Dünyanın ən bahalı Yeni il yolkası quraşdırıldı

Dünya 07-dek, 07:529 77 0
Dünyanın ən bahalı Yeni il yolkası quraşdırıldı

Dünyanın ən bahalı Yeni il yolkasını İspaniyanın Marbel şəhərində yerləşən “Kempinski Baya” otelində quraşdırıblar. “Qafqazinfo”nun “The Daily Mirror”a istinadən məlumatına görə, onun qiyməti 12 milyon funt sterlinq (15 milyon 787 dollar) təşkil edir.

Altı metrlik ağacın bəzədilməsi üçün üç min ədəd Svarovski kristalından istifadə olunub. Bundan başqa, yolkanın üzərinə qızıl və almaz örtüklü əsl dəvəquşu yumurtaları, eləcə də safir və brilliant daş-qaşlar, dəbdəbəli parçalar asılıb.

Böyük Britaniyadan olan dünyanın ən bahalı dizayneri Debbi Vinqhem bu yolka üçün 500 ədəd dekor elementi hazırlayıb. Onların hər biri əl işidir.

Unikal ağac 7 günün 24 saatı otelin mühafizə xidməti tərəfindən qorunur.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr