Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı

Aktual / Təhsil 03-fev, 19:419 76 0
Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 2-də keçirilən sınaq imtahanının nəticələrini elan edib.

Mərkəzdən Axeber.az-a verilən məlumata görə, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 847 nəfərdən 19 nəfər imtahana gəlməyib. 1 nəfərin üzərində mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və nəticəsi ləğv olunub.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr