Nazirliyə məxsus şirkətin direktoru vəzifəsindən azad edildi

Ölkə 23-apr, 09:359 114 0
Nazirliyə məxsus şirkətin direktoru vəzifəsindən azad edildi


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Təhlükəli Tullantılar" MMC-nin direktoru Firuddin Əliyev vəzifəsindən azad edilib.

uguryolu.az report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Çingiz Mehdiyevə həvalə olunub.

Xatırladaq ki, "Təhlükəli Tullantılar" 2004-ci ildə Sumqayıt şəhəri ərazisində civə ilə çirklənmiş torpaqların zərərsizləşdirilməsi məqsədi ilə yaradılıb. Nizamnamə kapitalı 200 manat olan şirkət həm də ölkə ərazisində ətraf mühit və insan sağlamlığı üçün təhlükə yarada biləcək tullantıların zərərsizləşdirilməsi və utilizasiyası ilə məşğuldur.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr