Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutuldu

Kriminal 29-noy, 12:349 131 0
Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutulduNoyabrın 29-na keçən gecə Bakı şəhərinin Binəqədi rayonunda 30 yaşlarında gənc qadın bıçaqlanaraq öldürülüb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayət metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı kiçik bir kafenin qarşısında törədilib.

İlkin məlumatlara görə, qadın bir kişi ilə mübahisə etdikdən sonra qətlə yetirilib. O, qadına beş bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Ölən qadının şəxsiyyəti hələ müəyyənləşdirilməyib, bu istiqamətdə işlər davam etdirilir.

Binəqədi RPŞ-nin cinayət axtarış işçilərinin adı açıqlanmayan bir şübhəlini saxladığı məlum olub.

Qəsdən adam öldürmə faktı ilə cinayət işi açılıb.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr