“Qarabağ”, yoxsa “Qəbələ” finala çıxacaq?

İdman 01-may, 10:459 189 0
“Qarabağ”, yoxsa “Qəbələ” finala çıxacaq?


“Qarabağ”, yoxsa “Qəbələ” finala çıxacaq?

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.

BEŞ.AZ xəbər verir ki, ilk finalçının adına Tofiq Bəhramov adına Respublika stadionunda aydınlıq gətiriləcək.

Burada “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.

İlk qarşılaşmada qəbələlilər 1:0 hesablı qələbəyə sevinmişdi. Bakı vaxtı ilə 17:00-da başlanacaq oyunun hakimləri İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov və Rəşad Əhmədovdur.

Sumqayıtda keçirilən ilk oyundan qolsuz bərabərliklə ayrılan “Zirə” və “Sumqayıt” bu dəfə Zirə İdman Kompleksinin stadionunda üz-üzə gələcəklər.

Qarşılaşmanın baş hakimi Əliyar Ağayevdir. Ona Zeynal Zeynalov, Akif Əmirəli və Rauf Allahverdiyev kömək edəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr