Deputat oğlunun həbs müddəti uzadıldı

Siyasət 05-dek, 21:479 134 0
Deputat oğlunun həbs müddəti uzadıldı

Deputat İqbal Məmmədova məxsus olduğu bildirilən “Relax” ticarət mərkəzində Vergilər Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının döyülməsinə görə həbs edilən şəxslərin, o cümlədən İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlının həbs qətimkan tədbirinin müddəti uzadılıb.

uguryolu.az-nun “qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, prokurorluğun bu barədə verdiyi təqdimata dekabrın 4-də Nəsimi rayon məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə baxılıb və təqdimat təmin edilib.

Bu iş üzrə təqsirləndirilən şəxslər – İ. Məmmədovun qardaşı oğlu Orxan Nərimanlı, bacısı oğlu Pərviz Əsgərov, Mirhəmid Nərimanlı, Famil İmanov, Rahim Şahverdiyev və Amir Abbasovun həbsdə qalma müddəti 2020-ci il martın 15-dək uzadılıb.

Qeyd edək ki, adıçəkilən şəxslər vergi yoxlaması üçün gələn vəzifəli şəxsləri və sonradan əraziyə cəlb olunan polis əməkdaşlarını döyməkdə ittiham edilirlər.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr