Rusiyada koronavirusu müalicə edən dərman preparatının klinik tədqiqatına başlanılıb

Dünya 07-apr, 13:489 190 0
Rusiyada koronavirusu müalicə edən dərman preparatının klinik tədqiqatına başlanılıb

Rusiyada koronavirus infeksiyasını müalicə edən dərman preparatının klinik tədqiqatına başlanılıb.

Bu barədə Federal Tibbi Bioloji Agentlik məlumat yayıb.

Məlumatda koronavirus xəstələri üçün "Mefloxin", Hidroksixloroxin" və "Kolidavir" preparatlarının klinik tədqiqatına başlanıldığı bildirilib.

Həmin preparatların sınağı A. İ. Burnazyan adına Federal Tibbi Biofizika Mərkəzində aparılacaq.

Qeyd edək ki, bir müddət öncə Federal Tibbi Bioloji Agentlik koronavirus infeksiyasının müalicəsi üçün malyariya əleyhinə olan “Mefloxin” preparatı əsasında yaradılan preparatı təqdim edib. "Farmzaşita" Elmi İstehsalat Mərkəzi tərəfindən preparatın hazırlanmasında Çin və Fransanın təcrübəsindən istifadə olunub. Agentlik rəhbəri, Rusiyanın keçmiş Səhiyyə naziri Veronika Skvartsova yeni preparatın koronavirus infeksiyasının təsir effektini blokladığını söyləyib.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr