DTX-dan Neftçaladakı əməliyyatla bağlı - Açıqlama

Aktual / Manset 20-fev, 17:309 83 0
DTX-dan Neftçaladakı əməliyyatla bağlı - Açıqlama

Dövlət Təhlükəsizliyi Xidməti Neftçalada keçirilən əməlliyyatla bağlı məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr