Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırıb

Siyasət 16-mar, 19:409 100 0
Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırıb

Rusiya Dəmir Yolları (RDY) bu gündən Azərbaycanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırır.

XəbərTv.info-nun APA-ya istinadən verdiyi məlumata görə, RDY-nin yaydığı açıqlamada bildirilir ki, yeni koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərar martın 16-dan tətbiq olunacaq və xüsusi göstəriş olanadək qüvvədə qalacaq.

Məlumatda qeyd olunur ki, qərar barədə Azərbaycan tərəfi məlumatlandırılıb.

Analoji addım Özbəkistanla bağlı da atılıb.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr