
Bakıda küçədən iki günlük qız uşağı tapılıb.
uguryolu.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Rayonun İkinci Alatava küçəsində yerləşən evlərdən birinin qarşısında iki günlük qız uşağı tapılıb. Körpə hüquq-mühafizə orqanları tərəfindən uşaq evinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.