respublikasına əməliyyata apardıq. Anam Sevil xanım 2012-cu ilin 29 aprelində İranda əməliyyatlar oldu. Lakin artıq gec idi, xəstəlik bütün bədəninə metastaz vermişdi, əməliyyatdan bir neçə gün sonra 23 may 2012-ci ildə tək dayağımız olan anamızı da itirdik.Həyatımızın ən çətin günləri idi, çəkdiklərimiz sözlə ifadə etmək belə mümkün deyil. Amma necə deyərlər həyat davam edirdi və biz də yenidən ayağa qalxmalı idik. Məzun olduqdan sonra bacımla iş axtarmağa başladıq. İmtahanla 2013-cü ildə Dövlət Neft Şirkətinə işə qəbul oldum. Hal-hazırda da orada iş fəaliyyətimi davam etdirirəm. 2013-cü ilin oktyabr ayında ailə həyatı qurdum. Evliyəm,Sevil və Raul adında 2 övlad atasıyam.Bu az yaşımda çox çətin və keşməkeşli həyat yaşamışam. Amma buna baxmayaraq həmişə valideynlərimlə fəxr etmişəm. Fəxr etmişəm ki,şəhid övladıyam. O yüksək zirvəyə qalxaraq şəhid olmaq hər kəsə qismət olmur.Fəxr etmişəm ki,övladlarına görə öz həyatını qurban verən ananın övladıyam. Ümid edirəm ki, mən atasız böyüsəm də, övladlarıma yaxşı ata ola bilərəm. Bunun üçün əlimdən gələn hər şeyi edirəm və son nəfəsimə qədər edəcəm də”.

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI
ABDULƏZİMOV ABBAS: "O QƏBİR DAŞLARI TEZ-TEZ YUXULARIMA ƏSGƏR OBRAZINDA GƏLİR, BİZİ QINAYIRLAR"

Ramizin başqa bir döyüşçü yoldaşı Əbdüləzimov Abbas da öz həmkəndlisi, öz məktəb yoldaşı, öz səngər yoldaşıyla bağlı xatirələrini bizimlə bölüşdü: " Biz Vağazin kəndində bir orta məktəbdə oxumuşuq. Rəhmətlik Ramiz məndən iki sinif yuxarl idi. Buna baxmayaraq sözün həqiqi mənasında çox mehriban və səmimi bir qardaş idi. İllər keçdi, biz böyüdük və hərəmiz bir tərəfə getdik. Ramiz də Bakıya gəldi. Biz onunla bir də qacqın həyatında goruşdük. Bir-birimizlə hal- əhvallaşandan sonra Ramiz məndən soruşdu ki, nə işlə məşğul olursan? Mən də ona hələ ki, bekar olduğumu və geri qayıtmaq istədiyimi bildirdim. O mənə "gedək Babək prospektində olan qarajda mənimlə sürücü işlə" dedi. Cavab verdim ki, sonra gələrəm. Sonra elə oldu ki, mən torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan 713 nömrəli hərbi hissəyə qoşuldum. Və Ramizlə yenidən bu hərbi hissədə qarşılaşdıq. Ramiz çox səmimi bir insan idi. Qorxmaz döyüşçü idi. O zaman Ramizin iki, mənim işə bir övladım var idi. Ramiz deyirdi ki, bu erməni dlgalarının kökünü kəsməliyik ki, balalarımız rahat yaşasınlar. Biz birlikdə bir neçə döyüşdə iştirak etdik. Cox təəssuf olsun ki, Ramiz Hocaz yuksəkliyi uğrunda gedən döyüşlərin birində düşmən gülləsinə tuş gəldi və Şəhidlik Zirvəsinə yüksəldi. Ramiz hətta ölümüylə belə doğma torpağımıza sahib çıxdı, o yurd yerlərimizi hər şeydən və hər yerdən uca tutdu. Şəhid olarsa doğulub boya- başa catdığı Vaqazin kəndində dəfn olunmağı bizlərə vəsiyyət etmişdi. Biz də qardaşımızı öz vəsiyyətinə uyğun olaraq doğma Vağazin kənd qəbiristanlığında dəfn elədik. O şəhid qardaşlarımızın qəbir daşları bu gün yurd yerlərimizdə keşik çəkir, gözləri yollarda qalıb ki, hanı bizim yurddaşlarımız!? Hər gün o qəbir daşları ƏSGƏR obrazında yuxularıma gəlir. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin, Tanrı bizlərə şəhid qardaşlarımızın və yurd həsrətimizin qisasını almağı nəsib etsin".

713 nömrəli hərbi hissənin köhnə döyüşçüləri öz şəhid qardaşları Ramiz Musayev və onun xatirə lövhəsi haqqında danışdıqca adama elə gəlir ki, içimizdə bir dərd ağacı böyüməkdədir. Nə qədər ki, torpaqlarımız erməni işğalından azad edilməyib bütün arzularımız da da o dərd ağacından asılı qalacaq...

BEYRƏK KAZIMLI
tv713]]>
tv713 Thu, 10 Sep 2020 07:53:10 +0400