Tərtərdə polis mayoru bıçaqlandı

Kriminal 27-dek, 10:049 73 0
Tərtərdə polis mayoru bıçaqlandı

Tərtərdə polis mayoruna sui-qəsd olub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, dekabrın 26-da rayonun Burunc kənd sakini, 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov evdə sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib.

Bununla bağlı polisə çağırış daxil olub və Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov həmin evə gedib.

S. Nəcəfov mübahisə zamanı mayor E. Aslanova 5 bıçaq zərbəsi vurub, onlardan 4-ü qarnına dəyib.

Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. S. Nəcəfov şübhəli şəxs qismində tutulub.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr