
Krımda Moskva Mədəniyyət İdarəsi rəhbərinin müavini Leonid Oşarinin öldüyü məlum olub.
uguryolu.az TASS-a istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə onun ölümünün səbəbləri dəqiqləşdirir. Oşarinin bədənində zorakılıq izləri tapılmayıb.
Xatırladaq ki, bir qədər əvvəl Moskva Mədəniyyət Departamenti sədrinin müavini Leonid Oşarinin yoxa çıxması barədə məlum vermişdik. O, müəmmalı şəraitdə Moskvadan yoxa çıxmışdı. Martın 25-nə qədər 47 yaşlı məmur Moskva yaxınlığındakı bir kottec qəsəbəsində təcrid rejimində yaşamış, martın 26-da qəflətən cənuba uçmuşdu.