Milli Məclisdə koronavirusla bağlı distant təhsilə dair təklif irəli sürülüb

Siyasət 13-mar, 13:409 109 0
Milli Məclisdə koronavirusla bağlı distant təhsilə dair təklif irəli sürülüb

“Koronavirusla bağlı distant təhsil yenidən aktuallaşır”.

Bunu bu gün Milli Məclisin plenar iclasında yaz sessiyasının qanunvericilik işlər planı ilə bağlı müzakirədə deputat Fazil Mustafa bildirib.

Bununla bağlı qanunvericilikdə dəyişiklikləri zəruri sayan F. Mustafa deyib ki, İqtisadiyyat Universiteti 20 min tələbəyə distant təhsil veriləcəyini açıqlayıb: “Bu istiqamətdə komitələr öz təkliflərini hazırlasın. Koronavirusla bağlı ən riskli vəziyyətdə olan təbəqə həkimlər, tibb işçiləridir. Onların sosial müdafiəsi istiqamətində müvafiq komitələr təkliflər hazırlanmalıdır”.

XəbərTv.info
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr