Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi

Kriminal 26-noy, 09:019 153 0
Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi

Bakıda “Xəzər” universitetinin tələbəsi olan 6 qız kirayə qaldıqları mənzildə zəhərlənib.
XəbərTv.İnfo bildirir ki, bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə təcili yardım xidmətinə çağırış saat 4.47-də daxil olub. “Xəzər” universitetinin tələbəsi olan 6 qız dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxanaya çatdırılıb. İnsident Qara Qaaryev prospekti, 76 ünvanda yerləşən kirayə mənzildə baş verib. Qızların vəziyyəti orta-ağır qiymətləndirilir. Hazırda onlara zəruri tibbi yardım göstərilir.

Xatırladaq ki, ötən həftə Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qız hələlik dəqiqləşməyən səbəblərdən zəhərlənib, onlardan biri ölüb. İkisinin müalicəsi davam edir.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr