Nazirlik rəsmisindən Bakıda qar AÇIQLAMASI

Aktual / Sosial / Manset 24-yan, 13:189 156 0
Nazirlik rəsmisindən Bakıda qar AÇIQLAMASI


Yanvarın 24-dən 25-nə keçən gecə Bakıda və Abşeron yarımadasında sulu qar yağacağı üçün yerdə qar örtüyü olmayacaq.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, prosesin qısamüddətli olmasını nəzərə alaraq, qar örtüyünün əmələ gəlməsi ehtimalı azdır:

“Amma respublikanın Şimal və Cənub, Şimal-qərb bölgələrində, dağlıq və dağətəyi yerlərdə, Naxçıvan Muxtar Respublikasında artıq qar örtüyü əmələ gəlib və gün ərzində prosesin davam etməsi nəticəsində axşama qədər qar örtüyünün hündürlüyü artacaq”.

U.Tağıyeva qeyd edib ki, yanvarın 25-dən sonra havanın temperaturu qalxacağı üçün qar örtüyü davamlı olmayacaq.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr