
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 6,55% artaraq, 1 barelə görə 26,36 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 5,61% artaraq 21,45 dollar təşkil edib.
uguryolu.az