“Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət yaxşıdır” - Baş Nazir

Ölkə 26-mar, 22:109 184 0
“Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət yaxşıdır” - Baş Nazir

“Hazırda digər ölkələrlə müqayisədə Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət yaxşıdır”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib. O deyib ki, vətəndaşlar bütün karantin qaydalarına əməl etməlidirlər:

“Bütün rayon və şəhər icra hakimiyyətlərinin rəhbərinə cənab Prezidentin bir nömrəli tapşırığını çatdırmaq istəyirəm. Karantinin şərtləri sözsüz-şərtsiz icra olunmalıdır və hamı buna riayət etməlidir. Yaşından, vəzifəsindən asılı olmayaraq, heç bir imtiyaza baxılmadan bu qərarlar icra olunmalıdır. Bununla bağlı qanunverciliyin şərtlərinə uyğun olaraq, dövlət tərəfindən bütün tədbirlər görüləcək”.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr