
Koronavirus pandemiyası səbəbindən təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb.
uguryolu.az NHK telekanalına istinadən bildirir ki, Olimpiya Oyunlarına 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də start veriləcək. Yay Olimpiya Oyunlarının 8 avqustda, Paralimpiya Oyunları isə 5 sentyabrda başa çatacaq.
Bildirilir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti arasında razılıq əldə olunub.