
Tbilisidə parlament binasının ətrafında keçirilən aksiyanın dağıdılması zamanı saxlanılanların sayı 28-ə çatıb.
XəbərTv.İnfo apa-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) açıqlamasında bildirilib.
Qeyd olunub ki, saxlanılan şəxslər Gürcüstan Cinayət Məcəlləsinin xuliqanlıq və polisə tabe olmamaq maddələri ilə ittiham edilirlər. DİN-in məlumatında qeyd edilib ki, aksiyanın dağıdılması zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.