Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

--- 14-noy, 20:199 0 0
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti noyabrın 15-i gündüzdən noyabrın 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.
Verilən məlumata görө, ölkə ərazisində hava şəraitinin kəskinləşəcəyi gözlənilir. Regionlar üzrə xəbərdarlıq səviyyələri aşağıdakı kimidir:
* Narıncı xəbərdarlıq: Bakı və Abşeron yarımadası, həmçinin Hacıqabul, Xızı, Qusar, Neftçala, Ağstafa, Qazax, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən və Qobustan rayonlarında şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin 20.8-28.4 m/s təşkil edərək güclənəcəyi gözlənilir.
* Sarı xəbərdarlıq: Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Salyan, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdə rayonlarında isə qərb küləyi əsəcək. Bu bölgələrdə küləyin sürətinin 13.9-20.7 m/s olacağı proqnozlaşdırılır.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr