Kuçlinski: Maqomayevi bütün dünya sevir

Mədəniyyət 09-dek, 08:229 103 0
Kuçlinski: Maqomayevi bütün dünya sevir

Ukraynanın Truskavets şəhərində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan II Beynəlxalq Vokalistlər Müsabiqəsinin final mərhələsindən öncə mətbuat konfransı keçirilib.

Kult.az xəbər verir ki, konfransda xarici ölkə səfirliklərinin nümayəndələri, Truskavets şəhər meriyasının rəhbərliyi, münsiflər heyətinin üzvləri, KİV təmsilçiləri iştirak ediblər.

Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasov bildirib ki, bu cür müsabiqələrin keçirilməsi yeni istedadların üzə çıxarılması üçün önəmlidir.

Truskavets şəhərinin meri Andrey Kulçinski deyib ki, M.Maqomayev təkcə Azərbaycanın deyil, bütün dünyanın sevdiyi sənətkardır. Merin sözlərinə görə, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də birgə uğurlu layihələr həyata keçirilir.

Qeyd edək ki, beynəlxalq müsabiqənin keçirilməsinə Ukraynanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Truskavets meriyası, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi və digər təşkilatlar dəstək veriblər.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr