Yazarlar - uguryolu.az http://uguryolu.az/ tr Yazarlar - uguryolu.az DataLife Engine Hər yer mənim üçün QUBADLIdır, doğulduğun ARMUDLU kəndidir http://uguryolu.az/4806-hr-yer-mnim-qubadlidr-doulduun-armudlu-kndidir.html http://uguryolu.az/4806-hr-yer-mnim-qubadlidr-doulduun-armudlu-kndidir.html Hər yer mənim üçün QUBADLIdır, doğulduğun ARMUDLU kəndidir

ETİBAR HƏSƏNQULİYEV

Bir BAŞLANĞICın SONu və bir SONun BAŞLANĞICı



Mənim qəhrəman qardaşım, Səninlə münasibətimizin Başlanğıcı va Sonu!!!
“Milli Qəhrəman Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid oldu” xəbərini eşitmək bir Başlanğıcın Sonu və bir Sonun Başlanğıcı oldu!
Cismən bizimlə olmasan da, ancaq Ruhən Sən hər zaman bizimlə olacaqsan!...
Yoldaşlığı səmimiyyətinlə, qardaşlığı təmannasızlığınla, dostluğu etibarınla, hərbçi olmağını peşəkarlığınla, zabitliyini xidmətinlə, Qəhrəmanlığını torpaqlarımızın azadlığı uğrunda fəda etdiyin Canınla, Qanınla, Sərkərdəliyini isə Döyüşünlə, Məharətinlə, Dəyanətinlə sübut etdin!!!
...Yaxşı xatirimdədir, Lələtəpə istiqamətində olan döyüşün təfərrüatlarını Sən mətbu sferaya qısa xronika şəklində belə təqdim edirdin:
“..Bu dərələrdə texnikaları gizlətmişdik, kənardan seçilmirdi. Biz burada ermənilərə yaxşı dərs verdik. Düşmən çaşqınlıq içərisində idi, başlarını itirmişdilər. Ermənilər Lələ təpə istiqamətindəki ərazini “Ohanyan səddi” adlandırırdılar. Onlar hesab edirdilər ki, burada möhkəmləniblər və guya bura keçilməz idi. Amma döyüşçülərimiz bu səddi göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim hərbçilərimiz həmin ərazini azad elədilər.1 saatın sonunda həmin təpədə bayrağımız dalğalanırdı. Bütün istiqamətlərdə düşmən pərakəndə şəkildə qaçırdı”...

Hər yer mənim üçün QUBADLIdır, doğulduğun ARMUDLU kəndidir

O zaman 2016-cı il “Aprel döyüşlərində” Lələtəpə yüksəkliyinin azad edilməsində göstərdiyin şücaətə görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanımız 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Sənə - Şükür Nəriman oğlu Həmidova “Azərbaycanın Milli Qəhrəmanı” adını verdi. Bundan az müddət keçməmiş 10 may 2016-cı il tarixdə də müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olarkən Səninlə görüşmüş və Sənə xüsusi əmrlə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim etmişdi. "Aprel yüksəkliyi” filminin kadrlarında da Sənin ömür yoluna qısaca nəzər salınmış, döyüşlərdə göstərdiyin qəhrəmanlıqlardan bəhs edilmişdi...
[right]
Şəhid Qardaşım mətbuata verdiyi müsahibələrdən birində vurğulayır ki, “məndən əsgərlərimiz həmişə nə vaxt döyüşə girəcəyimizi, torpaqlarımızı azad edəcəyimizi soruşurdular. Cavab verirdim ki, o gün gələcək, Ali Baş Komandanımız o əmri verəcək. O məqam Füzulidə hərbi hissəyə komandirlik etdiyim dövrdə oldu”...
Bəli, bu gün O GÜNdür – Sənin və Sənin Əsgərlərinin arzuladığı Gün: düşməndən qisasımızın alınacağı, torpaqlarımızı yağı tapdağından qurtaracağımız gündür bu gün. Və Sən, Sənin kimi Oğullar da həm bugünümüzün, həm də sabahımızın Qəhrəmanlarısınız.
Bütün dostlarım, Vətən yolunda Şəhid olmuş bütün qardaşlarım kimi Sənin də məzarının başında ölümünə inandım, yoxluğunasa inanmadım və inanmıram!
Çünki Sən və Sənin kimi yurd Fədailəri hər zaman diridirlər!
Bundan sonra Səninlə xidmət etdiyim, Səninlə gəzdiyim, Səninlə çörək kəsdiyim və bu gün əbədi olaraq yatdığın məzar da mənim üçün QUBADLIDI, doğulduğun ARMUDLU kəndidir!!!
]]>
tv713 Sat, 31 Oct 2020 20:42:24 +0400
Son Görüş, Müqəddəs Savaş və Qəhrəmanlıq Nümunəsi http://uguryolu.az/4801-kid-xitab.html http://uguryolu.az/4801-kid-xitab.html Son  Görüş, Müqəddəs Savaş və  Qəhrəmanlıq Nümunəsi
ETİBAR HƏSƏNQULİYEV
ehtiyatda olan mayor




ŞƏHİDLİYİLƏ ölümü adlayan QARDAŞIM, yoxluğunla barışmıram!



Mənim qəhrəman qardaşım 1995-ci ildən başlayan yoldaşlığımız,qardaşlığımız və dostluğumuz sonamı çatdı?!

Əsla!..


Bizim Yoldaşlığımız da, Bizim Qardaşlığımız da, Bizim Dostluğumuz da uğrunda can fəda etdiyiniz Azərbaycanımız var olduqca duracaq və Şəhidlərimizin Mübarək Canları bahasına bizlərə əmanət qoyub getdikləri bu yurdu, bu eli, bu obanı göz bəbəyi kimi qoruyub saxlamaq bizim şərəf, bizim namus məsələmiz olacaq!..

İstər Naxçıvanda (kiçik torpaq öz ifadəmizlə), istər burda (böyük torpaq) xidmətimiz və yaşadığımız müddətdə Sən nümunə oldun!
Dəfələrlə Vətən torpaqlarının müdafiəsi uğrunda ölümlə üz-üzə gəldin, ancaq ölümə təslim olmadın!..

Səninlə son görüşümüz zabit yoldaşımızın toy məclisi oldu! Ancaq tez-tez danışmağımız və cəmi bir neçə gün bundan öncə mənə zəng edərək Müqəddəs Savaşa yollanmağını bildirməyin əbədi olaraq yaddaşıma həkk olundu!..

Sən ŞƏHİDLİYİNlə ölümü adlayıb keçdin, əziz Qardaşım!

Əziz qardaşım, Sən o zabitlərdən idin ki, Vətən uğrunda qəhrəmanlığını sağlığında dəfələrlə sübut etmişdin, bunun canlı şahidi mənəm və bir də harada olmağından asılı olmayaraq Özünü laçınlı, eləcə də bir vətənpərvər kimi təsdiqləmişdin!


Son  Görüş, Müqəddəs Savaş və  Qəhrəmanlıq Nümunəsi


Bu gün isə Müqəddəs Savaşda Vətənpərvərliyini, Qəhrəmanlığını Canınla, Qanınla yazdın Şanlı Tariximizə!

Məkanın cənnət olsun Qəhrəman Qardaşım!

Ölümünlə razılaşıram, yoxluğunla isə barışmıram!

Sən əbədi olaraq ürəklərdə, qəlblərdə yaşayacaqsan!!!
]]>
tv713 Sat, 31 Oct 2020 14:39:27 +0400
ŞƏHİDLƏR bir ailənin deyil, bütöv millətin Övladlarıdır http://uguryolu.az/4796-hdlr-bir-ailnin-deyil-btv-milltin-vladlardr.html http://uguryolu.az/4796-hdlr-bir-ailnin-deyil-btv-milltin-vladlardr.html ŞƏHİDLƏR bir ailənin deyil, bütöv millətin Övladlarıdır
MÜŞFİQ RƏHİMOV



POLKOVNİK LEYTENANT SADIQOV RƏŞAD XANLAR OĞLUNUN XATİRƏSİNƏ

Azərbaycan müstəqil dövlət olmaq yolunda böyük sınaqlardan çıxıb və indi də çıxmaqdadır. Bu yolda bizə əngəl olmaq istəyənlər təzyiq və təhdidin bütün mümkün olan vasitələrindən istifadə etsələr də, ancaq Azərbaycan İnsanının məmləkətə, yurda, elə, obaya olan sevgisi bütün bunları heçə endirdi.
Deportasiyalar, soyqırımlar, müharibələr, bu müharibələrin acı nəticələri millətimizin içində bəslədiyi azadlıq eşqini öldürə bilmədi. Xarici himayədarların bəslədikləri erməni vandalizmi artdıqca, erməni faşizmi quduzlaşdıqca millətimiz daha da mətinləşdi, millətimiz daha da bütövləşdi. Biz sanki ağrılarımızın, acılarımızın ağuşunda böyüdük. Biz böyüdükcə düşmənlərimmiz daha da quduzlaşdı. Məhz bu quduzluğun nəticəsi olaraq bir əsrdə dörd dəfə əlifbamız dəyişdi, məhz bu quduzluğun nəticəsi olaraq ötən əsrin ötən əsrin 1905-1907-ci illərində, 1912-1918-ci illərində, 1948—1953-cü illərində, 1988-1993-cü illərində soyqırımlara, deportasiyalara məruz qaldıq. Mart soyqırımı ttörədildi, Umudlu, Qaradağlı, Xocalı soyqırımı törədildi, 1 milyon 250 mindən artıq soydaşımız yurdundan, yuvasından qaçqın, məcburi köçkün halına salındı. Amma yenə də dözdük, özümüzə, yurdumuza qayıdış uğrunda gərəkən nə mümkün idisə, onu da etdik...
Və bu gün biz o dözümün, o iradənin mətinləşdirdiyi, o dözümün, o iradənin ortaya qoyduğu haqq savaşının iştirakçısı qismində yenə də mübarizənin tən ortasındayıq.
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid olur – təki yurd yaşasın!
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid olur – təki 30 illik yurd həsrətimizə son qoyulsun!
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid olur – təki 30 il ərzində Qarabağ səması üstündə qıy vuran Nigaran Ruhlarımız onlara və yurda sahib çıxan Oğulların varlığını görsünlər!
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid olur – təki bu torpaq uğrunda canını fəda edən insanlarımızın ruhu şad olsun!
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid olur – “axı torpaq uğrunda ölən varsa, vətəndir” deyibdir bablarımız!...


ŞƏHİDLƏR bir ailənin deyil, bütöv millətin Övladlarıdır

Bu günlərdə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olan polkovnik leytenant SADIQOV RƏŞAD XANLAR OĞLU da belə Vətən Fədailərimizdən biri oldu. Rəşad mənim xalam nəvəsi idi. Rəşad mənfur düşmənə hələ Naxçıvan istiqamətində gedən döyüşlərdə qan uddurmuşdu. Bizimlə 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə iştirak etmiş, iki Şəhid qardaşı olan mayor Etibar Həsənquliyev də onu yaxşı tanıyır, Rəşadın döyüş şücaətindən yaxşı xəbərdardır. Rəşadın düşmənə nifrəti heç zaman soyumamışdı. Hər zaman döyüşə atılıb, düşməndən öc almaq istəyirdi. 27 sentyabrdan başlanan Vətən müharibəsi Rəşada bu arzusuna çatmağa imkan verdi. Birinci gündən döyüşə atılan Rəşad erməni qəsbkarlarına qarşı apardığı mücadilədə xalqımızın bütün qisasını onlardan almışdı. Nə yazıq ki, müharibənin də öz qaydaları, öz qanunları var. Müharibə qandı, qadadı. Bax bu qanlı, qadalı günlərin birində xalam nəvəsi də Laçın uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına Şəhid olub. Şəhidlik Zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Və o Kəslər Şəhid olana qədər bir ailənin övladları idilərsə, Şəhid olandan sonra isə artıq bir ailənin deyil, 400 milyonluq Türk Dünyasının övladları olurlar. Qəzan mübarək, Şəhid qardaşım Rəşad!
Bu gün mənim xalam nəvəsi Rəşad da artıq 400 milyonluq Türk Dünyasının Övladıdır və biz bununla qürur duyuruq!
İnşəAllah rəşadətli Azərbaycan ordusu Rəşad kimi canfədailərimizin qisasını birə beş qat düşməndən alacaq.
Bu gün ön cəbhədə gedən ağır döyüşlər də bunu deməyə əsas verir. Azərbaycan Ordusu öz torpağımızda ərazi bütövlüyümüzü bərpa etməkdədir. Cənab prezidentimizin, Ali Baş Kmandanımızın dediyi kimi tarixi ədalət də bizim tərəfimizdədir. Çünki bu, bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Ancaq biz öz qeyrətli ordumuza güvənirik. İnanırıq ki, qısa müddətdə 30 illik həsrətimizə son qoyacaqlar.
İrəli Azərbaycan Əsgəri!
Tanrı sizi qorusun!
Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məkanları Cənnət olsun!
Qarabağ Azərbaycandır!
]]>
tv713 Sat, 31 Oct 2020 09:49:37 +0400
Haqlı olanın yanında, haqsız olanın qarşısındayıq http://uguryolu.az/4577-haql-olann-yannda-haqsz-olann-qarsndayq.html http://uguryolu.az/4577-haql-olann-yannda-haqsz-olann-qarsndayq.html TAMİLLA QULAMİ

Haqlı olanın yanında, haqsız olanın qarşısındayıq


"Səngərdən qaçan əsgərlərimiz, hərbçilərimiz deyil, siyasətçilərimiz olmuşdu"


Ötən gün cəbhə bölgəsinə yola düşmədən öncə döyüşçü dostlarla danışırdım. Xüsusi təşəkkürlərini çatdırmağımı istədilər.

İqbal Ağazadə -yə!

"Var olsun və eşq olsun! Ölkədə bir ilkə imza atdı yenə. Hər zaman olduğu kimi bu dəfə də kürsü davası etmədiyini sübut etdi. Onun davası haqq, məmləkət davasıdır! Təəssüflər olsun ki, ötən zamanda itirməyimizin səbəblərindən biri də siyasətçilərin bizi unutması oldu. Onlar Bakıda bir-biriylə döyüşdü, biz də səngərdə. İtirdik... Lütfən bu cümlələrimizi və təşəkkürümüzü özünə çatdırın. Digər siyasilərə də. Qoymayanlar da müxalifət iqtidar davasını kənara qoysunlar. İndi torpaqlarımız üçün birgə savaşmalıyıq. Bakıda da, cəbhədə də!"

Bəli. Bugün İqbal bəyin özü də cəbhə bölgəsindədir. Birdir, birlikdir, gücdür...

İqbal bəyin çıxışlarından birində dediyi sözü xatırladım:

Səngərdən qaçan əsgərlərimiz, hərbçilərimiz deyil, siyasətçilərimiz olmuşdu.

Eynən. Fürsət güdənlər...

Hər şey yoluna düşəcək, inşallah işğal altında olan torpaqlarımıza qovuşacağıq!

Bütün daşlar yerinə oturacaq, biz varıq, siz varsınız, qaldığımız yerdən yenə də yolumuza davam edəcəyik.

Haqlı olanın yanında, haqsız olanın qarşısındayıq! HƏR ZAMANKI KİMİ!

Qaragüruhçuluq, qaraçılıq etməkdənsə, öyrənməyi tövsiyə edirəm. Öyrənmək ayıb deyil, bilməyib özünü ağıllı göstərmək ayıbdır.]]>
tv713 Tue, 06 Oct 2020 15:59:48 +0400
Susan müsəlman qardaşlarımız, danışan xristian dostlarımız http://uguryolu.az/4518-susan-mslman-qardalarmz-danan-xristian-dostlarmz.html http://uguryolu.az/4518-susan-mslman-qardalarmz-danan-xristian-dostlarmz.html Susan müsəlman qardaşlarımız, danışan xristian dostlarımız

NƏSİMAN YAQUBLU

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu 1906-ci ildə “İrşad” qəzetindəki bir yazısında qeyd edirdi:”Çar Rusiyasında 30 milyonluq müsəlman toplumu yaşayır.Lakin bu toplum sanki yox kimidir”. Sonra böyük insan bildirirdi ki, toplumun var olmasını sübut edən və təsdiqləyən əsas şərt onun səsinin çıxmasıdır-öz hüquqları uğrunda mübarizə aparması, qəzet nəşr etməsi, siyasi fəallğı və s.

Azərbaycanın torpaqlarını azad etməsi uğrunda erməni təcavüzkarlarına qarşı apardığı savaşdan bir həftəyə yaxın müddət keçməsinə, dinc insanlarımızın uşaqlı, qocalı, cavanlı erməni quldurları tərəfindən öldürülməsinə baxmayaraq Rusiyada yaşayan müsəlman toplumu Ə.Ağaoğlunun təbirincə yazsaq sanki yox durumdadır.Nə səslərini çıxarırlar, nə də haqlı mövqeyimizi dəstəkləyirlər.Danışanda da Qurandan elə müqəddəs sitatlar gətirirlər ki, təəccüb etməyə bilmirsən.Tatarıstanın susmağı, Çeçenistanın sakitliyi, Dağıstanın laqeydliyi təbiidir ki, bizdə təəssüflər doğurur.Dövlət rəsmiləri səviyyəsində bu mümkün olmasa da o bölgələrdə çoxlu sayda qeyri-hökumət təşkilatları mövcuddur ki, bu fəallığı göstərmək olar.

Keçmiş sovet məkanından ayrılıb indi müstəqillik həyatı yaşayan müsəlman – türk dövlətlərinin də durumu eynidir.Qazaxıstan, Türkmənistan, Özbəkistan. Qırğızıstan laqeyd bir durumda prosesləri izləyir.Biz demirik ki, silah götürüb bizimlə birgı vuruşun.Xeyir,sizdən umduğumuz ədalətli mövqedə dayanıb erməni təcavüzünü pisləməyinizdir.Siz heç bunu da etmirsiniz.Və həqiqəti də yaxşı bilirsiniz.Bilirsiniz ki,ermənilər təcavüzkardır. 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal edib, başqa bir xalqın ərazisində özlərinə ikinci dövlət qurur, dinc insanları qətliama yetirir və s. Bunu bilməsəniz də Xocalı qətliamını kimn törətdiyini bilirsiniz.Bəli, bu məqamda susmağınız bizə və haqqı tapdanan bütün insanlara, millətlərə sayğısızlığınızdır.

Qonşuluğumuzda mövcud olan İranın(təqdirəlayiqdir ki, son günlərdə güneyli soydaşlarımız orada fəallaşıb) davranışı təcavüzkarın mövqeyi ilə eynilik təşkil edir. Sanki Yer kürəsində özünü müsəlmanın birinci müdafiəçisi kimi təqdim edən İran, 30 ildir ki, erməni təcavüzündən bir kəlmə danışmamağı ilə yanaşı ərazisindən quldurlara və işğalçılara silah daşımasına şərait yaradır.

Təbiidir ki, xalqımızda qürur doğuran əsas məqam Türkiyənin mənən yanımızda olmasıdır. Və ən çətin günlərimizdə bizə dəstək olan Türkiyə Cümhuriyyətinə hədsiz sevgilərimizi bildirirk.Türkiyənin sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlara cəsarətli çağırışları bizə güc verir.Türkiyədə yaşayan qardaşlarımızın hər zaman Azərbaycanın yanında olması səslənişləri indiki zamanda xalqımıza dayaqdır.
Eyni zamanda Ukraynanın bizə dəstək olması, İsrailin dövlət xadimi Libermanın mövqeyimizə sayğılı sözləri, gürcü xalqının görkəmli dövlət adamı M.Saakaşvilinin ədalətli mübarizəmizi dəstəkləməsi də qeyri müsəlman xalqlar arsında “Azərbaycanın dostları”nın gücləndiyini görürük.


]]>
tv713 Fri, 02 Oct 2020 13:04:22 +0400
QORXA-QORXA SEVİNİRƏM http://uguryolu.az/4499-qorxa-qorxa-sevnrm.html http://uguryolu.az/4499-qorxa-qorxa-sevnrm.html QORXA-QORXA SEVİNİRƏM


ARZU LAÇIN

Bir ümid işığı daxilimdə elə şölə saçır ki, gözlərimi qamaşdırır... Qorxa-qorxa sevinirəm... Gözlərimdən qeyri-ixtiyari axan yaşların sevinc yaşı olduğunu dadından bilirəm - elə şirin, elə dadlı, elə sevəcəndir ki...

 

Bax indi bu sətirləri yazanda da ürəyim məni qucaqlayır, gözlərimdən axan damcılar yanaqlarımı öpür, dodaqlarım göz yaşlarımla öpüşür...

 

Laçına çatanda...

Fikrimi tamamlaya bilmirəm... Əllərim ürəyimi qucaqlayıb yerindən çıxmağa qoymur, çatacağıq deyr, bir az daha səbr et...

 

Laçınım, dizlərini qucaqlayıb “məni bağışla” deyəcəm, bağışlarsan, deyilmi?.. Başımı sinənə qoyub hönkürəcəm, o mamır bağlamış qollarınla bağrına basacaqsanmı məni? Səndən sonra 28 dəfə böyümüşəm, tanıyacaqsanmı məni? Ağaran saçlarımı qaraya rəngləmişəm, üz-gözümdəki, əllərimdəki qırışları sızıltılı təbəssümümlə gizlədirəm... Ki, həmin o Arzunu tanıya biləsən... Yollarında qaçıb-yıxılan, dizi, dirsəyi yıxılmaqdan cızıq-cızıq olan, qoynunda xoşbəxt olan Arzunu... Səninlə bağlı quruculuq, yaradıcılıq arzuları olan Arzunu... Böyüyüb gəlmişəm Laçınım... Qocalıb gəlmişəm, Laçınım...

 

Laçına çatanda...

Fikirlərim qırılır... artıq ordayam – dizlərim yerdə, dodaqlarım torpaqda... bəs niyə yeriyə bilmirəm?.. Aç qollarını, VƏTƏN, qucağına sığınmağa, səndə ölməyə gəlmişəm... Elə küsmüşəm, elə kövrəlmişəm ki, könlümü səndən qeyrisi ala bilməz... Mən sənsiz xoşbəxt ola bilmədim, xoşbəxt et məni, Laçın... Yarım qalan arzularımı səndə tamamlayım, yarım qalan ömrümlə...

 

Laçına çatanda...

Sevgili Laçınım, sənsiz səninlə danışmaqdan boğazımda bir qəhər düyün bağlamışdı ha, bax o düyün bircə öpüşünlə əriyəcək... Ürəyimdə açılan şırımlar var ha, bircə toxunuşunla hamarlanacaq... Mən səndə cavanlaşacam, mən səndə yeindən doğulacam, yenidən arzularla dolacam...

 

Laçına çatanda...

Biz bir-birimizə necə də yaraşırıq, Laçınım...

 

Laçına çatanda...

Laçına çatdıq – demək istəyirəm!..
]]>
tv713 Thu, 01 Oct 2020 13:31:05 +0400
İranım, İranım, qonşu İranım, Sənə nəfəs verir Azərbaycanım http://uguryolu.az/4486-ranm-ranm-qonu-ranm-sn-nfs-verir-azrbaycanm.html http://uguryolu.az/4486-ranm-ranm-qonu-ranm-sn-nfs-verir-azrbaycanm.html İranım, İranım, qonşu İranım, Sənə nəfəs verir Azərbaycanım

VÜQAR ƏHMƏD

SƏNƏ NƏFƏS VERƏN 40 MİLYON AZƏRBAYCAN TÜRKLƏRİDİR



Hər an nəfəsini ala da bilərlər.Ölkənin adında İslam sözünə xəyanət eləmə. İran İslam Cümhuriyyəti- demə İran erməni cümhuriyyəti imiş. Türkiyəyə bax utan. Həyatımın 30 ilini İran Türklərinin - Cənubi Azərbaycanın tarixinə, ədəbiyyatının tədqiqinə həsr etmis bir bilim adamı kimi xəcalət çəkirəm. Şərməndəyəm ağalar. Xəcil oldum sizin yerinizə- ay 40 milyon soydaşım.Siz bu rusun, farsın ermənilərə gedən yardımının qarşısını ala bilmirsiz? HƏMİSƏ DEYİRDİZ Qarabağ üçün canımızdan keçərik. Deməli gopa basırdınız. Yolda od yandırmaqla masın qabagı kəsmək olmaz. 

Ali Baş Komandanımız həmişə İranı qardaş sayıb. Budur etibarınız? Baxın Türkiyəyə, Pakistana, Əfqanıstana.xəcalət cəkin. Yerə girin. Qələbə bizimdir inşallah onsuz da. Elə edin üz yeri qoyun. Mən də şiəyəm. İslamda şiə sünniyə fərq qoyan özü kafirdir. Siz siə adı altında erməniyə qucaq açırsız. Ayıb olsun. Ar olsun. Qurban olum Türkiyəyə- bütün türklərə yox. Orta Asiya da sizin tayınızdır. Allah prezidentimizi, əsgərlərimizi, xalqımızı qorusun. Yolumuz İrəvanadır. 

Qələbə bizimdir inşallah. Amin.
]]>
tv713 Wed, 30 Sep 2020 19:24:05 +0400
BU VƏTƏN BİZİMİR! http://uguryolu.az/4475-bu-vtn-bizimdir.html http://uguryolu.az/4475-bu-vtn-bizimdir.html BU VƏTƏN BİZİMİR!

NƏSİMAN YAQUBLU



Böyük mütəfəkkir Ü.Hacıbəylinin yazılarında dəyərli bir fikir də səslənir:”Bu vətən bizimdir!”.

Ermənilərin işğalçı siyasətinə ən gözəl cavab da elə bu sözlərdir-“Bu vətən bizimdir!”. Deyəsən erməni işğalçıları və ictimaiyyəti də bu fikrin gerçəkliyinə getdikcə daha çox inanmağa başlayır.Ermənilər bir faktın da reallığı ilə barışmaq məcburiyyətindədir- iqtidarlı, müxalifətli hər bir vətəndaşımız ordumuzun yanındadır və onun zəfərlərinə dəstək verir.Erməniləri sarsıdan ordumuzun vurduğu sarsıdıcı zərbələrlə yanaşı, həm də vətəndaşla hakimiyyətin, vətəndaşla dövlətin bir güc halında birləşib yeganə hədəf olan erməni işğalçılarına qarşı mücadiləsidir.Bu gün doğma Qarabağımızın işğal altında qalması tarixinin 30 ilə yaxın bir müddət olduğunu və bundan təbii ki üzüldüyümüzü bildiririk.

Gerçəkdir ki, bu uzun bir müddəti əhatə edən tarixdir.Lakin unutmamalıyıq ki, tarixdə bir çox xalqların da tarixində “30 – 40 illik” işğal tarixləri olub və bu toplumlar bəzən sonda qələbə əldə etməyi bacarıblar.Sadəcə onlar ruhdan düşmədən və tarixi məqamı dəyərləndirərək bu uğura imza atıblar.Diqqət edək - Polşa xalqı uzun illər müddətindəki müstəqillik mücadiləsində sonda uğur qazandı. Böyük dövr ərzində Rusiya işğalında qalan polyaklar nəhayət ki, 1918- ci ilin noyabrında uzun müddətli mücadilələrindən və məşhur üsyanlarından sonra istiqlal əldə edib Polşa Respublikasını yaratdılar. Polşanın görkəmli dövlət xadimi Marşal Pilsudski yazırdı: “Məğlub olub da ruhdan düşməmək – bax bu ən böyük qələbədir”.

Düşünürük ki, Azərbaycan xalqı da işğalın 30 ilə yaxın bir müddəti əhatə etməsinə baxmayaraq qələbə əzmini itirmədi və məqamında hərəkətə keçib torpaqlarını işğaldan azad etməyə başladı.

Belə taleyi başqa formada alman xalqı da yaşadı.40 ildən çox Almaniya ikiyə bölünsə də öz qətiyyətini itirmədi və bütövlüyü uğrunda mücadilə apardı, sonda birləşib vahid Almaniya dövləti kimi mövcudluğunu qoruyub saxladı.

Bu gün Azərbaycan xalqı da eyni taleyi yaşamaqdadır.Xalqımızın qətiyyətli mövqeyi, ordumuzun gücü erməniləri tezliklə məcbur edəcək ki, işğal edilmiş torpaqlarımızdan uzaqlaşsınlar və Qarabağda Üçfəngli bayrağımız dalğalansın! O gün uzaqda deyil]]>
tv713 Wed, 30 Sep 2020 15:05:03 +0400
İSA MƏSİH MƏŞƏQQƏTİ VƏ QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ ÜÇÜNCÜ YOL http://uguryolu.az/4392-sa-msh-mqqt-v-qaraba-problemnn-hllnd-nc-yol.html http://uguryolu.az/4392-sa-msh-mqqt-v-qaraba-problemnn-hllnd-nc-yol.html İSA MƏSİH MƏŞƏQQƏTİ VƏ  QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ ÜÇÜNCÜ YOL

İGİD TEYMURLU

SAHİBƏ QAFAROVANIN RUSİYA SƏFƏRİNDƏ ÖLÜM PARILTISI


Katolik monastırları öz varlığı etibarilə məsum ölüm parıltısı ilə doludur. Divara qızıl mıxlarla mıxlanmış İsaların başında gümüş tikanlardan çələnglər var. Alınlarında yaqutdan qan damcıları, gözlərində almazdan göz yaşları vardır".. Bu gözqamaşdırıcı səhnə mənim yox, dahi Hüqonun təqdimatındandır. Anarxist təxəyyüllü insanların sapındırıcı meyillər üzərində köklənən düşüncələrinin oturuşmasına təkan verəcək həmin “ölüm parıltısı” bu gün də gözümüzün önündədir. Monastıra tapınmışlar tək alınlarında qan damcıları görünən milli rusbaşlılarımız və Qərbə leylək sədaqəti göstərənlərimiz “Qarabağ probleminin həlli” istiqamətində sərgilədikləri formatlarla Azərbaycanı axtalanmaq yaşantısıyla üz-üzə qoymaq istəyirlər.

QARABAĞ İŞĞALINA SON!

Biz “”Qarabağ işğalına son!” deyə-deyə almaz göz yaşlarıyla guya ki, halımıza acıyanların varlığımıza qənim kəsilmələrinin deyəsən heç fərqində də deyilik - HƏM DƏ ZAMAN FAKTORUNU FÖVTƏ VERMƏKLƏ!

MİLLİ YƏHUDALARIN İSA MƏSİH MƏŞƏQQƏTİ

İLAHİ, bu millətin başına daha hansı oyunlar açılmalıdır ki, bir olmağı sərgiləməyi bacarsın. Bu gün gümüş tikanlardan bizim də başımıza çələnglər qoymağa çalışan Qarabağ probleminin həllinə yükümlü olan beynəlxalq təşkilatlar iç problemimizi özlərinin satqın Yəhudalarının əliylə həll etməyə çalışırlar. Və indi bizim içimizdə olan satqın Yəhudalar da İsa Məsih olaraq çarmıxa çəkilmək məşəqqətini zorən yaşamaqdadılar....

UZANAN YOLLAR VƏ NİCATIMIZ

Qarabağın azad edilməsilə bağlı ortalıqda 2 yanaşma mövcuddur:
1. Azərbaycanın Avroatlantik məkana inteqrasiyası;
2. Yaxın qonşu və problemin birbaşa iştirakçısı olan Rusiya ilə əlaqələrin inkişafı....
AMMA VƏ LAKİN
...hər iki yol Azərbaycana yaxşı heç nəyi vəd etmir.
Qarabağın həllinin açarı yalnız və yalnız Azərbaycan əsgərinin əlindədir. O Azərbaycan Əsgəri ki, çiyin-çiyinə öz türk qardaşlarıyla mücadiləsini yapacaq.

BUNA İNANMAYANLARA XATIRLATMA:

Avropanın 20-dən artıq ölkəsi, Amerikanın 30-a yaxın ştatı qondarma erməni soyqırımını tanıyıb birbaşa ermənilərin maraqlarından çıxış etməkdədilər (bunlarmı mənə həyan çıxacaqlar!?).

Ikinci variant olan Rusiya isə bu problemi yaradanın və "yaşadan"ın özüdür (mənə həyan çıxan bumu olacaq).
Qalır ÜÇÜNCÜ YOL - O YOL TÜRKÜN YOLUDUR - NİCAT YOLUMUZ!
NİCAT YOLUMUZsa milli birliyimizdən, vətəndaş həmrəyliyimizdən və Turançılıq ideologiyasından keçir.

QƏRBİN “XRİSTİAN ERMƏNİSTAN” SEVGİSİ

90-cı ildən üzü bu yana düşüncədə dəyişən bir şey olmayıb. Dəyişən qartıyan dərdlərimizdir..
Bu gün çoxumuzun ümid yeri kimi baxdığımız Qərb dünyasının “Almaniya mətbuatı yazır ki, müsəlman Azərbaycan xristian Ermənistanı vuruyor”(sitat mühacirətdə yaşayan soydaşımız Orxan Arasdandır).
Amma biz yenə də Qərbə sarı leylək sədaqətiylə boylanırıq!
Bu gün həmin Rusiya Ermənistanı silahlandırmaqla həm də öz forpostunun qoruyucusu kimi davranır, bizim rusbaşlılar yenə də Kremlə sarı sevgi dolu ürkək baxışlarla boylanırlar!

ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ” VƏ İTİRDİKLƏRİMİZƏ MÜNASİBƏT

Ərazisi işğal olunmuş dövlət olaraq biz bütün məqamlarda problemlərimizin həllinə təkcə Qarabağın deyil, bütövlükdə itirilmiş torpaqlarımızın kontekstində baxmalıyıq ki, müzakirələrin gedişatında da ən azından zaman etibarilə gerçəkləşdirə bilməsək belə konulası bufer zona mövzusu olsun. Axı indi onsuz da ərazilərin yenidən bölüşdürülməsi uğrunda Roma Papasının təbirincə desək, " bu gün bəşəriyyət üçüncü dünya müharibəsini yaşayır". Başqaları özünün olmayan ərazilər uğrunda müharibəyə girişirsə, nədən bizlər öz dədə-baba yurdlarımıza sahib çıxmayaq!?

SAHİBƏ QAFAROVA BUNDAN BAŞLAMALI İDİ

Vətəndaş Həmrəyliyi Partiyasının sədri SABİR RÜSTƏMXANLI tam haqlı olaraq dəfələrlə vurğulayıb ki, ”Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” düzgün ifadə deyil. Bununla bizə Dağlıq Qarabağdakı erməniləri tərəf kimi qəbul etdirirlər. Bu, münaqişə deyil, bu, Ermənistan-Azərbaycan müharibəsidir". Amma nə yazıq ki, bütün sferalarda biz hələ də bu ifadəni doğru-dürüst işlətmirik.
Bişkek protokolundan sonra Samvel Babayanın imzası deyəsən bizim üçün yol göstərici olub ki, Dağlıq Qarabağda yaşayan erməniləri tərəf kimi qəbul edirik.
Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya səfərinə son dövrdə baş verən proseslərin fonunda məntiq etibarilə heç bir ehtiyac duyulmasa da, ancaq atılan addım çərçıvəsində xanım siyasətçi elə ilk olaraq buradan başlamalı idi - sərhədlərimizin tam şəkildə bərpası, problemin adının düzgün adlandırılması və bundan sonra danışıqlar yolu...

SAHİBƏ QAFAROVANIN TƏQDİM EDƏ BİLMƏDİYİ RİTORİKA VƏ DİPLOMATİYAMIZIN DÜYMƏLƏNƏN PENCƏYİ

Sonra Sahibə Qafarova həmin Kələntəryan-Lavrovu ritorik suallar yağışına tutmaqla həm də soruşmalıydı: əgər ermənilər Qarabağda ta qədimdən yaşadıqlarını iddia edirlərsə, onda nədən Xankəndində 150 illik heykəl qoymuşdular?
Xanım siyasətçi bunu etmədi, əvəzindəsə Kələntəryan-Lavrov qarşısında təqdim etdiyi nümayəndəmizin müticəsinə pencəyinin düyməsini bağlaması adamın gözü qarşısında sözəbaxan və ifallı uşaq obrazı yaratdı.

ANLAYA BİLMƏDİYİMİZ GÜN – ZƏNGƏZURUN UNUDULMASI

Azərbaycana tuşlanan toplar Avropadan, Amerikadan və Rusiyanın özündən atılır. Və bu özünü Qarabağ probleminin həlli istiqamətində ildən ilə daha ağır şərtlərin ortaya qoyulmasında da göstərir..
Bununla bizə həm də Təbrizi, Dərbəndi, Göycəni, Zəngəzuru, Borçalını, Qarayazını unutdurmaqla Qarabağı erməniləşdirmək üçün ötən zamanın dayəliyilə növbəti planlar cızırlar. Sahibə xanım bu həqiqətləri Rusiyada ortaya qjoymalı idi......qoymadı.

"YEM" OLMA SƏHNƏSİNDƏ QAN DAMCILARI

İmperiyalar zamanı bitsə də, ancaq bu gün geopolitik məkanda yeni oyunlar oynanılır.
İmperiya həvəsli illüzionistlər “fakt” olaraq əsil gerçəkliyi danır və gerçək istəklərinin əsilliyini reallaşdırmaq yolunda despot kim davranırlar. Rusiyaya səfər edən nümayəndə heyətimizsə müstəqil dövlətin söz sahibi kimi deyil, elə həmin mperiyaya xidmət edən məmur kimi davranmaqla Kələntəryan-Lavrova "5 rayon" açıqlamasıyla əslində Azərbaycanın kapitulyasiya aktını onlara təqdim etməsinə şərait yaratdılar...
Sahibə Qafarovanın Rusiyaya düzənlədiyi səfər “Rusiya ilə əməkdaşlıq qorunub saxlanılmalıdır” mesajı versə də, Kələntəryan-Lavrovun diplomatik davranma tərzindəsə Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin timsalında Azərbaycan Rusiyanın qarşısında yem timsalında göründü. O "yem" olma səhnəsində müstəqil dövlət üçün bir ölüm parıltısı olsa da, amma azadlığımız yolunda axıtdığımız qan damcılarımızla boyanan bayrağımız bir daha yenməyəcək..Və bunun qarantı həpimizin timsalında Azərbaycan Əsgəridir!

SƏRDAR CƏLALOĞLUNUN DİKTƏSİ VƏ SAHİBƏ QAFAROVANIN İNCƏ SƏSİ

Hansısa statusla rusların Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinə çalışan Lavrovun mövqeyinə ADP sədri Sərdar Cəlaloğlunun "Şuşa, Xankəndi, Ağdam, Laçın və Kəlbəcəri verin, sülhməramlı kimi Pakistan və Türkiyə hərbçilərini yerləşdirin" diktəsini Sahibə Qafarova Lavrovun sifətinə çırpmalı idi. Amma əvəzində dünya Sahibə Qafarovanın incə səsini eşitdi.

NAPALEONUN “OYUNCAQLARI”, KƏL QOŞMAYAN, CÜT SÜRMƏYƏN NÜMAYƏNDƏLƏR

Deyirlər quş öz qanadına arxalanar və qurdu da meşədən aclıq çıxarar. Dünya ağalığı həsrətində olanların “Azərbaycandakı “kalonları”nın fəaliyyəti onlara uçmaq üçün verilən qanad və qarın doyurmaq üçün verilən yem formasında üzə çıxır. Qərb poeziyasının fantastik surətləri “siyasi məhbus” yarlığı altında gizlənənlərin nəzərində bütün şeyləri adiləşdirib. Qərbin onları, onların da Qərbi bəyənmələri heç də hansısa “demokratiya”ya olan sevgilərindən deyil, “Napaleon oyuncaqları”na olan həvəslərindəndir. Qərb də, Rusiya da onlar kimi düşünənlərə oyuncaq verib Napoleon kimi onları idarə edir.
Napaleon öz ordusunu “Böyük Ordu” adlandırandan sonra 18 generala “Fransanın marşalı”, 1,5 min əsgərə də “Şərəf Legionu” ordenini verir. Qorxunc saçan döyüşlərdə polad kimi bərkimiş müharibə veteranları Napaleonu tənqid edib, onun verdiyi ordenləri “oyuncaq” adlandırırlar. Napaleonsa cavabında “mən insanları oyuncaqlarla idarə edirəm” demişdi...
Bu gün Azərbaycan ziyalıları içərisində olan rusbaşlılar müstəqillik yolumuzda kəl qoşub, cüt sürmədiklərindən Azərbaycan çörəyinin qədrini də bilmir və beləcə milli maraqlarımızı tapdalamaqla oyuncaq həsrətilə xaricin 5-ci kalonuna çevrilirlər. KAXCP sədri MİRMAHMUD MİRƏLİOĞLU demişkən, "özümüzü nə müsəlman, nə də türk kimi isbat edə bilmirik".

VİRTUAL MÜHAZİRƏLƏR, COŞAN EMOSİYALAR

Bu arada millət vəkili, BAXCP sədri QÜDRƏT HƏSƏNQULİYEVin Anna Akopyana YÖNƏLİ Azərbaycan Əsgərinin coşan emosiyalarını dilə gətirməsinin Hikmət Hacıyev tərəfindən anlaşılmaz şəkildə qiymətləndirilməsi də elə Sahibə Qafarovanın səfərindəki incəliyin davamı idi...
Bu incəliyin arxasında həm də 30 ilə yaxındır ki, virtual mühazirə oxuyanların “xalq savaşa hazır deyil, erməninin arxasında Rusiya kimi nəhəng var” tapıntısıyla bilərəkdən, ya da bilməyərəkdən inamsızlıq və qorxu sindromu aşılamaq cəhdi olmasa da, amma zahirən bu, belədir. Kimdir bu "xalq" - Azərbaycan hakimiyyəti, Azərbaycan müxalifəti, Azərbaycan generaliteti, siyasətçilər, vətən həsrətli dərdiylə baş-başa qalan millət, qaçqın, köçkün halında yaşayanlar?

TANINAN VƏ UNUDULAN ƏRAZİ BÜTÖVLÜYÜMÜZ

Bu gün işğal olunmuş ərazilərmizi ermənilər "azad olunmuş ərazilər" kimi təqdim edir və yayılan məlumatlara istinad etsək, "həmin ərazilərə artıq 23 min əhalini də məskunlaşdırıblar"...Minsk Qrupu indiki fəaliyyətilə əslində Dağlıq Qarabağı bizim əlimizdən almağa çalışır...
Bəli, bizə təklif olunan ərazi bütövlüyü prinsipiylə xalqların öz müqəddaratını həll etmə prinsipi daban-dabana ziddir – biri olacaqsa o birisi avtomatik olaraq olmayacaq. Sahibə Qafarova Kələntəryan-Lavrovun sifətinə həm də bunu çırpmalı idi. ÜMİD PARTİYASINLN SƏDRİ İQBAL AĞAZADƏnin də dediyi kimi beynəlxalq hüquqla tanınan sərhədlərimizin bütövlüyünü, bərpasını tanımağı tələb etməli idi bu despot düşüncəlidən. Sahibə Qafarova belə unutqanlığa görə Kələntəryan-Lavrovu qınamalı idi, qınamadı və davranışı göstərdi ki, heç o qüdrətdə də deyil...

QARABAĞIN XİLASI YOLUNDA "ÖLÜLƏR ANDI" VƏ RUHLARIN DİKTƏSİ

Özümüz olaq, avropalılara bənzəməyə çalışmayaq. O avropalılara ki, onlar üçün benediktçi rahibləri bir “bağışlanma mərasimi” düzənləyərdilər. İndulgensiya qəbzləri satıb cənnət vəd edərdilər - guya ki, günahları bağışlandı.
Bizim “günahlar”ımız bu Vətən qarşısındadırsa, bağışlanmanı da bu Vətəndən ummalıyıq, benediktçi rahiblərdən yox! Bizi gözləyən Müharibə və Qələbə var, bütün addımlarımız, bütün düşüncələrimiz də buna köklənməlidir. Sahibə xanım Qafarova da bu ultimatumu verməli idi Kələntəryan-Lavrova. Necə ki, cənab Prezident bunu BMT tribunasından açıqca bəyan etdi... Monastırda olduğu kimi gümüş tikanlardan başa çələng qoymaq, siyasi davranışların məntiqi prizmasında özünü monastır sakini tək göstərib “ölülər andı” içmək Qarabağın xilası yolu deyil..Qarabağın xilası yolu ancaq və ancaq müharibədən keçir və bizim üçün “ən gözəl erməni ölü erməni” olmalıdır. Bütün bunlarsa Hüqonun deyil, işğal altında qalan yurd yerlərimizdə bu gün də döyüşən Şəhid RUHLARının Diktəsindən doğan təqdimatdır....
]]>
tv713 Sat, 26 Sep 2020 10:24:49 +0400
LAVROVUN açıqlaması Rusiyanın işğalçı siyasətinin görüntüsüdür http://uguryolu.az/4378-lavrovun-aqlamas-rusiyann-ial-siyastinin-grntsdr.html http://uguryolu.az/4378-lavrovun-aqlamas-rusiyann-ial-siyastinin-grntsdr.html LAVROVUN açıqlaması Rusiyanın işğalçı siyasətinin görüntüsüdür

VÜQAR DADAŞOV
qazi, hüquqşünas


Siyasi və diplomatik həyasızlığın Rusiya nümunəsi

Milli Məclisin sədrinin başçılıq etdiyi nümayəndə heyyətinin Rusiya səfəri dünya siyasətinin və diplomatiyasının qəbul edilmiş norması kimi tərəflər arasında yığılmış ümumi və bir çox problemlərin həlli üçün çox vacib görüş və fürsət kimi yüksək qiymətləndirilməlidir.
Ancaq, Qarabağ məsələsi isə tam başqa yanaşma tələb edən Milli məsələdir. Qarabağın işğaldan azad edilməsi Azərbaycan xalqı və dövləti üçün ən prioritet, həyati vacib, ölüm-qalım sərhəddidir. Bu baxımdan Qarabağ məsələsində açıq danışmaq lazımdır, rəsmi orqanlarımızın, rəsmi nümayəndələrimizin dilindən Qarabağın işğalda qalma səbəbi Rusiyanın olması dilə gətirilməlidir necə ki, Qarabağ Rusiya tərəfindən erməni sifəti ilə işğal edilib. Düzdür diplomatiya baxımından dövlət rəsmlərin dilindən belə açıqlamalar perspektivli sayıla bilməz və düzgün deyil. Ancaq hamının hər şeyi bildiyi halda siyasi və diplomatik normalara əməl etməyin və "aşkarı" gizli saxlamağın nə mənası var ki...
Sözü gedən görüşdən ümidverici nəticə gözləmək sadəlövlük olardı sözün düzü, buna heç inanan da yox idi. Ancaq Rusiya xarici işlər naziri Lavrovun Milli Məclisin sədri Qafarova ilə görüşündən sonra səsləndirdiyi işğal edilmiş rayonlarımızdan beşinin azad edilməsi müqabilində bölgəyə Rusiya sülh məramlılarının yeridilməsi kimi təklifi heç bir siyasi və diplomatik normaya sığmayan həyasızlıqdır. Lavrovun açıqlaması sözün əsl mənasında KAPİTULYASİYA masasındakı qalib tərəf kimi öz şərtlərini irəli sürməyi Qarabağ konfliktinin əsl mahiyyətini açır və Lavrov bu təklifi səsləndirməklə sübut edir ki, Qarabağ konfliktində Rusiyanın məhz özü tərəfdir, Qarabağın işğal edilməsi və işğalda saxlanılması Rusiya maraqlarının təminatıdır.
Rusiyaya nə qədər götürməyindən asılı olmayaraq, götürdüyü həmişə ona azlıq edib. 17 milyon kv km-dən çox əraziyə malik, dünyanın ən nəhəng ölkəsi günümüzdə də şovinist, imperialist və işğalçılıq siyasəti yürüdür. Yeni dünya düzəninə qarşı çıxan Rusiya müasir reallıqları görməzlikdən gəlir və bu ilin sentyabrın 21-də BMT-də Təhlükəsizlik Şurası ilə bağlı Putinin son çıxışı deyilən fikirləri təsdiq edir. Odur ki, Lavrovun Sahibə Qafarova ilə görüşdən sonrakı açıqlaması Rusiya dövlətinin iğalçılıq siyasətinin mahiyyətinin tərkib hissəsinin göstəricisi kimi bütöv Azərbaycanın işğalına hesablanmış prosesin mərhələlərindəndir.
Rusiyanın açıqıladığı təklifə biz bir millət və dövlət olaraq Qarabağda antiterror əməliyyatı ilə cavab verib, öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməliyik. Görünən də elə odur.
Tanrı Azərbaycanımızı qorusun!
]]>
tv713 Thu, 24 Sep 2020 13:58:46 +0400