BƏƏ-də 48 mərtəbəli binada dəhşətli yanğın

Dünya 06-may, 08:279 194 0
BƏƏ-də 48 mərtəbəli binada dəhşətli yanğın

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyində 48 mərtəbəli yaşayış binasında güclü yanğın olub.

uguryolu.az TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi xəbər yayıb.

Binanın sakinləri bütünlüklə təxliyə edilib.

Alovun qarşısını almaq üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

Mərtəbələrə ayrı-ayrılıqda baxış keçirilməsi üçün dronlardan istifadə edilib.

Son məlumata görə, yanğın artıq söndürülüb.

İtkilər haqqında məlumat yoxdur. Amma “Sputnik” xəbər verir ki, bina demək olar ki, tamamilə yararsız hala düşüb.

Yanğının səbəbləri araşdırılır. İlkin məlumata görə, yanğın binadakı restoranların birindən başlayıb.


BƏƏ-də 48 mərtəbəli binada dəhşətli yanğın

Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr