Salvadorda kütləvi qətllərə görə fövqəladə vəziyyət elan edildi

Dünya 27-apr, 13:389 150 0
Salvadorda kütləvi qətllərə görə fövqəladə vəziyyət elan edildi


Salvadorda bir gündə törədilən 22 qətl cinayətinə görə fövqəladə vəziyyət elan edilib.

uguryolu.az “Report”a istinadən xəbər verir ki, ölkə prezidenti Nayib Bukele bununla bağlı qərar imzalayıb.

Məlumata görə, N.Bukele bütün cinayətkar qruplaşma başçıları və üzvlərini nəzarət altına almaqla bağlı göstəriş verib. Mərkəzi Amerika ölkəsindəki İzalko həbsxanasında məhkumlar zorla hücrə həbsinə salınıb.

Beləliklə, pandemiya təhlükəsinə baxmayaraq, yüzlərlə məhkum sosial məsafə və qabaqlayıcı tədbirlər nəzərə alınmadan bir yerə toplanılıb.

Qeyd edək ki, 6,5 milyon əhalisi olan Salvadorda koronavirusa yoluxma faktlarının sayı 323-dür.


Salvadorda kütləvi qətllərə görə fövqəladə vəziyyət elan edildi
Salvadorda kütləvi qətllərə görə fövqəladə vəziyyət elan edildi
Salvadorda kütləvi qətllərə görə fövqəladə vəziyyət elan edildi
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr