Tarix - uguryolu.az http://uguryolu.az/ tr Tarix - uguryolu.az DataLife Engine Azərbaycanda Müstəqillik Günüdür http://uguryolu.az/6321-azrbaycanda-mstqillik-gndr.html http://uguryolu.az/6321-azrbaycanda-mstqillik-gndr.html Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.

1991-ci ildən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli bayram kimi "Respublika Günü" adı ilə qeyd edilib. Ötən ilin 15 oktyabrında Milli Məclisin plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanunun qəbul edilməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü elan edilib.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci il).
1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

AXC dövründə qaldırılan üçrəngli bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Qubadlıda, Ağdamda, Zəngilanda, Füzulidə, ümumilikdə bütün Qarabağda dalğalanır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəman hərbçiləri öz cəsarəti ilə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə buna nail oldular.]]>
xeber Sun, 28 May 2023 09:40:31 +0400
Ümummilli lider Heydər Əliyevin anadan olmasından 100 il keçir http://uguryolu.az/6312-mummilli-lider-heydr-liyevin-anadan-olmasndan-100-il-keir.html http://uguryolu.az/6312-mummilli-lider-heydr-liyevin-anadan-olmasndan-100-il-keir.html Ümummilli lider Heydər Əliyevin anadan olmasından 100 il keçir
Bu gün bütün türk dünyasının iftixarı, dünya şöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Şurasının sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən, həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin ozamankı rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabrında imzaladığı sərəncamla Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib.
]]>
xeber Wed, 10 May 2023 08:00:00 +0400
Azərbaycanda Ramazan bayramıdırAzərbaycanda Ramazan bayramıdır http://uguryolu.az/6292-azrbaycanda-ramazan-bayramdrazrbaycanda-ramazan-bayramdr.html http://uguryolu.az/6292-azrbaycanda-ramazan-bayramdrazrbaycanda-ramazan-bayramdr.html  Azərbaycanda Ramazan bayramıdırAzərbaycanda Ramazan bayramıdır
Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.

Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. İnanca görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Bayram namazı Əjdərbəy məscidində aprelin 21-i saat 08:00-da, Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.]]>
xeber Fri, 21 Apr 2023 11:57:51 +0400
Akademik Zərifə Əliyevanın anım günüdür http://uguryolu.az/6288-akademik-zrif-liyevann-anm-gndr.html http://uguryolu.az/6288-akademik-zrif-liyevann-anm-gndr.html Akademik Zərifə Əliyevanın anım günüdür
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür.

Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.]]>
xeber Sat, 15 Apr 2023 11:06:08 +0400
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür http://uguryolu.az/6263-31-mart-azrbaycanllarn-soyqrm-gndr.html http://uguryolu.az/6263-31-mart-azrbaycanllarn-soyqrm-gndr.html 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 105 il ötür.

Xəbər veririk ki, 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qırğına məruz qalıb, insanlar diri-diri yandırılıb, nadir tarixi və mədəniyyət abidələri, xəstəxanalar, məktəblər, məscidlər və qəbiristanlıqlar dağıdılıb.

Bundan başqa, Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda törədilən qırğınlar kütləvi şəkil alıb, erməni dəstələri 30 mindən çox dinc sakini amansızcasına qətlə yetiriblər.

Bu zaman bir çox qədim binalar, o cümlədən dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası, ziyarətgahlar top atəşinə tutularaq dağıdılıb, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla soydaşlarımıza qarşı soyqırımı və talanlar həyata keçirilib.

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər.

Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarının bəzi çıxarışlarında soyqırım ilə bağlı aşağıdakılar qeyd olunub:

- 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulub,

- Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib,

- 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib,

- Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürüblər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb,

- İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə-yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib.]]>
xeber Fri, 31 Mar 2023 12:13:12 +0400
Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür http://uguryolu.az/6249-bu-gn-xalq-artisti-ltfli-abdullayevin-doum-gndr.html http://uguryolu.az/6249-bu-gn-xalq-artisti-ltfli-abdullayevin-doum-gndr.html Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür
Lütfəli Abdullayev sanki bu dünyaya insanları güldürmək üçün gəlmişdi. Hər səhnəyə çıxışı auditoriya üçün əsl bayrama çevrilirdi. Aktyorun mimika və jestlərdən məharətlə istifadəsi isə təkrarolunmaz bir sənətkarlıq nümunəsi idi.

Bu gün onun anadan olmasının 109-cu il dönümüdür. Aktyor 1914-cü il martın 22-də Şəkidə doğulub.

Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, tezliklə isə “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb.

1938-ci ildə Musiqili Teatrı yarananda L.Abdullayev truppaya qəbul edilib. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, Tulio (“Rəqs müəllimi”), Rəşid (“Kimdir müqəssir?”), Tağı (“Köhnə dudman”), Oddamdı (“Od gəlini”), Nadir (“Çiçəklənən arzular”) rollarında çıxış edib.

1956-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış edib.

Lütfəli Abdullayevin obrazlar qalereyasına Vəli və Soltan bəy (“Arşın mal alan”), Hambal, Cəfər və Məşədi İbad (“Məşədi İbad”), Kəblə Heydər (“Evliykən subay”), Vəli və Sandro (“Aşıq Qərib”), Qulu (“Əlli yaşında cavan”), Kərim (“Lənkəran xanının vəziri”), Qulaməli (Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah caduküni-məşhur”), Trufaldino (“İki ağanın bir nökəri”), Hamlet (“Tiflis nəğməsi”), Avo (“Şirin arzular”), Çako (“Keto və Kote”) və digər əsərlər daxildir.

O həm də populyar kino aktyoru kimi ad-san qazanıb. Kinoda ilk işi “Arşın mal alan” filmində (1945) Vəli rolu olub. Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə “Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib. O, bu rola görə 1946-cı ildə Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefcilov) filmlərinə çəkilib.

Sevimli aktyorumuzun sənəti hər zaman yüksək qiymətləndirilmiş, ən yüksək fəxri adlara layiq görülmüş, orden və medallarla təltif olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd edilib. O, 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib. Məzarı ikinci Fəxri Xiyabandadır.
]]>
xeber Wed, 22 Mar 2023 12:07:40 +0400
İşğaldan azad edilən ərazilərimiz http://uguryolu.az/4664-aldan-azad-ediln-azad-razilrimiz.html http://uguryolu.az/4664-aldan-azad-ediln-azad-razilrimiz.html İşğaldan azad edilən ərazilərimiz

İşğaldan azad edilən ərazilərimizin tarixi xronologiyası:

14.10.20 Qarabağlı kəndi (Füzuli)
14.10.20 Xatunbulaq kəndi (Füzuli)
14.10.20 Qarakollu kəndi (Füzuli)
14.10.20 Bulutan kəndi (Xocavənd)
14.10.20 Məlikcanlı kəndi (Xocavənd)
14.10.20 Kəmərtük kəndi (Xocavənd)
14.10.20 Təkə kəndi (Xocavənd)
14.10.20 Tağaser kəndi (Xocavənd)

09.10.20 Hadrut qəsəbəsi (Xocavənd)
09.10.20 Yuxarı Güzlək kəndi (Füzuli)
09.10.20 Çaylı kəndi (Tərtər)
09.10.20 Gorazıllı kəndi (Füzuli)
09.10.20 Qışlaq kəndi
09.10.20 Qaracallı kəndi (Cəbrayıl)
09.10.20 Əfəndilər kəndi (Cəbrayıl)
09.10.20 Süleymanlı kəndi (Cəbrayıl)
09.10.20 Sur kəndi (Xocavənd)

05.10.20 Şıxəli Ağalı kəndi (Cəbrayıl)
05.10.20 Sarıcalı kəndi (Cəbrayıl) 05.10.20 Mərzə kəndi (Cəbrayıl)
05.10.20 Bir neçə strateji yüksəkliklər

04.10.20 Cəbrayıl şəhəri
04.10.20 Daşkəsən kəndi (Cəbrayıl)
04.10.20 Decal kəndi (Cəbrayıl)
04.10.20 Karxulu kəndi (Cəbrayıl)
04.10.20 Şükürbəyli kəndi (Cəbrayıl)
04.10.20 Çərəkən kəndi (Cəbrayıl)
04.10.20 Horovlu kəndi (Cəbrayıl)
04.10.20 Mahmudlu kəndi (Cəbrayıl)
04.10.20 Cəfərabad kəndi (Cəbrayıl)
04.10.20 Yuxarı Maralyan (Cəbrayıl)

03.10.20 Suqovuşan (Ağdərə)
03.10.20 Talış kəndi (Tərtər)
03.10.20 Mehdili kəndi (Cəbrayıl)
03.10.20 Çaxırlı kəndi (Cəbrayıl)
03.10.20 Aşağı Maralyan (Cəbrayıl)
03.10.20 Şəybən kəndi (Cəbrayıl)
03.10.20 Quycaq kəndi (Cəbrayıl)

27.09.20 Qaraxanbəyli (Füzuli)
27.09.20 Qərvənd kəndi (Füzuli)
27.09.20 Kənd Horadiz (Füzuli)
27.09.20 Aşağı Əbdülrəhmanlı (Füzuli)
27.09.20 Yuxarı Əbdülrəhmanlı (Füzuli)
27.09.20 Böyük Mərcanlı (Cəbrayıl)
27.09.20 Nüzgar kəndi (Cəbrayıl)
27.09.20 Murovdağı zirvəsi

TV 713. az]]>
tv713 Wed, 14 Oct 2020 21:18:34 +0400
28 ildəki 3 "atəşkəs"ə baxış http://uguryolu.az/4646-28-ildki-3-atks-bax.html http://uguryolu.az/4646-28-ildki-3-atks-bax.html 28 ildəki 3 "atəşkəs"ə baxış


Ermənistanın atəşkəs razılaşmalarına necə “sədaqət” nümayiş etdirdiyini biz yaxın 30 illik tariximizdən bilirik.

Tv 713. az bununla bağlı 3 tarixi və 3 fotonu təqdim edir.

Birinci foto 1992-ci il 21 fevralda çəkilib. Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə həmin gün atəşkəs razılaşması imzalandı.


28 ildəki 3 "atəşkəs"ə baxış
5 gün sonra - 1992-ci il fevralın 26-sında Xocalı soyqırımı törədildi.



İkinci fakt 1992-ci il 7 maya aiddir. Həmin gün Tehranda İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, Azərbaycanda prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov və Ermənistan Prezidenti Levon Ter-Petrosyan atəşkəs imzaladı.


28 ildəki 3 "atəşkəs"ə baxış
Bir gün sonra – mayın 8-i Şuşa işğal edildi.



Nəhayət, sonuncu fakt və foto 2020-ci il oktyabrın 10-una aiddir. Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə humanitar atəşkəslə bağlı razılığa gəlindi.

28 ildəki 3 "atəşkəs"ə baxış
Həmin günün gecə saatlarında ermənilər Gəncəyə raket zərbələri endirdi və 9 dinc sakinin ölümü, 34 nəfərin ağır yaralanması ilə nəticələnən terakt törətdi(axar.az).]]>
tv713 Mon, 12 Oct 2020 12:31:36 +0400
27 sentyabr - 9 oktyabrda azad olunmuş yerlərin rəsmi SİYAHISI http://uguryolu.az/4614-27-sentyabr-9-oktyabrda-azad-olunmu-yerlrin-rsmi-syahisi.html http://uguryolu.az/4614-27-sentyabr-9-oktyabrda-azad-olunmu-yerlrin-rsmi-syahisi.html
27 sentyabr - 9 oktyabrda azad olunmuş yerlərin rəsmi SİYAHISI

27 sentyabr – 9 oktyabr aralığında Qarabağ bölgəsində xeyli yaşayış məntəqəsi düşməndən azad olunub. Bəs onlar hansı rayonların inzibati ərazisinə daxildir?


Tv 713. az 27 sentyabr – 9 oktyabr aralığında düşməndən azad olunmuş yaşayış məntəqələrinin rəsmi siyahısını təqdim edir:

27.09.20 Qaraxanbəyli kəndi (Füzuli)
27.09.20 Qərvənd kəndi (Füzuli)
27.09.20 Horadiz kəndi (Füzuli)
27.09.20 Aşağı Əbdülrəhmanlı kəndi (Füzuli)
27.09.20 Yuxarı Əbdülrəhmanlı kəndi (Füzuli)
27.09.20 Böyük Mərcanlı kəndi (Cəbrayıl)
27.09.20 Nüzgar kəndi (Cəbrayıl)
27.09.20 Murovdağı zirvəsi (Kəlbəcər)


03.10.20 Suqovuşan kəndi (Tərtər)
03.10.20 Talış kəndi (Tərtər)
03.10.20 Mehdili kəndi (Cəbrayıl)
03.10.20 Çaxırlı kəndi (Cəbrayıl)
03.10.20 Aşağı Maralyan kəndi (Cəbrayıl)
03.10.20 Şəybəy kəndi (Cəbrayıl)
03.10.20 Quycaq kəndi (Cəbrayıl)


04.10.20 Cəbrayıl şəhəri (Cəbrayıl)
04.10.20 Daşkəsən kəndi (Cəbrayıl)
04.10.20 Dəjəl kəndi (Cəbrayıl)
04.10.20 Karxulu kəndi (Cəbrayıl)
04.10.20 Şükürbəyli kəndi (Cəbrayıl)
04.10.20 Çərəkən kəndi (Cəbrayıl)
04.10.20 Horovlu kəndi (Cəbrayıl)
04.10.20 Mahmudlu kəndi (Cəbrayıl)
04.10.20 Cəfərabad kəndi (Cəbrayıl)
04.10.20 Yuxarı Maralyan (Cəbrayıl)


05.10.20 Şıxəliağalı kəndi (Cəbrayıl)
05.10.20 Sarıcallı kəndi (Cəbrayıl)
05.10.20 Mərzə kəndi (Cəbrayıl)


09.10.20 Hadrut qəsəbəsi (Xocavənd)
09.10.20 Çaylı kəndi (Tərtər)
09.10.20 Yuxarı Güzdək (Füzuli)
09.10.20 Gorazıllı kəndi (Füzuli)
09.10.20 Qışlaq kəndi (Cəbrayıl)
09.10.20 Qaracallı kəndi (Cəbrayıl)
09.10.20 Süleymanlı kəndi (Cəbrayıl)
09.10.20 Əfəndilər kəndi (Cəbrayıl)
09.10.20 Sur kəndi (Xocavənd


]]>
tv713 Sat, 10 Oct 2020 03:18:03 +0400
Yardımlıda qədim abidələr aşkarlandı http://uguryolu.az/4436-yardmlda-qdim-abidlr-akarland.html http://uguryolu.az/4436-yardmlda-qdim-abidlr-akarland.html Yardımlıda qədim abidələr aşkarlandı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası rayonun Alar və Arvana kəndlərində son tunc - ilk dəmir dövrünə aid kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı yeni maddi nümunələr aşkarlanıb.

TV 713 axar.az-a istinadla xəbər verir ki, A.Ağalarzadənin verdiyi məlumata görə, ekspedisiya Alar kəndindəki Sarıbulaq yaylaqlarında 2014-cü ildə aşkar etdiyi kurqanlarda qazıntı işlərini davam etdirir.

Bu ilki tədqiqatlar zamanı kamerası daş qutu tipli olan kurqanın örtüyündən dən daşı alətinin fraqmentləri və dəfn kamerasındakı insan qalıqlarının yanından isə saxsı qablar, tuncdan müxtəlif bəzək əşyaları, toxuculuqda istifadə olunan iy başlığı (əyircək) tapılmışdır.

Digər kurqanda aparılmış arxeoloji qazıntılar nəticəsində isə qurbangah aşkar edilib. Qurbangahda 1.6 metr dərinlikdən müxtəlif saxsı fraqmentləri, ocaq izləri və kömür qalıqlarının tapılması burada konkret olaraq insan dəfninin deyil, ritual dini ayinlərin icra edildiyi faktını ortaya çıxarır. Məhz əvvəlki illərdə də qazılmış bir neçə kurqanlarda insan dəfninə rast gəlinməməsi bilavasitə Sarıbulaq kurqan çölündə bəhs olunan dövrdə məskunlaşmış əhalinin yarımköçəri yaylaq maldarlığı ilə məşğul olduğunu və bu baxımdan mövsümi dəfnlərin icra edildiyini göstərir.

Müqayisəli təhlillərə əsasən bu abidələr dəmir dövrünə - e.ə. VIII-VII əsrlərə aid edilir.

Ekspedisiya eyni zamanda Dərəkeçməz, Savaş və Şahnişin yaylaqlarında tunc-ilk dəmir dövrünə aid yeni abidələr qeydə almışdır.]]>
tv713 Mon, 28 Sep 2020 10:10:42 +0400