Bu gün koronavirusa qarşı peyvənd ilk dəfə sınaqdan keçiriləcək

Dünya / Səhiyyə 16-mar, 10:599 73 0
Bu gün koronavirusa qarşı peyvənd ilk dəfə sınaqdan keçiriləcək

ABŞ-da yeni tip koronavirusa qarşı hazırlanmış peyvənd bu gün ilk dəfə Vaşinqton ştatında sınaqdan keçiriləcək.

uguryolu.az “Associated Press” agentliyinə istinadən bildirir ki, Milli Sağlamlıq İnstitutları tərəfindən maliyyələşdirilən peyvəndin sınağının Sitl şəhərindəki “Kaiser Permanente” Sağlamlıq Araşdırma İnstitutunda aparılacağı bildirilir.

Səlahiyyətli şəxslər peyvəndin 45 yaşındakı sağlam bir insanda yoxlanacağını və həmin insanın virus daşımadığını qeyd ediblər. Test peyvəndin əks təsirlərinin olub-olmadığını yoxlamaq üçün keçiriləcək.

Qeyd edək ki, tibb mütəxəssislərinin məlumatına görə, koronavirusa qarşı peyvəndin tam hazır olması üçün 8 aydan 1 ilə qədər vaxt lazımdır.

Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr