Bakıda soyğunçuluq edən şəxslər tutuldu

Kriminal 06-apr, 09:549 208 0
Bakıda soyğunçuluq edən şəxslər tutuldu


Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb.

uguryolu.az-nun məlumatına görə, aprelin 4-də paytaxtın Nərimanov rayonu Ağa Nemətulla küçəsində naməlum şəxslər şəhər sakini N. Zəkiyevin içərisində 420 manat olan pul kisəsini alaraq qaçıblar.

Nərimanov rayon Polis İdarəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Ağstafa sakini, 1994-cü il təvəllüdlü E. Sadıqlı və Cəlilabad sakini 1995-ci il təvəllüdlü S. Mirzəyev saxlanılıb.

Araşdırma aparılır.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr