Azərbaycan Türkiyəyə təbii qaz ixracını artırıb

Aktual / İqtisadiyyat / Manset 23-yan, 13:509 75 0
Azərbaycan Türkiyəyə təbii qaz ixracını artırıb

Keçən il Azərbaycanın Türkiyəyə təbii qaz ixracı 2 milyard kubmetrədək artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.

Hesabata görə, 2019-cu ildə Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə (Cənubi Qafqaz Boru Kəməri- CQBK) Türkiyəyə 9 milyard 141,4 milyon kubmetr, o cümlədən TANAP-la 2 milyard 783,7 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. Ötən il Türkiyəyə təbii qaz ixracı əvvəlki illə müqayisədə 1 milyard 934 milyon kubmetr çoxalıb.

Qeyd edək ki, 2018-ci ildə Türkiyəyə 7 milyard 225 milyon kubmetr Azərbaycan qazı ixrac edilib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr