“Eurovision” mahnı müsabiqəsi ləğv edilir

Mədəniyyət 18-mar, 15:109 286 0
“Eurovision” mahnı müsabiqəsi ləğv edilir

“Eurovision 2020” mahnı müsabiqəsi Avropada koronavirus pandemiyasının yayılması səbəbindən ləğv edilib.

XəbərTv.info Report-a istinadən məlumat verir ki, təşkilatçıların bununla bağlı martın 19-da rəsmi məlumat verəcəyi gözlənilir.

Ehtimal olunur ki, iştirakçılar gələn il artıq bu il üçün elan edilmiş təmsilçiləri ilə çıxış edəcəklər. Həmçinin yarışmaçılar bu il müsabiqə üçün hazırlanan mahnılardan istifadə edə bilməzlər.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılırdı.

Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Efendi (Samirə Əfəndi) təmsil etməlidir.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr