Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub

İdman 27-apr, 11:399 123 0
Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub



"Sərhədçi" Olimpiya İdman Mərkəzində 15 yaşadək yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.

BEŞ.AZ məlumatına görə, yarışda respublikanın müxtəlif bölgələrindən olan 464 cüdoçu mübarizə aparıb.

Üç gün davam edən ölkə birinciliyində 66 klubun yetirməsi medallar uğrunda yarışıb. Daha yaxşı nəticə göstərən "Neftçi" İdman Klubu komanda hesabında 1-ci yeri tutub.

"UGİM - 13" klubu 2-ci, Zaqatala cüdoçuları 3-cü olub. Qalib və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr