YAP-ın deputatlığa namizədi də həbs edildi

Aktual / Cəmiyyət 21-fev, 19:159 317 0
YAP-ın deputatlığa namizədi də həbs edildi

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Neftçalada xüsusi əməliyyat keçirib və başda icra başçısı olmaqla bir neçə vəzifəli şəxs həbs olunub.

Saxlanılanlar arasında Neftçalanın icra başçısının müavini Gültəkin Sadıqova da var. G.Sadıqova bu il keçirilən seçkilərdə deputatlığa namizəd olub. O, fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mandat uğrunda mübarizəyə qatılıb.

Qeyd edək ki, Gültəkin Sadıqovanın namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb.
(yenisabah)
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr