Şahin Mustafayevə yeni vəzifə verildi

İqtisadiyyat 15-apr, 15:069 139 0
Şahin Mustafayevə yeni vəzifə verildi


Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb.

Baş nazirin müavini Şahin Mustafayevin sədri olduğu Komissiyanın üzvləri Ekologiya və Təbii Sərvətlər naziri, İqtisadiyyat naziri, Kənd Təsərrüfatı naziri, Maliyyə naziri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisidir.

Komissiyaya su ehtiyatlarından istifadə və su təsərrüfatının idarə olunması sahəsində mövcud vəziyyəti, su ehtiyatlarından istifadədə səmərəliliyin artırılmasını, uçotun və idarəetmənin təkmilləşdirilməsini və bu sahədə operativ əlaqələndirməni, bu Sərəncamda verilən tapşırıqların icrası üçün müvafiq dövlət orqanlarının (qurumlarının), elmi müəssisələrin (təşkilatların), ixtisaslı mütəxəssislərin, habelə beynəlxalq ekspertlərin cəlb olunmasını təmin etmək, görülən işlər barədə hər altı aydan bir Azərbaycan Prezidentinə məlumat təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr