Sanitar qaydaları pozan ət kəsimi obyektlərinin fəaliyyəti dayandırılıb

Cəmiyyət 10-apr, 09:559 178 0
Sanitar qaydaları pozan ət kəsimi obyektlərinin fəaliyyəti dayandırılıb


Bakı Şəhər Ticarət və Xidmət Departamenti, paytaxtın Rayon İcra Hakimiyyətləri, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə paytaxtın müxtəlif rayonlarında antisanitar vəziyyətdə olan ət kəsimi və digər qida satışı məntəqələrinin yerlərin müəyyən edilməsi məqsədi ilə reydlər keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reydlər nəticəsində bir sıra nöqsanlar aşkarlanıb və müvafiq qaydada tədbirlər görülür.

Belə ki, Bakının müxtəlif rayonlarında keçirilən reydlər zamanı Ceyhun Hacıbəyli, Mirmahmud Kazımovski, Yusif Vəzirov, Qədir Məmmədov və digər ünvanlarda sanitar qaydaları pozan, karantin tələblərinə əməl etməyən ət kəsimi yerləri müəyyənləşdirilib.

Həmin obyektlərin fəaliyyəti dayandırılıb, bəzi məntəqələrin yerləşdiyi tikililər sökülüb, istifadə edilən dəmir asqı vasitələri kəsilib, ətraf ərazi dezinfeksiya edilib.

Bu reydlər mütəmadi olaraq paytaxtın bütün rayonlarında keçiriləcək.


uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr