ÜST koronavirus təhlükəsilə bağlı spirtli içkidən və siqaretdən imtinanı tövsiyə edib

Səhiyyə / Manset 21-mar, 09:069 151 0
ÜST koronavirus təhlükəsilə bağlı spirtli içkidən və siqaretdən imtinanı tövsiyə edib
























Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus koronavirusdan qorunmaq üçün insanları spirtli içkidən və siqaretdən imtina etməyə çağırıb.

uguryolu.az RİA Novosti-yə istinadən məlumat verir ki, ÜST rəhbəri daha çox idmanla məşğul olmağı məsləhət görüb: “İmmunitet sisteminizin düzgün işləməsinə kömək edən sağlam və faydalı qidalar yeyin, alkoqol qəbulunu məhdudlaşdırın, şəkərli içkilərdən çəkinin. Siqaret çəkməyin. Siqaretə aludə olsanız, yoluxacağınız ciddi xəstəliyin inkişaf riskini artıra bilərsiniz”.

Baş direktor əlavə edib ki, fiziki fəaliyyətə gündə ən azı 30 dəqiqə vaxt ayırmaq lazımdır:

“Evdən işləsəniz, uzun müddət eyni vəziyyətdə oturmamağa diqqət edin. Qalxın və hər 30 dəqiqədə 3 dəqiqəlik fasilə verin”.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr