Məktəbəqədər təhsillə bağlı teledərslərə başlanılıb

Təhsil 25-apr, 14:409 180 0
Məktəbəqədər təhsillə bağlı teledərslərə başlanılıb


“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNİCEF-in maliyyə və Təhsil Nazirliyinin dəstəyi ilə “Oynayırıq və öyrənirik” adlı teledərslərə start verilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, məktəbəqədər yaş dövrünə aid uşaqlar üçün hazırlanan teledərslər “ARB Günəş” telekanalının efirində həftənin II və IV günləri saat 12:05-də yayımlanır. Teledərslərdə uşaqlara mövzulara dair nəzəri məlumatlar verilməklə yanaşı onların kiçik və böyük matorikasının inkişafı üçün praktiki məşğələlər də təqdim olunur.

“Oynayırıq və öyrənirik” adlı teledərslərə ekran qarşısında baxa bilməyənlər yayımlanmış dərsləri layihənin rəsmi “YouTube” (https://bit.ly/2Y0Bm86) kanalında, “Facebook” səhifəsində, “www.ilk5il.az” portalında və “ilk5il” mobil tətbiqində izləyə bilərlər.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr